ev

Evsiz ailələrə müjdə – ARAŞDIRMA

Baxış sayı: 16. 349

Ekspertlər hesab edir ki, mənzil bazarında qiymətlər kəskin artıbsa, maksimum 50 min manat güzəştli ipoteka kreditinin verilməsinin heç bir mənası yoxdur. Təxminən 2 il bundan əvvəl Bakıda 2 otaqlı mənzili 60-70 min manata almaq mümkün idisə, hazırda şəhərətrafı ərazilərdə bu qiymətə babat ev almaq problemə çevrilib. Şəhərin mərkəzində isə 2 otaqlı yaxşı təmirli mənzillərin qiyməti 100 minə çatıb. Belə olan təqdirdə maksimum 50 min manat sosial ipoteka kreditinin verilməsi ev almaq üçün kifayət etmir. Çünki ev almaq istəyən şəxs 50 min manatın üstünə təxminən 30-40 min də qoymalıdır ki, təmirli ev ala bilsin. 30-40 min pulu olan vətəndaş isə şəhərətrafında 2-3 sot torpaq sahəsi alaraq ev tikməyi üstün tutur. İqtisadçı-ekspert Ramil Osmanlı ANS PRESS-ə bildirdi ki, məhz buna görə də sosial ipoteka kreditlərinin verilməsində bir müddətdir ki, durğunluq yaranıb.

Onun sözlərinə görə, mənzil bazarında evlərin qiymətinin artımının qarşısını almaq mümkün deyilsə, güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərində ciddi dəyişiklik edilməlidir: “Güzəştli ipoteka kreditlərinin verilməsində nəzərdə tutulan maksimal məbləğ 50 mindən yuxarı olmalıdır. İpoteka kreditlərinin alınması sahəsində vətəndaşları narahat edən məsələlərdən biri isə ilkin ödəniş problemidir. 50 min manatlıq ipoteka krediti götürən vətəndaş 8-10 min manat məbləğində ilkin ödəniş etməlidir ki, bu da aztəminatlı ailələr üçün çətinlik yaradır. Ölkədə İpoteka Zəmanət Fondu yaradıldıqdan sonra vətəndaşlar ilkin ödəniş etmək məcburiyyətində qalmayacaq və yüz faizlik ipoteka krediti almaq imkanı əldə edəcəklər”.

Ekspertin sözlərinə görə, Azərbaycanda ailə üzvlərinin sayının artması da ipoteka kreditinin verilməsində məhdudiyyətlərə gətirib çıxarır: “Sosial ipoteka kreditinin alınması üçün vətəndaş əmək haqqı ilə bağlı arayışı təqdim etməlidir. Əmək haqqı ilə bağlı arayış təqdim olunan zaman ailə tərkibinin nəzərə alınması məsələsi ortaya çıxır. Əgər ailədə 2 uşaq varsa onların aylıq xərcləri nəzərə alınır. Həmin xərclər isə əmək haqqından çıxılır. Yerdə qalan məbləğ isə sosial ipoteka kreditini ödəmək üçün nəzərdə tutulur. İndiki halda ölkəmizdə aztəminatlı ailələrin sosial ipoteka kreditindən faydalana bilməməsinin səbəblərindən biri də budur”.

Hələ 2011-ci ildə Gənclər və İdman Nazirliyi sosial ipoteka kreditlərinin verilməsi şərtlərinin tezliklə dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. Bu məsələ “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına daxil edilmişdi. Həmin təkliflərə görə, dövlət vəsaiti hesabına maliyyələşdirilən sosial ipoteka kreditləri üzrə faiz dərəcəsi illik 4 faizdən 2 faizədək endirilməli idi. Nazirlik faizlərin endirilməsi ilə yanaşı, ipoteka alarkən ilkin ödəmənin ləğvini, kreditin maksimum məbləğinin artırılması təklifini də irəli sürmüşdü. Lakin təklif Milli Məclisdə müzakirəyə çıxarılmadı.

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyir ki, parlamentdə millət vəkilləri yalnız, hər il dövlət büdcəsi müzakirə olunarkən, büdcədən sosial ipotekaya ayrılan vəsaitin artırılması məsələsi, hökümətin hesabatı və iqtisadi xarakterli digər sənədlər müzakirə olunarkən isə faiz dərəcələri də daxil olmaqla ümumiyyətlə ipoteka mexanizminin təkmilləşdirilməsi məsələləri müzakirə edirlər. Onun sözlərinə görə, ipoteka kreditlərinin, o cümlədən sosial ipotekanın faiz dərəcələrinin qanuni- hüquqi normativ aktlar səviyyəsində azaldıb-artırılması məsələsi Milli Məclisin səlahiyyətinə aid məsələ deyil, bu birbaşa hökümətin müvafiq strukturlarının vəzifəsidir. İndiki şərtlərlə verilən ipoteka kreditlərinə gəlincə Əli Məsimli bildirdi ki, orta statistik azərbaycanlı üçün mövcud şərtlərlə ipoteka kreditlərinin verilməsi əlçatan deyil: “Ona görə də hökümət ipoteka sistemində, xüsusən də sosial ipoteka sahəsində dəyişikliklər etmək istəyir. Həmin dəyişikliklər daha çox yığım və faiz dərəcələri sahəsində gözlənilir. Yəni ev almaq istəyən vətəndaş bir müddət maliyyə yığımı etdikdən sonra, ipoteka ilə öz arzusunu reallaşdırmaq imkanı olacaq. Hazırda hökumətdə sosial ipteka şərtlərinin sadələşdirilməsində ilkin ödənişlə bağlı variantlar da nəzərdən keçirilir. Amma bu sahədə hələlik konkret qərar yoxdur. Hesab edirəm ki, ödəniş problemini yumşaltmaqdan ötrü xüsusi fond və Tikinti-Əmanət Bankı yaradılması daha məqsədəuyğun olar”.

Millət vəkili hesab edirik ki, hökümət ipoteka mexanizmini təkmilləşdirən zaman atacağı addımlarla yanaşı, bu məsələləri də nəzərə alsa, işin xeyrinə olar: “Adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə. sosial ipoteka üzrə isə 4 faizdən 2 faizə endirilsin, ilkin ödəniş sahəsindəki problemi yumşaltmaqdan ötrü əlavə tədbirlər görülsün və ipoteka kreditlərinin verilməsi təkcə Bakı ilə məhdudlaşmasın, rayonlarda yaşayanlar da ipotekadan istifadə edə bilsin”.

Azərbaycanın mənzil bazarında evlərin qiymətinin daha da artmaması və əhalinin mənzilə olan ehtiyacının ödənilməsi işini sürətləndirməkdən ötrü sosial evlərin tikilməsi daha məqsədəuyğun hesab edilir. Hazırda Azərbaycanda orta maaş 450 manata yaxın, büdcə təşkilalarında işləyənlərin xeyli hissəsinin maaşları isə 200-250 manat civarındadır. Bu o deməkdir ki, hazırkı ipoteka mexanizmi şəratində orta statistik azərbaycanlı, müəllim, həkim, elm, mədəniyyət, incəsənət və sair sahələrdə çalışanların çoxu ipotekadan faydalanana bilmir.

Əslində sosial ipotekanın 4 faizdən 2 faizə endirilməsi indiki Azərbaycan reallığı üçün işin xeyrinə olardı. Bu addımla Azərbaycanda xüsusən gənc ailələrin üstünlük təşkil etdiyi evsiz ailələr ordusunun sırasını seyrəltmiş olar. /ailem.az/




14 şərh “Evsiz ailələrə müjdə – ARAŞDIRMA

  1. Ulviyye

    biz yeni evlenmiw genc aileyik ve evimiz yoxdur.. biz nece goture bilerik ipoteka ev almaq ucun rayon geydiyyatindayiq

    Cavabla
  2. Sahnaz

    Salam.Zehmetolmasa, deye bilersiniz genc ailelere ipotekanin verilmesi hansi banklarla heyata kecirilir ve hansi senedlerlazimdir?Tesekkuler!

    Cavabla
  3. Elieyv Adil

    Salam bilmey olar bunu goturmey ucun hansi senedler lazimdi xahiw edirem elaqe saxlayardizda 0518899717

    Cavabla
  4. Resad

    Salam. Yeni aile qurmuwam. Bilmey isterdim bu evler ne vaxta hazir olacaq ve hansi senedler lazimdi bu haqda etrafli bilmey isterdim

    Cavabla
  5. Tofiq

    Salam biz 6ildir evliyik ama evimiz yoxdur.3 korpe balamiz var.imkanimiz catmur hecneye xais edirem bizede ev verin

    Cavabla
  6. Kamran

    Salam zehmet olmasa yardimci olrdaiz nece edek bu evlerden elde etmek ucun yardimci olrdiz yollarda qalmiwam ailemle yardimci olardiz..

    Cavabla
  7. Pervane

    Salam men yaralieva Pervane Xaçmaz Rayonu Xudat Weherinde Yawayirig biz 7 ildi evsiz yawayirig yoldawim iwlesede goturduyu maaw 300 azn 50% kridit tutur kriditide ozmuze yox bawga birine goturub oz adina yoldawim verib hemin adam odemir yoldawimin kartinan tutulur veziyetimiz pisdir imkanimiz yoxdurki ev tikey men imkanli aylelerden komey isdeyrem xaiw edirem bize komey edin negeder meblege gucunuz catrsa bize el uzatn xaiw edirem Allahn xatirine size uzatan ellermi bow geri gaytarmayn gurban olum komey edin adm Pervane Yaralieva Xacmaz rayonu Xudat weherinde yawayrg komey edmey isdeyen insanlar menim adima xudat weheri merkezi poctuna 27 17 koduna gondersin xaiw edirem komey edin televon nomrem070_912_33_13

    Cavabla
  8. Elwen

    Salam 5il evliyem evim yohtu 2 dene uwagim var biri citdi xestedi mualicesini az maz eliyirem gucum catana geder.(

    Cavabla
  9. Gunay

    Salam Biz 10 ildi aileliyiy 10 ildide kraye qaliriq.xahis edirem ipateka evlere nece muraciet ede bilerik komek edesiniz

    Cavabla
  10. İlkin

    Salam zehmet olmasa yardimci olrdaiz nece edek bu evlerden elde etmek ucun yardimci olrdiz yollarda qalmiwam ailemle yardimci olardiz..bilen varsa 050-707-91-70 elaqe saxlasın çox xaiş edirəm

    Cavabla
  11. Elcin

    Salam 6 ildir ki evliyem 2 evladim var resmi isde isleyirem ev almaq isdeyirem hara ve nece müraciet etmeliyem zehmet olmasa melumat vererdiz

    Cavabla
  12. Kazimova Yegane

    Salam cox xaiw komek ederdiz 15 il aileli oldum evladim olmadi ayrildim xowluqla cunki o evin tek ogluydi deye..men hal hazirda atam gilnen yasayiram onlarda boyuk ailediler isterdim oz balaca bir yuvam olsun evladim olmadi amma bir evim olmaqin isterdim isleyrem amma ev ala bilmirem

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir