Arıqlamaq üçün bu çərəzi sevməlisiniz!

Baxış sayı: 2. 081

Bəli, arıqlamaq, mükəmməl bədə quruluşuna sahib olmaq qadınların ən ümdə “vəzifə”si pilləsinə qədər yüksəlib.

Ancaq deyək ki, çoxları arıqlamağın yolunun ancaq az yeməkdən keçdiyini düşündüyü halda, bu, heç də belə deyil. Əsas faktor hərəkətlilik və rejimlə qidalanmadır.

Amma dietoloqların tövsiyələri sırasında bir çərəz də var:

Arıqlamaq istəyənlər badam yeməlidir. Sadəcə bir ovuc badam yemək gün ərzində iştahanızın açılmasına imkan verməyəcək. Tibb mütəxəssisləri iddia edir ki, badamın tərkibində az miqdarda qlikemik indeksi var. Bir ovuc badam yedikdə isə qanda olan şəkərin miqdarı dərhal azalır.

Tez həzm olunan qidalar qanda şəkərin miqdarının qəfil yüksəlməsinə, sonra isə qəfil də düşməsinə səbəb olurlar. Badam isə şəkər və insulinin artım göstəricilərinə stabil və asta şəkildə təsir edir ki, uzun müddət insanda toxluq hissinin yaranmasını təmin edir. Deməli, çərəzlər həddindən artıq yemənin qarşısını alır. Alimlərin sözlərinə görə, badam diabetiklərə xüsusilə xeyirlidir.

Perdyu Universitetinin professoru Riçard Meytsom bu iddialarını təcrübədə də sübut edib: “Səhər yeməyində badam yeyən şəxslər daha gec acıblar, qanlarında şəkərin miqdarı isə səhər yeməyindən sonra aşağı olub”.

Gencaile.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir