NASA-da bir neçə il əvvəl “Tam məxfi” adı altında sensasiyalı məlumat saxlanılırdı. 9 avqust 1973-cü ildə astronavtlar “Skayleb – 2” kosmik gəmisinin göyərtəsindən ABŞ kosmik araşdırmalar laboratoriyasının əməkdaşlarına son dərəcə heyrətləndirici məlumat ötürüblər. Məlumatda bildirilir: “Cəhənnəm Günəşin ortasında yerləşir. Biz ölülərin necə yandığını görürük. Biz cəhənnəmi görürük”. Rabitə bir neçə dəqiqəyə kəsilir, bunun ardınca isə astronavtlar kosmik fəzadan uçuş üçün normal məlumatlar ötürürlər. Sanki bundan əvvəlki sensasiyalı xəbəri ötürən onlar olmayıb…
NASA mütəxəssisləri bu hadisə ilə bağlı bütün şayiələri 16 il müddətində təkzib etdilər. Lakin 1985-ci ildə Amerikanın “Dünya elmi” jurnalı bu sirrin pərdələrini qaldırdı. “Skayleb – 2” kosmik gəmisinin ekipajının Yerə ötürdüyü ağlasığmaz məlumat dərc olunur və insanları dəhşətə gətirir.
1978-ci ilin avqustunda kosmik gəminin göyərtəsində yerləşən astronavtlar spektoqramın (spektrin foto şəkli) köməyilə günəş partlayışını araşdırırdılar və bütün dəyişikliklər fotolentdə öz əksini tapırdı. Bu müşahidələr zamanı Günəşdə olduqca güclü partlayış baş verir. Odlu kürənin içindən 800 min kilometr hündürlüyündə (!) alov sütunu ucalır.
Və bu maye axın gözlənilmədən heyrətdən şoka düşmüş müşahidəçilərin gözləri önündə sönür. Cihaz 70 saniyə ərzində dəhşətli yuxuya bənzəyən görüntüləri qeydə alır: Bu alovlu sütunda əbədi odda yanaraq əzab çəkən yüzlərlə insan siması peyda olur. Əvvəlcə astronavtlar bunun hallüsinasiya olduğunu düşünürlər, lakin bu üz cizgiləri çox dəqiq idi. Astronavtlar ateistlərin fərziyyə hesab etdiyi Cəhənnəmi görürdülər…
Jurnal iddia edir ki, hal-hazırda amerikalıların 42 il əvvəl aldıqları bu məlumat çox diqqətlə araşdırılır.
Bu sensasiyalı məlumatdan 10 il sonra bəzi Amerika nəşrləri oxuculara daha bir fantastik hadisə barədə yazıblar. Xüsusi hazırlanmış aparatdan və teleskopdan istifadə etməklə, NASA araşdırmaçıları fotolentə qəribə görüntülər çəkiblər: açıq kosmosda ölmüş insanların və heyvanların kabusları uçuşurdu.
Bu hadisə rəsmi elm, parapsixologiya və din xadimləri arasında kəskin fikir ayrılığı yaradır. Lakin təkcə bir məqam onları birləşdirirdi: fotolar əsl idi! Rəsmi ekspertlər komissiyanın üzvlərindən biri belə deyir: “Biz kabusların varlığı barədə çoxdan bilirik. Hələ 1993-cü ilin mayında biz “Xabl” teleskopunun köməyilə bu varlıqları kosmosda görə bilmişdik. Amma NASA rəhbərliyi və nümayəndəliyi bu bilgini məxfiləşdirmək qərarına gəldilər. Görüntüləri gizlətməkdə məqsəd insan formasında işıldayan obrazların nə olduğunu insanlara başa salmağın mümkünlüyünü gözləmək idi.
Kimliyi açıqlanmayan alimlər ilk şəkilləri Günəşin Neptuna təsirini araşdırarkən almışdılar. Fotolarda çoxsaylı işıldayan insan bədənləri çox dəqiq görünürdü. Elm xadimlərinin bu barədə fikirləri birmənalı olmadı…
İspan teoloq Pedro Qarsiya hesab edir: “Kainatın bu hissəsi Cənnət və Cəhənnəm arasındakı Məhşərdir. Burada ölmüş insanların ruhları həyatda yaşayarkən törətdikləri əməllərinə görə sorğu-sual edilirlər”.
Adını gizli saxlayan digər məşhur amerikalı fizik belə deyir: “Bu formalar başlanğıcı və sonu olmayan həyatın əsl mahiyyətini göstərən elektrik impulslarının nəticəsidir. İnsanlar öldükdə bədənin enerjisi, elektriki kosmosa gedir. Vəssalam!”
Yadplanetlilər haqqında 11 kitabın müəllifi doktor Alan de Volyer bu qənaətə gəlib ki, şəkillərdə görünən bu quruluşlar başqa planetin varlıqlarıdır.
Fərqli mülahizələrdən sonra NASA nümayəndəsi bildirib ki, o görüntülər barədə yeni məlumatlar əldə etmək üçün külli miqdarda vəsait xərclənir. Ola bilsin, yaxın keçmişdə Yer sakinlərinə Cənnət və Cəhənnəm barədə yekun məlumat veriləcək.
Amma hələki hər şey gizli saxlanılır… Cənnət axtarışında olan NASA amerikalı Çarlz Qinsonun 28 il kosmosda olmasını gizli saxladığı kimi!
NASA-dan olan mənbələr sözügedən hadisənin izahın mümkünsüzlüyünü deyirlər, rəsmi nümayəndə isə Qinsonun başına gələnləri belə şərh edir: “Biz 3 saat 58 dəqiqədən sonra kosmik gəminin komandiri Çarlz Qinsonla əlaqəni itirdik. Missiya məxfi olduğundan bu barədə ictimaiyyətə açıqlama verə bilmədik. Bizim sənədlərdə Çarlz Qinson itkin kimi göstərilir. 26 mart 1991-ci ilə qədər belə idi.
Astronavtın kosmosda yoxa çıxmasının üstündən 28 il keçdikdən sonra amerika hərbi-dəniz hissələrindən biri Çarlz Qinsondan radioqramma alır. Bundan həmən sonra okeanda astronavtın kosmik gəmidə istifadə etdiyi “Cemini” kapsulası tapılır.
Sual yaranır: astronavt yarım illik yemək, içmək və istilik ehtiyatı ilə kosmik fəzada 28 il necə yaşaya bilib? Bu hansısa qeyri-adi qüvvələrin iştirakı olmadan ağlasığmazdır!
Bu müəmmalı işlə bağlı NASA-nın heç bir rəsmi versiyası yoxdur. Astronavtın olduğu kosmik gəmiyə ilk olaraq hərbçiləri buraxmışdılar və o vaxtdan hər şey sirr olaraq qalır. Bu hadisə ilə bağlı bütün sənədlər arxivlə birlikdə yoxa çıxıb. Hətta Qinsonun nə vaxtsa NASA-nın əməkdaşı olduğunu təsdiqləyən hər hansı bir fakt belə yoxdur. Əlbəttə ki, yaşlı astronavtlar onu yaxşı xatırlayırlar.
Çarlz Qinson Kaliforniyada Edvards aviabazasında karantin keçib. Astronavt və “Cemini” dəqiqliklə araşdırılır. Xüsusi yaradılmış psixoanalitiklər qrupu Qinsondan onun fantastik macəraları barədə məlumat almağa cəhd edib.
NASA əməkdaşı reprtyorlara açıqlamasında belə deyib: ” Fiziki olaraq o, özünü yaxşı hiss edir, lakin təmamilə çaşqın vəziyyətdədir. Uzun müddət Yerdə olmamasını izah edə bilmir. Psixoloji vəziyyəti olduqca pisdir. Onun sözlərini bir-biri ilə əlaqələndirmək mümkün deyil. Bu müddət ərzində harada olduğunu, kosmosda hansısa heyvan və ya ilahi varlıqlarla ünsiyyətə girdiyi barədə soruşduqda, hər dəfə eyni cavabı verir: “Bir daha heç vaxt!.. Siz başa düşməlisiz, onlar bizim düşmənlərimizdir”. Qalan bütün suallar onda isterika və ağlamaqla müşayiət olunur”.
Məşhur polyak cadugəri Kşiştof Bullışko kütləvi informasiya vasitələri vasitəsilə bəyan edib ki, astronavt tezliklə danışacaq və onun danışdıqları hər kəsi şoka salacaq.
Lakin sehrbazın bu bəyanatından artıq xeyli müddət ötüb, Çarlz Qinsonun 28 illik kosmik səyahəti barədə hələki yeni bir şey yoxdur. Ola bilsin ki, bu birbaşa kosmosdakı Cəhənnəm və Məhşərin tapılması ilə bağlıdır…
Çox ehtimal ki, Qinson Yerə sağ qayıtdığından Cənnətdə olub. Bəs bu Cənnət harada yerləşir? Əgər astronavt “Bir daha heç vaxt!” deyə qışqırırsa, həyat orada bu qədər yaxşıdırmı?