duyu

Səhərlər düyü sıyığı yemək üçün 7 SƏBƏB

Baxış sayı: 1. 736

Müxtəlif yarmalardan hazırlanmış sıyıqlar çox faydalı qida növüdür. Alimlər yarmaları müalicəvi məhsul hesab edir. Araşdırmalar göstərir ki, yarmalar ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, xərçəngin riskini azaldır.

Təəssüf ki, müasir insanların qidalanmasında sıyıqlar demək olar yox səviyyəsindədir.

 

“Gencaile.az” sizə ən faydalı sıyıqlardan biri olan düyü sıyığının faydalarını təqdim edir:

1. Düyü sıyığı azkalorili məhsuldur. Bu səbəbdən bədən çəkisinə nəzarət edən insanlar bu sıyığı öz qidalanmasına rahatlıqla daxil edə bilər. Lakin burada nəzərə almaq lazımdır ki, sıyığa əlavə olunmuş yağ və şəkər tozu onun kalorililiyini xeyli artırır.

2. Düyü sıyığı mürəkkəb karbohidratlarla zəngindir. Bu karbohidratlar orqanizm tərəfindən gec mənimsənilir və bu səbəbdən insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bu isə arıqlamağa kömək edir.

3. Düyü çox yaxşı absorbentdir. Bu o deməkdir ki, düyü bağırsaqlarda olan toksinləri, şlakları və s. ziyanlı maddələri özünə hopdurur və orqanizmdən xaric edir. Məhz bu səbəbdən düyü sıyığı zəhərlənmə zamanı müalicəvi qida kimi istifadə olunur.

4. Düyü qədim zamanlardan gözəlliyi qoruyan məhsul sayılır. Düyü həqiqətən dərinin, saçların, dırnaqların vəziyyətinə müsbət təsir edir.

5. Düyü orqanizmi möhkəmləndirir, insanı daha gümrah edir, iştahanı artırır.

6. Düyü ürək-damar sistemi üçün çox faydalıdır.

7. Düyü ömrü uzadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir