Qadınların həyatda və cəmiyyətdə qarşılaşdığı çətinliklərdən və onların uğura gedən yollarından bəhs edən bu filmləri izlərkən həyata baxışınızda yaxşı yöndən dəyişikliklər edəcəyinə inanırıq.
1. Frida
“Həmişə özümü dünyanın ən qəribə insanı olaraq düşünürdüm. Sonra dünyada nə qədər çox insanın olduğunu düşünməyə başladım. Bu qədər çox insanın içində əlbəttə mənim kimi olan biri olmalıydı, özünü fərqli və qüsurlu hiss edən.. Sonra onu düşünməyə başladım. Başqa bir yerdə onun da məni düşündüyünü xəyal etdim. Və əgər başqa bir yerdəsənsə və bunu oxuyursansa, bəli,mən burdayam və ən az sənin qədər qəribəyəm”
2. An Education
AnEducation filmi jurnalist Lynn Barberin biyoqrafiyasına əsasən çəkilib. Əslində film onun həyatının ancaq gənclik dövrünüəhatə etsə də hər bir qadının həyatında izləməli olduğu filmlər sırasında olmalıdır. Məktəbli gənc qızın özündən yaşca böyükbirinə aşiq olmasıyla həyatında olan dəyişiklərdən bəhs edən bu filmdə yaşadıqlarımızın bizi necə müdrikləşdirə biləcəyini görəcəksiniz. Filmdə göstərilməsə da kitaba əsasən deyə bilərəm ki,xanım çoxuğurlu kariyeraya və ailəyə sahib olmuşdur.
3. Becoming Jane
Baş rollarını Anne Hathaway və James McAvoyun oynadığı film məşhur yazıçı Jane Austenin həyatından bəhs edir. Pride and Prejudice kitabıyla hər bir qadının xəyal etdiyi sevgiyi əks etdirən yazıçının sevgi və yazıçılıq yolunda yaşadığı əziyyətlərdən bəhs edən bu film sizə fərqli hisslər yaşadacaq.
4. Suffragette
Film,qadınların səs vermə hüququnuəldə etmək üçün necə mübarizə vermələrindən,cəmiyyətdə qarşılaşdıqları çətinliklərdən və qurbanlar versələr də uğur əldə etməklərindən bəhs edir. Baş rollarını Meryl Streep,Carey Mulligan və Helena Bonham Carterin oynadığı film,onların da mükəmməl aktrisalığı ilə sizə xüsusi zövq verəcək.
5. Persepolis
Ümumi olaraq İranda baş vermiş çevriliş dövründən bəhs etsə də,əsas mövzu olaraq bu çaxnaşma dövründə bir qızın qadınlığa gedən yolda yaşadıqlarından bəhs edir.
6. The stoning of Soraya M.
Qadınların din pərdəsi adıyla necə alçaldıla bilinəcəyini göstərən film izlərkən sözlərlə ifadə edilə bilinməyən hisslər yaşadır.
7. Bridget Jones`s Diary
Xüsusən müəyyən yaşa gəlmiş və hələ də evlənməmiş qızların izlərkən tanış hisslər yaçayacağı film izlərkən sizdə xoş hisslər yaradacaq.
8. Coco before Chanel
Filminadından da məlum olduğu kimi film,Coconun Chanel olmamışdan əvvəlki həyatı və uğura gedən yolunu və bu yolda yaşadıqlarından bəhs edir. Audrey Tautounun mükəmməl aktrisalığı ilə izlərkən zövqalacağınız bir film olacaq.
9. Brooklyn
İrlandiyadan Amerikaya işləmək üçüngedən gənc qızın həyatında baş verən dəyişikliklərdən,əsil sevgiyi tapmağından bəhs edən film,o dövrün geyimtərzi,abu havasıyla sizə fərqli hisslər yaşadacaq.
10. La Vie En Rose
Marion Cotillar ‘da Oscar qazandıran film, Edith Piaf’ ın qeyri-adi həyatından bəhs edir.