Gözəl və sağlam olmaq bir-birindən asılı olan əvəzolunmaz tandemdir. Və bu ikisinin cazibəsinə sahib olmaq üçün qidalanma tərzinizi yenidən ciddi şəkildə nəzərdən keçirməlisiniz. Necə qidalandığınız, nələr yediyiniz həyatınıza təsir edir. Bu isə üzünüzdə və xarici görkəminizdə aydın şəkildə hiss olunur. Dırnaqların qırılmaması, gözün parlaqlığı, saçların güclü olması üçün qidalanma əsas rol oynayır.
Qidalanma həyata təsir edən, yaşama dəyər qatan sosial və mədəni quruluşla yetişən çox əhəmiyyətli ehtiyacdır. Yemək yeyərkən bəzi qaydalara əməl edin: rahat olun, yavaş yeyin, yaxşı çeynəyin, damaq dadına diqqət yetirin, ən əsası xoşbəxt olun! Beləcə, yemək yeyərkən, qidalanma zamanı ferment və hormonlar balans və harmoniya içində olur. Bu isə nəticədə sizin gözəlləşməyinizə gətirib çıxarır.
Qidalanma rejimini ciddi şəkildə yoxlayın, sevmədiyiniz, indiyə qədər heç vaxt yemədiyiniz tərəvəz, meyvə növlərini nəzərdən keçirin. Sonra hansıları yeyə bildiyinizi müəyyən edin. Hansını qəbul edə bilərəm? Qidalanma müxtəlifliyini artırmaq və yemək seçmək metabolizmi sürətləndirir və yağ yandırma gücünü artırır.
Hədsiz dərəcədə qidalanıb davamlı olaraq yemək yeməyə meyillisinizsə, hər şeydən əvvəl səhər, günorta, axşam sağlam və balanslı şəkildə qidalanmağa başlayın. Tərəvəz, ət, çörək, qatıq, yaşıl salat kimi vitamin və minerallar ehtiva edən qidalanma proqramına əməl edin. Aldığınız kalori miqdarını tədricən balanslı şəkildə azaldın.
Yeməkləriniz nə çox yağlı, nə də tamamilə yağsız olsun. Yağı tamamilə kəsmək orqanizmin enerji tarazlığını pozur. Zamanla səhhətinizdə bir sıra problemlərin yaranmasına zəmin hazırlayır. Saç, dırnaq, və gözlərin gözəlliyi üçün: süd qatıq və pendir kimi süd məhsullarına üstünlük verin. Lakin onların normal yağlılıqda olmasına fikir verin. Salatlarda zeytun yağı istifadə edin. Yeməklərdə zeytun yağı ilə yanaşı qarğıdalı yağı da istifadə edin.
Qısa müddətdə çox sürətli arıqladan pəhrizlərdən uzaq durun. Mono pəhrizlər, detokslar iradənizi çox zorlayıb psixoloji zədələr verir. Bundan başqa, bu cür arıqlamaq üsulları ifrat və sürətli saç tökülməsinə səbəb olur, həmçinin dəridə də ciddi deformasiyalar yarada bilər.
Sağlam qidalanma vərdişlərini özünüzə aşılayın, hər zaman ona əməl edərək qidalanmağa diqqət göstərin.
Gün ərzində rasionunuzda təzə meyvə olsun.
Hər gün yemək vaxtından 1 saat əvvəl mütləq çiy tərəvəz yeyin.
Günorta və ya axşam yeməklərində bişmiş tərəvəz yeməkləri yeməyə diqqət yetirin.
Məşq edin. Nə qədər hərəkətli olsanız, o qədər sağlam, enerjili, gümrah olarsınız.