ev isleri

Evdə yaratmaq üçün biznes ideyaları

Baxış sayı: 1. 451

Evdə makiyaj

Əgər siz kölgələr və dodaq boyalarının köməyi ilə bir şəxsə gözəl görünüş verə bilirsinizsə, o zaman niyə siz istedadınızı  pula çevirmirsiniz?   250-500 manatdan  sərmayə qoyaraq visajist xidmətlərini göstərərək sizdə sıfırdan öz biznesinizi aça bilərsiniz. Mükəmməl bir yanaşma ilə belə bir təşəbbüs kifayət qədər gəlirli bir işə çevrilə bilər.

 

Ev baxıcılığı

Bu, əlbəttə, ən gəlirli məşğuliyyət deyil, lakin bir qəpik icarə haqqı ödəmədən müxtəlif yerlərində yaşamaq üçün böyük bir fürsətdir.

 

Dayə olaraq işləyin

Başqalarının uşaqlarına yalnız yeniyetmələrin və tələbələrin baxdığını düşünməyin. Əksinə, bu iş xüsusilə gecə və həftə sonları işləyənlərə layiqli bir gəlir gətirə bilər.

 

Pəncərələrin yuyulması

Pəncərədən ətrafa baxdığınız zaman hər şeyi aydın və dəqiq görmək istəyirsiniz. Bu xüsusilə ofis binalarında pəncərə yuyucusu üçün böyük tələbat yaradır.

 

Əmlakın idarə edilməsi

Tanışlarınız arasında əmlakı kirayə verən insanlar varmı?  O zaman onların bundan sonra işlərini aparacaq bir insana ehtiyacları ola bilər. Bu, əlavə gəlirinizin əla bir mənbəyidir. Buna baxmayaraq, bu vəzifə çevik bir cədvəl üzərində çalışmaq üçün həssaslıq və hazırlıq tələb edir. Öhdəliklərinizə kirayə pulunun yığılması, təmir və digər işlərin təşkili, habelə gözlənilməz vəziyyətlərin həlli daxildir. Əmlak investorları hava kimi bir menecerə ehtiyac duyurlar.

 

Airbnb vasitəsilə əmlakın icarəsi

Airbnb servisi  boş yataq və ya divan kirayə verməklə yaxşı qazanc əldə etməyə imkan yaradır. Amma bu hamısı deyil. Həmdə çox maraqlı tanışlıqlar etmək üçün böyük bir fürsətdir (əlbəttə ki,  danışqan bir insan olduğunuz halda). Hətta bütün mənzilləri kirayə verə bilərsiniz. Ancaq bunu sizin səylərinizdən asılı olmayan bir passiv gəlir mənbəyi olduğunu düşünməyin. Siz mənzilləri təmiz saxlamalısınız, həmişə qonaq qəbul etməyə hazır olmalısınız və  onlara bütün rahatlığı təqdim etməlisiniz.

 

Xalça təmizləmə

Xalçalar dərhal istənilən bir evi dəyişə bilər, daha rahat və komfortlu edir. Lakin zaman keçdikcə xalçalarda toz, kir, yağ, allerqenlər  və mikroblar yığırlır. Xalça təmizləmə xidməti həmişə tələb olunacaq və əllərinizin içində yatan fürsətdən faydalanmamaq ağılsızlıq olar. Lakin bunun üçün sizə avadanlıq və alətləri alınmasına  investisiya lazımdır (tozsoranlar, xalça yuyucu fırçalar və s). Alternativ bir seçim -həftə sonu avadanlıqları kirayə götürmək olar, 5-10 müştəriyə dərhal xidmət edərək  kirayə xərclərini ödəmək olar. Əgər uğurla başlasanız, nəticədə öz avadanlıqlarınızı satın ala və qiymətləri artıra bilərsiniz. Kiçik işi ciddi işə çevirə bilərsiniz.

 

Əmlak dəyərinin qiymətləndirilməsi

Evdən də əmlakın dəyərini qiymətləndirərək, gündə bir neçə saatınızı qurban verə bilərsiniz. Bu əsas gəlirdən əlavə olaraq qazanmaq üçün böyük bir fikirdir. Bunun üçün  universitet, ixtisas başa çatdırmaq mütləq deyil, sizin daşınmaz əmlak sahəsində peşəkarlığınızı  sübut edən sənədlər lazımdır (lisenziya, təlim, və s. sertifikatları), eləcə də potensial müştəri bazası mövcud olmalıdır (broker, daşınmaz əmlak agentləri, banklar, digər qiymətləndiricilər və s.).

 

Evin təmizlənməsi

Əgər xidmətlərin çeşidini genişləndirmək və daha çox qazanmaq istəyirsinizsə, evlərin hərtərəfli təmizlənməsi ilə məşğul ola bilərsiniz. Belə təmizləmə zamanı xalçalara, döşəmələrə, çəmənlərə, qarajlara, pəncərələrə, divarlara, çatlara və s diqqət yetirməlisiniz. Təbii ki, belə bir miqyasda təmizləmə üçün yuyucu və təmizləyici bir arsenal tələb olunur. Və ya öz təmizlik işçilərinizi yarada bilərsiniz, özünüz isə inzibati məsələlərlə məşğul ola bilərsiniz və müştərilərlə qarşılıqlı əlaqə qura bilərsiniz. Öz işinizi açmağınıza qərar vermədiyiniz təqdirdə, ilk növbədə, bizneslə daha dərindən tanış olmaq üçün  təmizlik şirkətinə  təmizləyici kimi işə düzələ bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir