Xoşunuz gəldiyi kişinin sizə həqiqətən də vurulduğunu necə müəyyənləşdirmək olar? Bu sualın cavabını axtaranlar üçün həqiqətən də vurulan kişinin xarakterik xüsusiyyətlərini təqdim edirik. Bu hərəkətlərə əsasən qadınlar kişilərin onlara qarşı münasibətinin ciddi olub-olmadığını öyrənə biləcəklər. İlk olaraq sevən kişilərin ürək döyüntüləri normal insan döyüntüsündən çox fərqlənir. Gözləri parıldayır, əl-qol hərəkətlərinə nəzarət edir.
Makiyajsız olsanız da, onun üçün dünyanın ən gözəlisiniz!
Parlaq və səliqəli daranmış saçlar, qüsursuz makiyajla sizi çox bəyənməsi təbii haldır. Lakin sizi sevirsə, makiyajsız, yuxudan duranda, hətta baxımsız günlərdə də sizi yenə gözəl hesab edəcək. Bu isə o deməkdir ki, gözü sizdən başqasını görmür.
Kompliment deyir
Kişilər gözəlliyə deyil, daxili aləmə üstünlük verdiyini desə də, ilk baxışda qadının gözəlliyini onları cəlb edir. İlk dəfə gördüyünü qadını bəyənibsə, onu başdan ayağa süzür. Geyim-keciminizə, makiyaja, üz cizgilərinə, çəkinizə, əl və ayaq dırnaqılarına, saçlara, gözlərə fikir verir. Qısası, imtahandan keçirsiniz.
İmtahandan yaxşı keçmisinizsə, “Nə gözəl gözlərin var…”, “Saçlarını çox bəyənirəm” və başqa komplimentlər söyləyirlər. daxili gözəlliklə yanaşı, xarici gözəlliyinizin də qeydinə qalın.
Dinləməyi bacarır
Əgər bir kişinin sizdən xoşu gəlirsə, səs tonunuzu, danışıq qabiliyyətinizi, onu sözlərlə necə ələ ala biləciyinizi bilmək istəyir. Sizin hər hansı məsələyə dair fikirlərinizi öyrənməyə can atar. Kişilərin onu güldürən və hazırcavab qadınlardan xoşu gəlir. Məsələn, uşaqlıqda başınıza gələn gülməli əhvalatlardan danışa bilərsiniz. Ona təsir edəcək şəkildə danışmağa çalışın.
Fədakar olurlar
Əgər bir kişinin sizdən xoşu gəlirsə, instinktiv olaraq qorumağa çalışır. Məsələn, sizi narahat bir məsələyə görə, dava etməyə hazır vəziyyətdə olur. Sizə suallar verib ehtiyaclarınızı ödəməyə çalışar.
Ona vaxt ayırmağınızı istəyər
Kişilər bu həyatda onunla maraqlanan qadınlara çox önəm verirlər. Qısası, ona diqqət verməyinizi və onunla vaxt keçirməyinizi gözləyər. “Bu axşam nə edirsən?”, “Kiminlə gedəcəksən?” və başqa sözlərlə həyatınıza daxil olmağa çalışır. Onunla maraqlananda sevildiyini hiss edib sevinir. Münasibətlərinizi təhlükə altına salmaq istəmirsinizsə, dostlarınıza deyil, sevgilinizə daha çox vaxt ayırın.
Sizin fikirlərinizə hörmət edir
Kişilər sevdiyi qadına hörmət edirlər. Hətta hərdən ən yaxın dostlarından və ailəsindən də öndə gəlirsiniz. Üzünüzü güldürmək üçün əlindən gələni edir. Xəstə olduğunuzu öyrənəndə halınızı öyrənmək üçün tez-tez zəng edir. Çünki siz onun həyatında ən qiymətli insansınız.
Arzulayır
Sevdiyi qadınla birlikdə olmaq istəməsi çox normal haldır. Lakin bu sizi yaxşı tanıdıqdan, fikirlərini sizinlə paylaşdıqdan sonra baş verir və yataqda da tanımağı arzulayır. Yəni, bu təbii baş verməlidir. Sizdən istifadə etməməlidir. Sevən kişilər hisslərinə hakim olmağı bacarırlar. Sevdiyiniz kişinin sizi arzulamasını təbii qarşılayın. Özəl günləri daha yadda qalan etmək üçün romantik planlar qurun. Kiçik sürprizlər kişilərin ürəyini ələ alır.
Aşiq olan kişilər nə deyir?
Gözlərin çox gözəldir, baxışların məni ovsunlayır…
Həftə sonu görüşək?
Cib telefonundakı, yaxud dostluğundakı o oğlan kimdir?
Sevgilim sənin bəyəndiyin ayaqqabını gedək alaq?
Sən makiyajsız da gözəlsən…