yemek

“Harda nə yeyək?” – İNDONEZİYA MƏTBƏXİ

Baxış sayı: 1. 932

“Gencaile.az” saytının hər həftənin bazar günü oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu həftə İndoneziya mətbəxindən söz açacağıq.

 

Hər bir ölkənin özünəməxsus meyvələri var. İndoneziya bu baxımdan unikaldır. Xüsusilə qəhvələrinə diqqət yetirin. Çünki dünyanın ən bahalı Kopi Luvak qəhvəsi məhz İndoneziyada yetişdirilir. Qəhvənin özəlliyi ondadır ki, onu palmalardan adi kənd camaatı toplamır, o qəhvə yeyən luvak adlı qəribə heyvanların nəcisindən əldə edilir.

Картинки по запросу copi luvak

Bali adasını nəinki İndoneziyanın və Asiyanın, həm də dünyanın yaşıl möcüzəsi hesab edirlər. Bu da əsassız deyil. Adada insanı cavanlaşdıran onlarla mineral su mənbələri, canlı orqanizmi həmişə gənc saxlayan, onu qocalmağa qoymayan və vitaminlərlə zəngin bitki növləri, meyvələr, tərəvəzlər var. Bu da İndoneziya mətbəxini dünyanın ən zəngin mətbəxlərindən birinə çevirir.

Картинки по запросу bali food

Yeri gəlmişkən, kulinarlar kəndi sayılan Tabanda turistlərə müxtəlif cür qəlyanltılar təklif edilir. Onların bəzilərində əsas inqrediyenti kimi torpaqdan istifadə olunur. Doğrusu indoneziyalının gündəlik adi yeməyi çətin ki, turistlərin ağız dadına uyğun gəlsin. Lakin narahat olmayın ki, adalar ölkəsi dəniz məhsulları boldur. İndoneziyada bütün dəniz məhsullarını sınaqdan keçirə bilərsiniz. Həm qiymətlər çox ucuzdur, həm də ləzzətlidir. İstənilən restoranda kalmar, krevetka, xərçəng, istridiyə qədər bir çox dəniz məhsullarını fərqli souslarla dadmaq olar. İndoneziyada yerli xalqın əsas yeməyi və ən əsas dolanışıq mənbəyi isə düyüdür.

Картинки по запросу indonesian food

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir