Donuz əti dində haram sayılır. Bu barədə həm “Quran”, həm “İncil” vasitəsi ilə insanlar xəbərdar edilib. Öz nəcisini yeməsi bu heyvanın ətinin infeksiya yaymasına səbəb olur. Ümumiyyətlə, donuzun əti bir çox xüsusiyyətinə görə zərərli hesab edilir.
“Gencaile.az” bu ətin zərərləri və acı nəticələri barədə məlumatları təqdim edir:
Az bişmiş donuz əti bağırsaqlarda donuz qurdları, parazit və bakteriyaların inkişaf edərək çoxalmasına gətirib çıxarır. Bu isə insanda ağrı, ishal, hərarət, əzələ zəifliyi, halsızlıq və mədə pozğunluğu kimi əlamətlərlə özünü göstərir.
İnfarkt riski
Donuzda olan doymuş yağlar ürək xəstəliyi üçün ən mühüm risk amillərindən biridir. Doymuş yağlar “pis” xolesterin olan LDL xolesterin səviyyələrini artırıb ürək xəstəliyinə yaxalanma ehtimalını artırır. Doymuş yağlar, piylənməyə səbəb olduğu kimi, həm də ürək və digər orqanlara mənfi təsir göstərir.
Sidik kisəsinin xərçəngi
Texas Universitetinin alimlərinin apardığı araşdırmaya görə, yaxşı bişmiş yaxud yanan ət sidik kisəsinin xərçənginə yaxalanma ehtimalını artırır! Yüksək temperaturda bişirilmiş donuz xərçəngə səbəb olur. Məlum olub ki, donuz əti yeyənlər dana əti yeyənlərə nisbətən sidik kisəsinin xərçənginə daha çox yaxalanır.
Böyümə hormonları
Donuz ətinin tərkibində böyümə hormonu da çoxdur. Ona görə də bu ətdən çox istifadə etmək ona gətirib çıxaracaq ki, böyümə hormonu orqanizmdə toxuma şişlər və iltihablar yaradır. Bu hormon burun, çənə, əl və ayaq sümüklərinin anormal şəkildə böyüməsinə və orqanizmin piylənməsinə səbəb olur.
Donuz ətinin tərkibində olan histamin və imidazol adlı maddələr isə dəridə qaşınma yaradır. Nəticədə ekzema, dermatit, neyrodermatit kimi iltihabi dəri xəstəliklərinə zəmin yaradır.