Hər fəsilə uyğun geyinmək istəyimiz təbiidir. Qışda qalın geyiniriksə, yayda daha az geyimə üstünlük veririk. Bu yazımızın mövzusu isə kişilərin yayda necə geyinməsinin daha doğru olması ilə bağlıdır. Kişi yay qarderobu yüngül və bir az canlı rənglərdən ibarət olmalıdır. Amma təbii ki, geyim tərzini ancaq bununla məhdudlaşdırmaq olmaz. Bununla yanaşı, bilməyiniz lazım olan bəzi başqa qaydalar da var:
1) Köynəyi şortla geyinmək qəbul olunmayıb. Şortlar üçün ən yaxşı olan t-shirt və polo-köynəklərdir.
2) Tor köynək və yarımşəffaf köynəkləri qarderobunuzdan atın.
3) Havay printləri artıq aktual deyil.
4) Aksessuarlar zərif (eleqant) olmalıdırlar. Qalın qızıl boyunbağlar – zövqsüzlük işarəsidir.
5) Kedlər şortlarla daha uyğundur.
6) İstidə papaq taxın. Yadda saxlayın, əgər bağ evində bu panama ola bilərsə, şəhərə çıxarkən kepka taxmaq daha uyğundur.
Dənizə gedəndə
Açıq ayaqqabı, rahat t-shirt – çimərlik görkəmi üçün əla seçim olacaq.
Dostlarla kabab çəkməyə gedirsinizsə…
Praktik rəngli və sizi sıxmayan geyim sizə lazım olacaq.
Şəhərə çıxanda…
Bağlı ayaqqabı, qalın materialdan şort və polo-köynək əla seçimdir.