Napoleon tortu bir neçə fərqli qayda ilə hazırlanır. “Gencaile.az” saytının təqdim etdiyi bu reseptlə tavada hazırlanan tort ağızda əriyən,zərif və çox dadlı alınır.
Tərkibi:
Xəmir üçün:
1,5 stəkan süd
200 qr kərə yağı
1 stəkan şəkər tozu
2 yumurta
1 xörək qaşığı maye yağ
0,5 çay qaşığı soda (uksusda söndürülmüş)
çimdik duz
təxmini 2 kq un
Krem üçün:
2 stəkan süd
4 yumurta
1,5 stəkan şəkər tozu
600 qr kərə yağı
1 banka qatılaşdırılmış süd
1 paket vanil
Hazırlanma qaydası:
Xəmir üçün un,şəkər tozu,kərə yağı,süd,yumurta,maye yağ,uksusda söndürülmüş soda və duz əlavə edib orta konsistensiyalı xəmir yoğurun və 20-22 kündəyə ayırın.Tavanın ölçüsündən asılı olaraq korjlar yayın.
Korjları tavada qapağı bağlı olaraq 2 tərəfli qızardın.Bişən korjların üzərini dəsmalla örtmək lazımdır ki,qurumasın.
Krem üçün südü ocağın üzərinə qoyub isidin,üzərinə çırpılmış yumurta və şəkər tozu kütləsini əlavə edin və qarışdıra-qarışdıra qatılaşanadək bişirin. Sonra bu kütləni soyudun və kərə yağı əlavə edib yaxşıca çırpın. Daha sonra qatılaşdırılmış süd və vanil əlavə edib yenə qarışdırın.
Korjların arasına krem yaxın və üst-üstə yığın.Kənarlarının qırıntıqlarını ovuntu halına gətirin.Tortun kənarlarına ovuntu səpin və üzərinə sadəcə krem çəkin.Tortu yumşalması üçün bir neçə saat ərzində və ya 1 gecə otaq temperaturunda saxlayın.
Nuş olsun!