Artıq yeni inşa edilən çoxmərətəbəli yaşayış binalarında mənzillərin dövlət reyestrindən qeydiyyatdan keçib -keçmədiyini onlayn qaydada öyrənmək olur. Eyni zamanda, mənzilin çıxarışını evdən çıxmadandan da almaq mümkündür.
Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlərin bir hissəsdir. Bu gün jurnalistlər üçün “Əmlak idarəçiliyində tam elektronlaşma” mövzusunda keçirilən info-turda Komitənin təqdim etdiyi bir çox xidmətlər haqqında məlumat verilib. Məsələn, təqdim edilən “Daşınmaz əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi”i xidməti yeni inşa edilən çoxmərtəbəli yaşayış binalarında bir mənzilin bir neçə dəfə satılmasının qarşısının alınmasında effektiv vasitəsdir. Belə ki, vətəndaş Komitənin rəsmi saytına daxil olaraq 10 manat ödəniş etməklə mənzil almaq istədiyi binanın çıxarışının olub-olmamasını əvvəlcədən öyrənə bilir.
Komitənin elektron şəbəkələr sistemindəki digər yenilik isə elektron çıxarış sistemidir ki, bu üsulla vətəndaş evindən çıxmadan müvafiq sənədləri təqdim edərək elektron çıxarış ala bilər. Artıq 5 mindən çox vətəndaş belə çıxarışı əldə edib.
Komitənin təqdim etdiyi elektron hərrac sistemi ilə isə vətəndaşlar hətta xarici ölkələrdən də qeydiyyatdan keçərək özəlləşdirmək istədiyi əmlakla vizual olaraq tanış olur və hərracda iştirak edərək onun sahibinə çevrilə bilir. Ümumilikdə, Komitə tərəfindən 39 elektron ximdət təklif edilir ki, bu ximdətlərdən də E-emdk.gov.az portalına daxil olmaqla istifadə etmək mümkündür.