saftali

Yağları yandırır, arıqladır, sellülitdən xillas edir: 11 yay meyvəsi – SİYAHI

Baxış sayı: 1. 541

Yay aylarında xüsusən də qadınlar çəki atmaq və sellülitlərdən canını qurtarmaq kompleksi yaşayır. Pəhriz, idmanla yanaşı bu yay meyvələrini yeyərək, yağ yanmasını sürətləndirə, sellülitlərinizdən xilas ola bilərsiniz.

“Gencaile.az” arıqladan 11 yay meyvəsini təqdim  edir.

Qarpız – Bol su tərkibi ilə sellülitin əsas düşmənlərindəndir, ancaq qarpızın qəbul miqdarına diqqət etmək lazımdır.

Manqo – tərkibindəki bol C vitamini sayəsində yağ yandırmağa yardım edən yay meyvələri sırasında xüsusi yeri var.

Çiyələk – həm C vitamini və antioksidanlar baxımından zəngin, həm də arıqladan meyvələr qrupu sırasındadır.

Gilas – sidik qovucudur. Tərkibindəki antosiyan sayəsində ağrılara qarşı təsirlidir. Araşdırmaçıların apardığı müşahidələr nəticəsində 20 ədəd gilas bir aspirinlə eyni olub, tərkibindəki antosiyan maddəsi E və C vitaminlərə bənzər antioksidan təsir göstərir.

Şaftalı –  Həzmi asanlaşdıran və maddələr mübadiləsini sürətləndirən təsiri var. Çox yaxşı sidik qovucudur. C, A və B3 vitamini, potasium və fol turşusu ilə zəngindir.

Alma – arıqlamaq üçün yaşıl alma ən yaxşı seçimdir. Tərkibindəki vitaminlər və bitki mənşəli fermentlər sayəsində yağ yandırıcı özəlliyə sahibdir.

Ərik – tərkibindəki bol mineral və zəngin vitaminlər arıqlamağa yardımçıdır. Sellülitin əngəllənməsinə yardım edir.

Əncir – tərkibindəki təbii şəkər, eyni zamanda tox tutan və iştaha kəsici bir faydası var.

Böyürtkən – 8-10 ədəd böyürtkən (100 qr) 58 kaloridir. Kalsium, dəmir, B1, B2 və C vitamini baxımından zəngindir. Yaxşı bir qəlyanaltı olaraq bu meyvə sellüliti əngəlləyir.

Qarağat  qırmızı meyvələr arasında ən çox lifə sahib olan meyvədir. Kalorisinin aşağı olmasına görə sellüliti əngəlləyir.

Alça – C, A, E vitamini, potasium, lif baxımından zəngindir. Yüksək antioksidan həcminə malik olan alçanın detoks xüsusiyyəti də var. Həzmi asanlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir