hediyye

Qadınların imtina edə bilmədiyi 10 hədiyyə

Baxış sayı: 1. 861

Qadınlar hədiyyə mövzusunda çox həssasdırar və sadəcə xüsusi günlərdə deyil, hər zaman hədiyyə almağı sevirlər. Ancaq kişilər üçün biz qadınlara hədiyyə seçmək əslində çox məşəqqətli bir prosesdir. Çünki bir çox kişilərə görə qadınların zövqü daha yüksəkdir. Hətta elə hədiyyələrimiz olub ki, xoşumuza gəlməsə belə, qarşımızdakının xətrinə dəyməmək üçün bunu bildirməmişik və özümüzü bəyənmiş kimi göstərmişik. Ancaq bu o demək deyil ki, mükəmməl hədiyyələr təşkil edənlər yoxdur. Təbii ki, var. İndi isə hədiyyə axtaran kişilərə kiçik bir kömək etmək fikrindəyik. Qadınların çox böyük əksəriyyəti aşağıdakı bu 10 hədiyyəyə “yox” deməz.

 

Image result for təyyarə biletləri

İstirahət üçün təyyarə biletləri

Həyat yoldaşınızı gözləmədiyi bir anda istirahətə  getmək üçün bilet alaraq çaşdıra və sevindirə bilərsiniz. Ölkə xaricində və ya ölkədaxili istirahət mərkəzlərinin birində bir neçə gün istirahət etməyə əsla yox deməyəcək.

Image result for qadınlar üçün bəzək əşyaları

Bəzək əşyaları

Qadınların çoxu bəzək əşyalarını sevir. Çünki qadınlar üçün xarici görünüş hər zaman önəmlidir. Hər zaman, hər yerdə gözəl və mükəmməl görünmək istəyirlər. Bunu isə bəzək əşyaları tamamlayar. Ona görə də xanımınızın zövqünə uyğun olan bəzək əşyası alıb ona sürpriz edə bilərsiniz.

Image result for gül dəstəsi

Çiçəklər

Qadınlar hər zaman çiçəkləri sevirlər. İstər buket olsun, istərsə də ev bitkiləri olsun, əgər həyat yoldaşınızın hansı gülü sevdiyini bilirsinizsə, demək, işiniz daha asandır. Sizə düşən sadəcə bir dəstə ətirli gül almaqdır.

Image result for mükəmməl qadın ayaqqabısı

Mükəmməl ayaqqabı

Ayaqqabı hər qadın üçün önəmlidir. Bir çox qadınlar hər paltara bir cüt ayaqqabı uyğunlaşdırmağı sevir. Bu işdə ona sürpriz edərək kömək edə bilərsiniz. Amma diqqətli olun ki, ayaq ölçüsünü düzgün götürün.

Image result for Yumşaq oyuncaqlar

Yumşaq oyuncaqlar

Yumşaq oyuncaqlar adətən gənc xanımların çox sevdiyi hədiyyədir. Əgər xanımınıza şirin bir hədiyyə təşkil etmək istəyirsinizsə, o zaman ona yumşaq oyuncaqlardan alın və əmin olun ki, bu, onun çox xoşuna gələcək.

KITAB

Sevdiyi yazıçının kitabları

Əgər yoldaşınız ədəbiyyatı və kitab oxumağı çox sevirsə, ona sevdiyi bir yazıçının kitabını ala bilərsiniz. Oxumağı sevən qadınlar kitaba həddindən artıq dəyər verər. Köhnə və ikinci əl kitabları sevən qadınlar üçün belə bir hədiyyə əvəzedilməz bir sürpriz olacaqdır. Belə bir hədiyyə ilə onu yenidən özünüzə aşiq edə bilərsiniz.

 

Şokoladsokalad

Şirniyyat qadınların vazkeçilməzidir. Artıq çəki ucbatından şirniyyatı çox yeməsək belə, şokolada qarşı hər zaman xüsusi bir sevgimiz olub. Siz gözəl bir bağlama içində və içində gözəl sözlər yazdığıınz notlarla yoldaşınıza bir qutu şokolad hədiyyə edə bilərsiniz.

sevgi

Sürpriz şam yeməyi

Qadınlar sürpriz kimi təqdim edilən hər bir şeyi xoşlayırlar. Onu romantik bir şam yeməyinə aparmaq gözəl bir fikirdir. Ancaq bu yeməyi sizin hazırlamağınız daha da mükəmməl olar. Əllərinizlə onun üçün hazırladığınızyeməkləri gördükdən sonra sizə yenidən aşiq olması normal bir haldır.

Image result for tortun üstündə qadın şəkil

Üzərində şəklinizin olduğu əşyalar

Yoldaşınızla olan şəklinizi hər hansısa bir əşyaya (yastıq, stəkan, pazl) vurdura bilərsiniz. Bu, onun üçün ən dəyərli bir hədiyyə olacaqdır.

Image result for bahalı qadın çantaları

Çanta

Geyimlərimizin tamamlayıcısı, qadınlar üçün vazkeçilməz bir aksessuar. Hədiyyə olaraq çox gözəl bir çanta ala bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir