dermanlar

Ağrıkəsici dərmanlarda gizlənən ÖLÜM TƏHLÜKƏSİ

Baxış sayı: 1. 296

Ağrıkəsiciləri və təxminən bir əsrdir istifadə edilən aspirin kimi dərmanları tez-tez və məlumatsız formada içmək ciddi sağlamlıq problemlərinə səbəb olur. Əgər ağrılarınız yüngüldürsə, təbii vasitələrdən istifadə etməyiniz məsləhətdir. “Gencaile.az” ağrıkəsicilərlə bağlı mütəxəssis fikirlərini təqdim edir.

 

Həkim nəzarəti olmadan qəbul edilən ağrıkəsici dərmanlar uzun müddət istifadə edildikdə mədə və onikibarmaq bağırsaqda xora, qastrit, qanama və mədə deşiyinədək bir çox problemlərə səbəb ola bilər. Ağrıkəsici dərmanlar mədə və bağırsaqdan başqa qalın və incə bağırsaqda qanama, qaraciyərdə toksik təsirlər yarada və böyrəklərə ziyan vura bilər. Buna görə də ağrıkəsicilərin istifadəsində diqqətli olmaq lazımdır. Çünki baş verən narahatlıqlar sizin səhhətinizə ciddi təsir edə bilər.

Bədənin hər hansı yerində olan problem bəzən ağrı kimi üzə çıxır. Ağrımayan orqan yox kimidir. Bunlar baş-boyun bölgəsi, döş və döş qəfəsi, ürək-damar sistemi, həzm sistemi, sidik sistemi və əzələ-skelet sistemidir. Ağrının hansı sistemdən qaynaqlanmasından asılı olmayaraq bəzən yüngül bir narahatlığın, bəzən də xərçəng kimi ciddi xəstəliklərin xəbərçisi ola bilər.

 

Ən çox qəbul edilən dərman

Çox zaman ağrı qəfildən və qısa bir zamanda özünü göstərir. Bu cür ağrılar insanda ilk dəfə də baş verə bilər, xroniki hal alaraq illərlə davam edən problemə də səbəb ola bilər. Bu cür səbəblərdən bir çox xəstələr ağrılarını aradan qaldırmaq üçün ağrıkəsici dərmanlara müraciət edir. Bütün dünyada yayılmış dərmanlar arasında ağrıkəsicilər birinci yerdədir. Ağrıkəsicilər təsir maddələrinə görə 10-dan çox qrupa bölünür. Bunların bir hissəsi yüngül ağrıkəsicilər sinfinə daxildir, bir qismi isə morfi kimi çox güclü ağrıkəsicidir. Tarixə nəzər saldıqda məlum olur ki, hələ Hipokrat dövründən ağrıkəsicilərdən istifadə edilib. Ağrıkəsicilər bütün dünyada hər il milyonlarla qutu satılır. Lakin hər hansı ağrı olduğu zaman ilk ağıla gələn və istifadə edilən bu dərmanlar məlumatsız formada qəbul edildikdə bir çox əks təsirlərə səbəb olur. Dünyada bu mövzu ilə bağlı aparılan bir çox elmi araşdırmalar ağrıkəsicilərin səbəb olduğu əks təsirlərin günü-gündən çoxaldığını sübut edir.

 

Həzm sistemini alt-üst edir

Həkimlər ağrıkəsicilərin həzm sisteminə də mənfi təsir göstərdiyini deyirlər. Bəzi xəstələrdə ağrıkəsici istifadəsindən sonra çox zaman yüngül, bəzilərində isə güclü həzm problemi yaranır. Bəzi vaxtlar isə mədə, onikibarmaq bağırsaq qanamalarına səbəb olur. Odur ki, bədəndə yaranan yüngül bir ağrıya görə həmin dəqiqə dərman istifadə etməyin. Ağrının şiddəti çox deyilsə, səssiz, qaranlıq bir otaqda yatmaq, rahatlandırıcı bitki çayı içmək, başı soyuq olmayan dəsmalla sarımaq və ya açıq havada yerimək məsləhətdir. Əgər xəstədə ağrıdan başqa qusma, görmədə zəiflik kimi əlamətlər varsa, bu, beyin xəstəliklərinə işarədir. Bu cür vəziyyətdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

 

Həddən çox istifadə

Ağrıkəsicilər böyrəklərə də əks təsirsiz ötüşmür. Mədə və bağırsaq sistemində olduğu kimi böyrəklərdə də qanamanı artıran prostoglandinləri azaldır. Qanlanması azalan böyrəklərdə glomerüler filtrasiya azalaraq bədəndə duzlaşmaya və təzyiqin yüksəlməsinə səbəb olur. Başqa dərmanlarla birgə qəbul edildikdə isə böyrəyin fərqli bölgələrinə zərərli təsiri artır. Vaxt keçdikcə isə böyrək çatışmazlığına səbəb olur və dializdən asılı hala gəlir və ya böyrək nəqlinə ehtiyac yaranır. Böyrək çatışmazlığı komaya düşmə və ölümə də gətirib çıxara bilər.

 

Toksik hepatitə səbəb olur

Ağrıkəsicilər xroniki və iltihabi bağırsaq xəstəliyi olanlara da olduqca ziyandır. Nəzarətsiz istifadə bu xəstəliklərin alovlanmasına səbəb olur. Ümumiyyətlə, bütün dərmanlar qaraciyərdə metabolizə edildiyi üçün ya dərmanın özü, ya da metabolitləri qaraciyər hüceyrələri, öd yolları və ya qaraciyərin damarlarında arzuedilməz əks təsirlər yarada bilər. Bunu toksik hepatit də adlandırmaq olar. Toksik hepatit səbəbindən bəzi xəstələr xronik hepatit, qaraciyər serrozuna tutula və ya qaraciyər komasına düşə bilər. Nəticədə isə xəstəyə qaraciyər nəqli ehtiyacı yaranar. Bu hal hətta ölümə də səbəb olur”.

 

Allergiyanız varsa…

Bütün dərmanların allergiya təsiri olduğu sirr deyil. Ağrıkəsicilər də insanlardan asılı olaraq müxtəlif allergik təsir göstərə bilər. Bəzi xəstələr həddən çox həssas olduqları üçün və ya ilk dəfə istifadə etdiyi dərmandan asılı olaraq qəfil allergik reaksiyalar müşahidə edilə bilər. Bəzi xəstələrdə isə allergik reaksiyalar gec müşahidə olunur, yəni dərmanın istifadəsindən bir müddət sonra. Əlamətlər dəridə səpki formasında və qaşınma kimi özünü göstərir. Daha şiddətli forması isə dəridə şiş və yaraların yaranmasıdır. Bəzi xəstələr isə allergiyadan ciddi şok halına da düşə bilər.

 

Ürək çatışmazlığı və ölüm…

Aspirin kimi aşağı dozalı ağrıkəsicilər də ürək çatışmazlığı riskini artırır. Xüsusən də ürək xəstəliyi olan insanlarda bu risk daha yüksəkdir. Buna görə də ağrıkəsicilərdən necə gəldi istifadə etmək güclü ürək xəstəliyi və hətta ölümə səbəb ola bilər. Bunlarla yanaşı, ki, bəzi ağrıkəsicilər təzyiq dərmanlarının da təsirini azaldır. Ağrıkəsicilərdən istifadə etmək  hamiləlik zamanı da risklidir. Çox nadir səbəbləri çıxmaq şərtilə hamiləlikdə analoji dərmanlardan istifadə etmək olar. Bu cür dərmanlar körpənin qidalanmasında cavabdeh olan qan damarlarının da qapanmasına səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir