geyim

Prezidentləri kimlər, necə geyindirir?

Baxış sayı: 1. 549

Prezidentlərin geyim tərzi hər zaman müzakirələrə səbəb olub. Onlar bəzən şıq, bəzənsə olduqca zövqsüz geyim tərzləri ilə diqqət çəkirlər. Bəs onların geyiminə kimlər və necə nəzarət edir? Stilistlə çalışırlarmı? Çalışırlarsa stilistləri onlara nəyi, necə geyinməyi məsləhət görür?

“Yeni Müsavat” dünyanı idarə edən liderlərin geyim tərzləri və onların geyiminə nəzarət edən şəxslərlə bağlı arayış hazırlayıb. “Gencaile.az” saytı bu yazını təqdim edir.

 

“Nə stilistim var, nə də kostyum seçənim…”

Başlayaq Nursultan Nazarbayevdən. Nazarbayev heç zaman stilistə müraciət etmədiyini deyir: “İnternetdə məni müzakirə edirdilər. Kostyumum hardandı və qalstuklarımı kim seçir? Heç kəs seçmir. Nə stilistim var, nə də kostyum seçənim. Bəzi prezidentlər bütün səfərlərində onları özləri ilə aparırlar”.

Nursultan Nazarbayev ile ilgili görsel sonucu

Bununla yanaşı, Nazarbayev uşaqlıqdan bütün işlərini özü gördüyünü deyir: “Sadəcə, mən uşaqlıqdan fəhlə oğlan olmuşam. Kəndlilərin arasından, ən aşağılardan çıxmışam. Yeri gəlmişkən, əmək fəaliyyətinə metallurq kimi başlamışam. Kürək və lom əlimdə çalışmışam və məhz bu iş məni formalaşdırıb”.

 

Putin geyim məsələsini özünə dərd etmirmiş

Ä°lgili resim

Rusiya prezidenti Vladimir Putin bir neçə il öncə Krımda keçirilən “Tavrida” gənclik forumunda geyim tərzindən danışıb. Gündəlik həyatda rahat və sadə geyinməyə üstünlük verən prezident bu tərzi iş həyatına da yansıtmağa çalışır. Geyimi haqqında verilən sualları təbəssümlə qarşılayan Putin gənclərlə zarafatlaşmağı da unutmayıb: “Qarderobumda nə varsa, geyinirəm. Önəmli olan üzərimə düzgün oturmasıdır. Geyim mövzusunu heç vaxt özümə dərd etmirəm. Çünki iş otağımdan başqa heç bir yerdə olmuram. Nəysə ki, bu gün Tavridaya gəldim”.

İtaliya mətbuatı Putinin bu ölkəyə səfərlərinin intensivliyinin səbəbsiz olmamasından çoxdan yazıb: onu “Made in İtaly” geyimləri çox maraqlandırır. Daha dəqiqi, Salvatore Ferregamo botinkaları. Lakonik dizayn, əl işi, təbii dəri. Həm də Silvio Berluskoni də belə botinkalarda gəzir. Onların qiyməti təxminən 2000 dollardır.

V.Putinin geyim seçimində sevdiyi kino qəhrəmanları həlledici rol oynayır. Məsələn, Nikolas Keytç “Millətin dəfinəsi” filmində Birləşmiş Ştatların baniləri – Corc Vaşinqton, Bencamin Franklin və Tomas Cefferson tərəfindən gizlədilmiş sərvətin arxasınca “Canada Goose” gödəkçəsində hərəkət edir. Dennis Kueyd isə “Ertəsi gün” filmində Amerikanı və dünyanı apokalipsisdən həmin gödəkçədə xilas edib. Təbii ki, Putin də özünə həmin gödəkçədən alıb. Yeri gəlmişkən, Bill Klinton da “Canada Goose”nin pərəstişkarları sırasındadır. Qiyməti təqribən 500 dollardır.

Rusiya lideri olaraq Putin də xəz papaq taxır. Düzdür, vətəndə istehsal olanını deyil, italyan markası “Zill”i geyir. Qiyməti minimum 2000 dollardır (belə ki, baş nazir üçün papaq xüsusi sifarişlə hazırlanır). O, ənənəvi olaraq 31dekabrda Yeni il münasibətilə xalqa müraciət edərkən efirə qırmızı qalstukla çıxır. İmicmeyker və stilist Olqa Lisinaya görə, qırmızı rəngli qalstuk iqtidar və gücü, liderin səy və zəmini təmsil edir. Rusiyanın “Mir 24″ kanalı da Putin hər il təşkil etdiyi böyük mətbuat konfransında qırmızı qalstuk geyməyi tərcih etdiyini qeyd edib. Kanalın şərhinə görə, qırmızı rəngi seçən liderlər doğru, şən, açıq sözlü və yaxşı idarəetmə qabiliyyəti ilə tanınan şəxslərdir. Statistikaya görə, 5 il ərzində Putin 3-4 tədbir üçün qara, mavi və digər rəngli qalstuklar geyərkən, 11 vacib tədbir üçün qırmızı qalstuk tərcih edib.

 

Barak Obama: “Geyimlə bağlı qərar vermək istəmirəm…”

obama collection ile ilgili görsel sonucu

ABŞ-ın eks-prezidenti Barak Obama isə daim göy və ya boz kostyumdan istifadə edirdi. Onun geyimlə bağlı şərhi də Mark Zuckerbergin dediklərinə bənzəyir: “Nə geyimim, nə də yeməklə bağlı qərar verməklə məşğul olmaq istəyirəm, çünki onsuz da verməli olduğum bir çox böyük qərar var”.

Obama cütlüyünün özəl ailə stilisti olub. Həm Mişel, həm də Barak Obamalar stilist məsləhəti olmadan geyinməyiblər. Onlar xüsusən xüsusi əhəmiyyətli dövlət tədbirlərində stilistlərlə bir neçə gün öncədən çalışıblar

Dmitri Medvedev ile ilgili görsel sonucu

 

Onlar stillərini özləri seçib

Rusiyanın eks-prezidenti Dmitri Medvedyevin qarderobu əsasən göy və ya qara rəngli birdüyməli kostyumlardan, qırmızı və tünd göy rəngli ipək qalstuklardan ibarətdir. Rusiya mətbuatının yazdığına görə, o, əsl modapərəstdir. Dmitri Medvedyev geyimlərini internet vasitəsilə şəxsən özü sifariş edir. Ayaqqabılarını “Bertulli” İtaliya brendindən seçir. Eyni ayaqqabı markasına Nikola Sarkozi də üstünlük verir. Kostyumlarını da yenə “Brioni” və “Kiton” kimi İtalyan brendlərindən almağa üstünlük verir.

Nikola Sarkozi ile ilgili görsel sonucu

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Paris modelyerlərinə xəyanət edib. Belə ki, Fransa tarixində ilk dəfə o, xarici markalardan geyinib. Kostyumlarının əksəriyyəti “Kiton”, “Stefano Ricci”, “Brunello Cuccinelli” və “Brioni” kimi italyan brendlərinə addir. Sarkozi hətta andiçmə mərasiminə də “Prada” italyan brendinə məxsus olan kostyumda gəlmişdi. Onun da xüsusi stilisti yoxdur.

Mühafizəkar siyasəti sayəsində gündəmdən düşməyən İranın keçmiş prezidenti Əhmədinejad öz zövqsüz geyim tərzi ilə diqqəti çəkməyi bacarıb. Qərb mədəniyyətinin yayılmasına səbəb olacağı düşüncəsi ilə qalstuku qadağan edən İranda prezident Tehran bazarında tapa biləcəyiniz köynəkləri və 30 dollarlıq Çin malı olan idman pencəklərini geyinir. Bu isə onun ən pis geyinən liderlərdən biri kimi tanınmasına səbəb olub.

Donald Trump dress ile ilgili görsel sonucu

 

Donald Trampın stilisti olmasa da, Melania bu məsələdə həssasdır

ABŞ-da məşhur stilistlər yeni prezident Donald Trampın xanımı Melania Trampı geyindirməyi rədd edib. Ancaq aralarında birinci xanım Mişel Obamanı da geyindirən məşhur moda dizaynerləri Ağ Evin yeni birinci xanımı Trampı geyindirməyə razı olmayıblar.

Mişel Obama üçün geyimlər hazırlayan dərzi Sofiya Thealletin prezident Trampın seçki kampaniyasındakı irqçi, cinsiyyətçi və əcnəbi düşmənçiliyi ritorikalarına görə Melania Trampı geyindirməyi rədd etməsinin ardından bəzi stilist dizaynerləri də yeni birinci ledini geyindirmək istəmədiyini açıqlayıblar.

Son olaraqsa Melania Tramp onu geyindirəcək modaçını özü seçib. Keçmiş top modelin yeni il gecəsi Floridadakı gecəyə “Dolce&Gabanna”dan geyindiyi geyim bəyənilməmiş və modaçılar arasında geniş müzakirələrə səbəb olmuşdu. Jackie Kennedydən sonra Ağ Evə gələn ən cazibədar və gözqamaşdırıcı “First Lady” olmaq istəyən Melania Trampın köməkçiləri uzun araşdırmalardan sonra stilist Giorgio Armani ilə razılığa gəlib.

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp özünə özəl stilist götürüb. 35 yaşlı İvankanın geyimlərini Ket Uilyams adlı modelyer hazırlayır. Ketin karyerası Avstraliyada moda evlərindən birində başlayıb. Daha sonra Nyu-Yorka gələrək ulduz stilist Mikael Erlangerin köməkçisi kimi çalışıb. Bir çox Hollivud ulduzu ilə çalışıb. İvanka 2015-ci ildə “Met Gala”ya qatılarkən onun hazırladığı libasdan istifadə edib. Trampla çalışmaq Ketin ən məsuliyyətli işi olacaq.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir