qadin

Həmişə qarderobunuzda olması vacib olan geyim dəstləri

Baxış sayı: 1. 347

Dəb trendləri tez-tez dəyişir, lakin sizin baza qarderobunuz uzun müddət sizinlə qalır. Düzdür, zamanla onun tərkibi bir qədər dəyişir. Buna görə biz sizə 10 ən lazımlı geyim dəstini təqdim edirik ki, onlar istənilən vəziyyətdə istənilən modapərəsti xilas edə və zərif obraz təşkil etməyə kömək edə bilərlər.

 

İdeal cinslər

Həqiqətən mükəmməl seçilmiş cins şalvarlar sizə dəbli görünməyə kömək edəcək. Əsas bu cinslərin qiyməti və onların haradan alınması deyil, cinsin sizin əyninizdə yaxşı oturması və bədən formanızı gözəl göstərməsidir.

 

Neytral rəngli hündür daban ayaqqabılar

Qara və ya incə pastel tonlarda olan belə ayaqqabılar hər bir qadın qarderobunun mütləq aksesuarıdır. Onlar istənilən cins, şalvar, don, ətək, jaket və plaşlarla uyğun gəlir. Belə ayaqqabılardan siz həm gündəlik iş üçün, həm də ki, gəzinti üçün istifadə edə bilərsiniz.

 

Adi boz sviterboz-sviter

Dəbli, güllü deyil, məhz sadə boz rəngli sviter həm cins şalvar ilə, həm də adi klassik geyim ilə uyğun gələcək. Bu geyim aksesuarından siz həm gündəlik, həm də ki, iş və ya gəzinti üçün istifadə edə bilərsiniz.

 

Kombinasiya stilində olan don

Təəccüblənməyin — bu indi ən aktual geyim növüdür. Bu tip donlar artıq 4-cü 5-ci dəfədir ki, dəbə qayıdır. Buna görə siz də bu dondan öz qarderobunuza əlavə edə bilərsiniz.

 

Kişi stilində pencəkkisi-penceyi

Belə pencəklər istənilən bədən formasına uyğun gəlir. Uzadılmış forma hesabına o vizual olaraq sizi daha qamətli göstərəcək.

 

Sadə maykalar

Pambıqdan və ya kobud ipəkdən tikilmiş yumru sinə kəsimi ilə sadə bir rəngli maykalar istənilən cins və ətəklərə uyğun gələcək.

 

Plaş

Plaş-makintoş və ya bej çalarlı trençkot yaz və ya payız ayları üçün mükəmməl seçimdir. O sizi küləkdən və soyuqdan xilas edəcək və istənilən ayaqqabı və geyim ilə uyğun gələcək.

 

Ketlər

Məzuniyyət, meşə və ya dağ gəzintisi zamanı bu tip ayaqqabılar ideal seçim olacaq.

 

Parlaq gündəlik çantaparlaq-canta

Çantanın forması sizin zövqünüzdən asılıdır, lakin o mütləq parlaq rəngdə olmalıdır ki, gündəlik qarderobunuza müxtəliflik əlavə etsin. Limon, mərcanı və zərif göy rəngli çantalar istənilən obraza uyğun gələcək.

 

Mükəmməl formalı eynək

Ola bilsin ki, siz özünüzə uyğun eynək formasını illərlə axtarışında olacaqsınız, amma mükəmməl eynək tapmaq mütləqdir, çünki o çanta və ayaqqabılar kimi obrazın əhəmiyyətli elementidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir