vitamin

Bu vitaminlər depressiyaya düşməyə qoymur

Baxış sayı: 1. 221

Düzgün qidalanmaq təkcə bədən deyil, həm də ruh sağlamlığı üçün vacibdir. Türkiyəli diyetoloq Gizem Akgül düzgün qidalanmağın depressiyaya düşməkdən xilas etdiyini bildirir. Onun sözlərinə görə, sağlam qidalar bir çox psixoloji problemə qarşı təsirlidir.

Depressiya insanın ümidsizliyə qapılmasına, neqativ enerjili olmasına və özünü bədbəxt hiss etməsinə səbəb olan psixoloji problemdir. Depressiyaya yaxalananların sayı hər il artır. Üstəlik, bu xəstəlik bir müddət sonra xroniki hal alır. 2020-ci ildə depressiyanın ən təhlükəli sağlamlıq problemi olacağı təxmin edilir.

Xüsusilə də B qrupu vitaminləri və D vitamini çatışmazlığı insanın depressiyaya düşməsinə səbəb ola bilir.

Gizem Akgül qidalanma rejimində dəyişiklik edərək, yəni vitamin-minerallarla zəngin qidalanaraq depressiyanı aradan qaldırmağın mümkün olduğunu bildirir.

“B-12 vitamini çatışmazlığı depressiya, yaddaşsızlıq, zehni yorğunluq, baş ağrısı kimi hallara səbəb ola bilir. Balıq, yumurta, süd və süd məhsullarında bol miqdarda B 12 vitamini var. B vitaminlər sinir sistemi və qırmızı qan hüceyrələrinin istehsalı, göz sağlamlığı üçün də vacibdir. Darı, un, noxud, mərci və quru lobya da sizi B qrupu vitaminləri ilə təmin edə bilər”.

Diyetoloq D vitamininin də əhəmiyyətini vurğulayıb: “Mərkəzi sinir sistemi üçün D vitamini də böyük əhəmiyyətə malikdir. Bu vitamin depressiyaya qarşı təsirlidir. Balıq, yumurta, göbələk, süd və süd məhsulları D vitamini baxımından zəngindir. Həmçinin, gündə 10-15 dəqiqə günəş işığına məruz qalmaqla D vitamin ehtiyacınızı tam qarşılaya bilərsiniz”.

Gizem Akgülün sözlərinə görə, depressiyanın ən böyük düşmənlərindən biri də fol turşusudur: “Fol turşusu çatışmazlığı zamanı da depressiyaya meyillilik artır. Ona görə də depressiyada olan xəstələrin müalicəsi zamanı fol turşusu ehtiva edən dərmanlardan istifadə edilir. Bu turşu ən çox noxud, lobya, mərcidə və yaşıl yarpaqlı bütün bitkilərdə olur”.

Bütün bu qidaları menyunuza daxil edərək depressiyadan qoruna bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir