sac

Qadınları çox yaşlı göstərən saç stilləri – FOTOLAR

Baxış sayı: 2. 788

Gözəl görünmək üçün saçınızda stil dəyişkənliyi edə bilərsiniz. Lakin diqqət etmədiyiniz bəzi məqamlar sizi olduğunuzdan yaşlı göstərə bilər. Saçı hər gün yumaq, saç düzləşdiricilərdən istifadə etmək, tez-tez boyamaq saçın keyfiyyətini öldürür. Nəticə etıbarı ilə saçlar cansız və solğun görünür. Bu cür saçlarla isə cazibədar görünmək mümkün deyil. “Gencaile.az” qadınları yaşlı göstərən saç stillərini araşdırıb:

 

Təbii tonlardan uzaqlaşmaq

Saçınızı boyamağa qərar verən zaman seçdiyiniz boyanın dərinizlə və təbii saç rənginizlə uyğun gəldiyinə diqqət edin. Əgər qumral xanımsınızısa, çox açıq tonlara yönəlməyin. Saçınızın rəngi açıq sarıdırsa, qara rənglərdən uzaq durun. Saçı öz rəngindən uzaqlaşdırmaq üçün saç ağardıcı vasitələrdən istifadə etmək məcburiyyətindəsiniz. Bu isə saçın korlanmasına səbəb olur. Üstəlik, təbii saç rənginə qayıtmaq üçün uzun vaxt tələb olunur. Bundan əlavə saçlarınız tez uzanırsa, saç dibləri ilə saç arasındakı fərqdən dolayı yaşlı görünəcəksiniz.

qara sac

Saçları qapqara rəngə boyamaq

Qapqara saç rəngləri saç tərkibini matlaşdırır. Bu isə təbii saç rənginə zərər verir. Təkrar əvvəlki rəngə qayıtmaq üçün xeyli əziyyət çəkməli olacaqsınız. Əgər saçınızda ağ dənlər varsa, dibləri çıxmağa başlayan zaman onu qapatmaqda çətinlik çəkəcəksiniz. Saç ustaları saç rəngi dəyişmək istəyənlərə saç rəngindən iki və ya üç ton açıq rəngə yönəlməli olduğunu bildirirlər. Əks halda çox pis nəticə ilə qarşı-qarşıya qala bilərsiniz.

 

Çox açıq tonlara yönəlmək

Sarı saçların romantik görüntüsü bəzi qadınları özünə cəzb edir və saçını həmin rəngə boyamağa həvəslənirlər. Saçını sarı rəngə boyayan qadınların ən böyük səhvi ağımtıl tonları seçməsidir. Ağımtıl tonlar nadir üzlərə yaraşdığı üçün çox zaman qadınları solğun və yaşlı göstərir. Buna görə də hər zaman makiyaj etməli olacaqsınız.

 

Yanmış saçı boyamaq

Saç düzləşdiricilərin, yaxud saç boyalarından dolayı yanmış saçları yenidən boyamaq ağılsızlıqdır. Yanmış saçı ikinci dəfə boyadığınız zaman ikiqat zərər vermiş olursunuz. Nəticədə saçlar öz-özünə qırılmağa və tökülməyə başlayır. Zərər görmüş saça zülal tərkibli kosmetik məhsullarla qulluq etmək lazımdır. Zülal saçı gücləndirib əvvəlki vəziyyətə dönməsinə kömək edir.

sac

Səhv saç məhsullarından istifadə etmək

Tərkibində spirt olan məhsullar tellərin qurumasına və saç rənginin solğunlaşmasına yol açır. Hər hansı saç baxımı alan zaman onun tərkibində spirt və zərərli maddələrin olmamasına fikir verin.

 

Saçları tez-tez yumaq

Saçları hər gün yumaqla rənginə və saç tellərinə zərər vermiş olduğunuzu bilirdinimzi? Saçınızı hər zaman parlaq və canlı görünməsini istəyirsinizsə, sonda onu soyuq su ilə yaxalayın.

 

Neon rənglərə boyamaq

Parlaq mavi, tünd çəhrayı, narıncı çox gözəl rənglərdir. Lakin bu rəngləri saça köçürmək gülüncdür. Əgər çox sevirsinizsə, onu geyiminizdə əks etdirin. Bu cür saçlar çox süni görünür. Həm də saç rəngini tamamilə açmaq lazım gəldiyi üçün tellər korlanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir