qidalar

Köpü azaldan 8 qida

Baxış sayı: 1. 727

“Gencaile.az” sizi köp və şişkinlikdən xilas edəcək qidaların siyahısını təqdim edir.

Yaya daha rahat halda girmək və bədəninizi yeniləmək üçün bu məsləhətlərə əməl etmənizdə fayda var. Siyahıda su, qatıq, xiyar, nar suyu, yaşıl çay kimi çox vaxt əlimizin altında olan qidaların adı çəkilir.

Hər zamankı kimi su. Çoxlu su içmək köp və şişkinlikdən qurtulmanın birinci yoludur. Gün ərzində 1.5 litr və daha çox su içmək lazımdır. Ard-arda içilən su bədənə zərərli ola bilər.

Evin vaz keçilməz qidası olan qatıq probiotik təsiri ilə bədəndə köpü uzaqlaşdırmağa kömək edir.

Xiyar tərkibindəki su ilə ehtiyacımız olan su miqdarının yarısını qarşılamağa kömək edir. Təzə olduğunda mədəni rahatladır.

Səhərlər yarım kasa yeyilən cəfəri də sizə kömək edəcək.

Bitki çayları arasında yaşıl çayın yeri ayrıdır. Çox içməmək məsləhətdir, əks təqdirdə ürək döyüntüsünə səbəb olur.

Ananası dilimlərə bölərək meyvə suyu şəklində içə bilərsiz.

Təzə sıxılmış nar suyu köpü azaldır.

Banan tərkibindəki potasiumla köpü azaltmağa yardım edir. Bədənin gözəl qoxmasına da kömək edir.

Bundan başqa qızartma,  kofein, qazlı içkilər, hazır souslar, duz və sodium qəbulunu azaltmaqla köp və şişkinlikdən qurtula bilərsiz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir