bas agrisi

İsti havada baş ağrısını dərmansız aradan qaldıran üsullar

Baxış sayı: 1. 406

Statistikaya görə, son illərdə insanların 60-70 faizi baş ağrılarından əziyyət çəkir. Xüsusən də, yayda yaranan baş ağrıları daha şiddətli olur. Baş ağrısı çox vaxt stress və gərginlik nəticəsində yaranır. Bu isə insanların əhvali-ruhiyyəsi, hiss və emosiyaları, problemləri, fikirləri, rejimsiz qidalanmaları və digər faktorlarla bağlıdır.

Baş ağrıları səbəbindən asılı olaraq fərqlənir. Şiddətinə görə də müxtəlif olan ağrılar xroniki hal ala bilər. Odur ki, ağrıya dözmək yox, onunla mübarizə aparmaq məsləhətdir. Baş ağrıları zamanı istifadə olunan ağrıkəsicilər müəyyən dərəcədə kömək edir. Lakin dərmandan uzunmüddətli istifadə böyrək və qaraciyər zədələnmələrinə gətirib çıxara bilər. Oruc tutan insanlar da gün ərzində heç nə yemədiyi üçün baş ağrısı və ya miqren problemləri yaşaya bilər.

Bir sözlə, baş ağrısı problemləri ilə qarşılaşmısınızsa, publika.az-ın sağlamlıq bölməsinin təqdim etdiyi təbii müalicə üsullarını sınaqdan keçirin.

Limon aromaterapiya xüsusiyyətləri sayəsində baş ağrısını azladır. Bir dilim limonu əlinizdə ovuşdurub pasta konsistensiya gətirin və üzünüzə və alnınıza qoyun.

Baş ağrılarının başlıca səbəblərindən biri stressdir. Əsəblərin gərilməsi boyun ağrısıyla başlayıb baş ağrısına çevrilir. Odur ki, başınızın ağrımasının səbəbi stress olduğunu düşünürsünüzsə, boynunuzu və kürəyinizi hərəkət etdirən məşqlər edin. Oturduğunuz kreslonun rahat olmasına fikir verin.

Bundan başqa, stressə bağlı yaranan baş ağrılarının qarşısını almaq üçün lavanda yağı təklif olunur. Bunun üçün yastığa bir neçə damcı lavanda yağı töküb yatın. Bu qoxu həm də şirin yuxu gətirir.

Başınız ağrıyanda masajla ağrını azaltmaq, tədricən də yox etmək mümkündür. Baş barmağınızla çeçələ barmağınız arasında qalan barmaqlarla alnınızın ortasını yüngülcə sıxıb dairəvi hərəkətlərlə masaj edin.

Miqren mənbəli baş ağrısında işığa həssaslıq artdığından qaranlıq otaqda dincəlməyə çalışın.

İsti duş bədəni rahatlaşdırır, sakitləşdirir, dolyası ilə baş ağrılarını da yox edir. Duş qəbul etmək istəmirsinizsə, ayaqlarınızı isti su ilə dolu bir qabda saxlayın. Bu üsul da baş ağrılarını xeyli azaldır.

Başınıza buz torbası qoymaqla da baş ağrısını aradan qaldıra bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir