guzgu

Güzgü haqda dəhşətli FAKTLAR

Baxış sayı: 1. 927

Güzgü Osmanlı dönəmində qadınlara verilən ən mənalı hədiyyə idi. Bu hədiyyənin mənası “sənə səndən gözəl bir hədiyyə tapmadım” demək idi. Güzgü bəlkə də qadına hədiyyə ediləcək ən gözəl əşyalardan biridir. Bəs güzgü doğrudanmı bu qədər saf və təhlükəsizdir?

Əslində elə o dönəmlərdən bəri cadugərlər güzgünü tamam başqa niyyətlə istifadə ediblər. Bu günə kimi güzgüylə bağlı heç də ürəkaçan söz-söhbətlər dolaşmır. Biri deyir gecə güzgüyə baxma, biri deyir amandı körpəyə güzgü göstərmə və s. Nənə-babalarımızdan güzgüylə bağlı ən çox eşitdiyimiz və gördüyümüz isə ölü olan evdə güzgülərin parça ilə örtülməsidir. İnsan öldüyü zaman otaqda ayna olubsa, həmin güzgünü ümumiyyətlə tullayırdılar. Son zamanlar isə güzgünun daha bir ürküdücü xüsusiyyəti əlavə olundu: Aynada özünün şəklini çəkmək olmaz!

Bu əşyanın həyatımıza etdiyi mənfi təsirlərindən xəbərsiz ondan hələ də necə gəldi istifadə edirik. Bəlkə də başımıza gələn bəzi bədbəxtliklərin səbəbi məhz budur…

Hə, bu arada gəlin gedən xanıma verilən aynanın sınmasını bədbəxtliklə əlaqələndirənlər də kifayət qədərdir…

Tarixə baxsaq, güzgülərlə bağlı dəhşətli hadisələrə rast gələrik. Bəziləri sübut olunub, bəzilər isə hələ də dillərdə qorxulu nağıl kimi dolaşır. Əgər fakta baxsaq, hələ 16-cı əsrdə yaşamış kimyagər Paracelsus öz inanılmaz təcrübəsini güzgülərin köməyi ilə həyata keçirirdi. Bu tədqiqatların nəticəsində aynanın insana energetik təsiri faktı təsdiqlənib. Onun fikrincə, güzgü tək insan və əşyanı əks etdirmir, həm də onların enerjisini udur. Daha sonra isə udduğu bu enerjini başqasına ötürür. Ona görə də tarixdə “lənətlənmiş güzgülər” haqqında bir çox rəvayətlər gəzir.

 

 

Güzgünün insana təsiri

* Bəzi xalqların güzgülərlə bağlı müxtəlif inanc və əlamətləri var. Demək olar ki, bütün şərq mədəniyyətində güzgü tanrılardan qalan xəzinə hesab olunur.

* Əvvəllər yerli şaman və sehrbazlar cəhənnəm ruhlarını çağırmaq üçün aynadan istifadə edirdilər. Güzgü ay rəmzi idi – sirli və müəmmalı. Xüsusi müəyyən edilmiş günlərdə güzgülərin köməyi ilə insanlar ölü qohumları ilə ünsiyyət qura bilirdilər.

* Güzgü heç vaxt mənfi və ya müsbət enerji daşımayıb. Hər şey ona toxunan insanın enerjisindən asılı olub. Hətta adi ev güzgüləri belə sahibinin bütün energetikasını daşıya bilər.

* Güzgü onun önündə baş verən bütün hadisələri yaddaşında saxlaya bilir. Xüsusilə cinayət və ya hər hansı bir mübahisəli dava-dalaşdısa. İstənilən fiziki zorakılıq güzgülərdə mənfi energetika buraxır.

* Əfsanələrə görə, güzgü ölmüş insanın ruhunu özündə həbs edə bilər. Bəzi dinlərə görə, ölən insanın ruhu hələ bir müddət insanların arasında dolaşır. Onun missiyası – o biri dünya üçün bir yol tapmaq və oraya getməkdir. Lakin ölənin otağında güzgü varsa, onun ruhu orada ilişib qala bilər.

* Ruh özünə güzgünü bir sığınacaq kimi görsə də, yenidən canlılar arasına qatılmaq istəyi onu qapadıldığı yerdən gördüyü hər insandan intiqam almağa vadar edir. Elə məhz buna görə, ruhun dağıdıcı enerjisi nəticəsində “lənətli güzgü” rəvayətləri yaranır.

* Güzgülər öz enerjisi ilə insan sağlamlığına təsir göstərə bilər. Deyilənlərə görə, biz ona hansı əhval-ruhiyyə ilə yaxınlaşırıqsa, o da bizi həmin enerji ilə yola salır. Əgər biz hər gün güzgüyə narazı, tutqun və ya kədərli baxırıqsa, güzgü cavabında bizim sağlamlığımızı poza bilər. Əksinə xoşbəxt və məmnun baxırıqsa, ayna əhvalımızı yaxşılaşdıracaq.

 

Niyə aynaya gecə baxmaq olmaz? Ya baxsaq???

Güzgüylə düzgün rəftarın ən birinci qaydası gecə qaranlıq düşəndə güzgüyə baxılmamısıdır. Səbəb isə belə izah olunur: gecə güzgüylə o biri dünya arasında özünə məxsus əlaqə yaranır. Əgər insan gecə güzgüyə baxmış olsa, güzgüdəki ruhlar onun enerjisi ilə qidalanacaqlar. Xüsusilə də gecə saat 00-03 arası daha çox təhlükəlidir. Bu saatlar ərzində şeytanın özünü güzgüdə görmək olar. Məhz buna görə bu vaxtlar xalq arasında “şeytan saatı” adlanır.

 

Güzgüyə nə demək olmaz?

Güzgüyə yaxınlaşdıqca bütün neqativi özünüzdən atmalısınız. Yoxsa dedikləriniz sizə bir neçə qat çox qayıdacaq.

Güzgüyə baxarkən bunları demək və danışmaq qəti qadağandır!

* Xəstəlik və ağrıdan. Güzgü bütün neqativi götürüb sizə və yaxınlarınızı xəstələndirə bilər.

* Gözəl olmadığınızla bağlı fikirlər. Üzünüzdə qırışlar və sızanaqlar əmələ gələ bilər.

* “Dəhşət”, “zibilə qalsın”, “cəhənnəmə” – bu tipli sözlər. Onlar sizin həyatınıza istəmədiyiniz hadisələri cəlb edə bilər.

* Öz etdiyiniz səhvləri və axmaqlıqlarınızdan. Yaddaşınız zəifləyə bilər və ya psixoloji cəhətdən problemlər yarana bilər.

* Kədərdən və ya bədbəxtçilikdən.

* Çəkdiyiniz əziyyətdən, tənhalıqdan. Güzgü sizin üçün ən yaxşı həmsöhbət deyil. Ona öz problemlərinizi deməyə ehtiyac yoxdur.

* “Sən məni sevmirsən” – bu sözü əzizinizə zarafat belə olsa, güzgünün qabağında deməyin. Münasibətlərinizdə problemlər başlaya bilər.

* “Biz kasıbıq” demək olmaz. Yoxsa səbəbsiz yerə evinizdən pullar axıb gedəcək.

* “Yaşamaq olmur”, “İndiki zamanda yaşamaq imkansızdır” kimi sözlər də işlətməyin. Yoxsa sizdə və evinizi bütün sakinlərində problemlər yarana bilər.

Ümumiyyətlə, güzgünün qarşısında neqativ olmamağa fikir verin.

 

Güzgünün qabağında niyə yemək yemək olmaz?

* Güzgünün qabağında yemək yeyən insan, öz xoşbəxtliyini və ya yaddaşını yemiş olur.

* Yemək yesəniz sizin gözəlliyiniz və sağlamlığınız o biri dünyaya keçə bilər.

* Hətta alimlər də bu xəbərdarlıqdan razıdırlar. Güzgünün qabağında yemək yemək, televizorun qabağında yemək yeməklə eyni ölçülür. Belə ki, hiss etmədən insan çox yeyir ki, bu da qıdalanmanı pisləşdirir və həzm prosesini çətinləşdirir.

 

Niyə güzgü hədiyyə etmək olmaz?

İnsanlara çoxdan məlumdur ki, güzgünün köməyi ilə kiməsə zərər vermək mümkündür. Bir çox cadugərlər hədiyyə verəcək güzgüləri mənfi enerji ilə yükləyib öz qurbanlarına təqdim edirdilər. Ona görə də, belə bir hədiyyəni insanlar ehtiyatla alırdılar. Daha sonra ümumiyyətlə belə bir hədiyyəni qəbul etməkdən imtina olundu. Əgər sizə güzgü hədiyyə ediblərsə və siz heç cürə belə hədiyyədən imtina edə bilmədinizsə, onda onun neqativini təmizləməyin bir neçə yolu var.

* Güzgünü duzlu su ilə yuyub sonra yaxşıca silmək lazımdır.

* Hədiyyə olunmuş aynanı qutuya qoyub üzərinə duz səpmək lazımdır. Duz bütün mənfi enerjini özünə götürəcək. Güzgünü duzda 3 gün saxlamaq lazımdır. Sonra güzgünü yuyub, duzu atmaq lazımdır.

 

Niyə uşağı güzgüdə göstərmək olmaz?

Körpələrin möhkəmlənmiş biosahələri yoxdur. Onların ruhu hələ çox zəifdir. Ona görə güzgü körpədən enerjini daha tez çəkib sovura bilir. Bu isə körpənin ağlaması, xəstələnməsi və uzun müddətli əhval pozğunluğu ilə nəticələnə bilər. Uşaqlarınızı 5 yaşına qədər güzgüyə göstərməməniz məsləhətdir.

 

Niyə birlikdə güzgüyə baxmaq olmaz?

Güzgü nəinki real hadisələri əks etdirir, həmçinin gizlində qalan bəzi nüansları aşkara çıxardır. Ona görə dostların və ya sevgililərin birlikdə güzgüyə baxması məsləhət deyil. İnsan güzgüdə öz yoldaşının gizlin saxlamaq istədiyi fikriləri sezə bilər. Məhz buna görə, bundan sonra güzgüyə baxanlar dalaşırlar, aralarında ciddi münaqişə baş verir.

Amma yad insanlarla güzgüyə baxmaq daha təhlükəlidir. Bunun isə bir neçə səbəbi var:

* Göz dəymə. Güzgü böyüdücü şüşə kimi görünən bütün neqativləri böyüdür. Hətta balaca paxıllıq belə böyük energetik zərbə vura bilər.

* Gözəlliyinizi, sağlamlığınızı və xoşbəxtliyinizi itirə bilərsiniz.

 

Niyə sınıq və ya qırılmış aynaya baxmaq olmaz?

* İnsan qırıq güzgüyə baxanda, özünü hissələrə parçalanmış görür. Həmin şey onun energetikası ilə də baş verir. Bu da özüylə sağlamlığın pisləşməsini gətirir.

* Güzgü sındığı zaman özündə olan bütün enerjisini ətrafa yayır. Əgər insan bu zaman güzgüyə baxarsa, o, həmin energetika ilə qidalanacaq.

* Sınmış güzgünü qara parçaya bürüyüb tez tullamaq lazımdır. Əgər bunu etməsəniz, o, saxladığı mənfi energetikanı ətrafa yayacaq.

* Hətta sınmış güzgünü yalın əl ilə tutmaq olmaz. Yox əgər başqa çıxış yolu yoxdursa, o zaman toxunduqdan sonra əllərinizi mütləq su ilə yuyun.

 

Niyə güzgü olan otaqda yatmaq olmaz?

Otaqda güzgü varsa, onun üzərini örtmək lazımdır. Xüsusilə də yatağın qarşısında yerləşirsə.

Güzgü olan otaqda yatdıqda gecə yuxunuzda kabuslar görmək ehtimalı çoxalır. Həm də bu, gecə qorxusunu çoxaldır.

 

Niyə güzgünün qabağında şəkil çəkdirmək olmaz?

Kameranın şüşəsinin güzgü effekti var. İnsan öz əksini güzgüdə çəkəndə o biri dünyaya bir tunel açmış olur. Belə tunel insan həyatına təhlükədir. Belə ki, bu zaman insan xəstələnə bilər. Həmin tuneldən pis niyyətli ruhlar sizin yaşadığınız evinizdə məskunlaşa bilər. Ona görə də dəb olsa belə, güzgünün qabağında şəkil çəkdirmək çox təhlükəlidir.

Niyə qapının qarşısında güzgü asmaq olmaz?

Güzgünü asmaq üçün ən yaxşı yer – üzbəüz olan divardır. Çöl qapısından çox müxtəlif xasiyyətdə və energetikada insanlar girir-çıxır. Güzgü isə evə girən hər insanın energetikasının hamısını özünə toplayır. Sonrası hansı energetikanı toplayıbsa, onu da ev əhlinə paylamağa başlayır. Məhz buna görə güzgünü qapının qarşısından asmaq olmur.

 

Güzgüyə niyə tez-tez baxmaq olmaz?

Güzgüyə ancaq lazım olandan olana və ancaq yaxşı əhval-ruhiyyə ilə baxmaq lazımdır. Ən yaxşısı budur ki, siz güzgüyə harasa gedəndə və ya hansısa yaxşı görüşdən qayıdanda baxasınız. Harasa gedəndə güzgüyə baxırsınızsa, mütləq öz əksinizə gülümsəyin. Bu, gün boyu uğurun sizinlə olması üçün əla vasitədir.

 

Niyə başqasının güzgüsünə baxmaq olmaz?

Hətta güzgü sizin ən yaxşı dostunuza aiddirsə, ona baxmağa dəyməz. Çünki siz bilmirsiz ki, o güzgüyə hansı əhvalla və hansı enerji ilə baxıb. Özünüzü mənfi energetikadan qorumaq üçün başqasına aid güzgüyə baxmayın.

Siz bütün bunlara inanmasanız da, güzgünün mənfi enerjiyə kökləyəcək heç bir hərəkət etməməyiniz məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir