aile

Xəyanət sonrası evliliyi necə xilas etməli?

Baxış sayı: 2. 008

Aldatmaq tərəfdaşınıza, sevgilinizə etmiş olduğunuz ən böyük xəyanətdir. Xüsusilə altında cinsi məzmun olan bu fakt günümüzdə insanların “heç vaxt bağışlamayacam” düşüncəsinə səbəb olur. Təqdim etdiyimiz məlumatlar sayəsində uzun bir cəhddən sonra özünüzü tərəfdaşınıza bağışlatdıra bilərsiniz.

Aldatma sonrasında bəzi cütlər ayrılmayaraq ailələrini müxtəlif səbəblərdən davam etdirir. Bu hadisə sonra cütlər arasında müxtəlif dəyişikliklər görünür. Xüsusilə aldadılan şəxs, tərəfdaşına qarşı qərəzli davranır və ona artıq güvənmir. Lakin günümüzdə bəzi cütlər, aldatma sonrasında ailələrini təkrar xilas etmək üçün səy sərf edir.

Əslinə baxsaq aldatma sonrasında evliliyin bitməsinə səbəb cütlərin bir-birilərinə yenidən inam hissi duyub eşidə bağlıdır. Yeni inam hissini əldə edəcəyini düşünən cütlər münasibətlərini bitirməyərək davam etdirir. Aparılan araşdırmalara görə, evlilik içərisində gedən aldatma problemindən sonra cütlər bir-birlərinə daha da bağlanır.

 

Barışmaq

Vəziyyət sonrasında hər iki tərəf bu vəziyyəti qəbul etməlidir. Baş verən bu hadisədən sonra barışmaq və sakit olmaq olduqca əhəmiyyətlidir.

 

Üzləşmək

Yaşanılan hadisə sonrasında əgər barışmağı seçmizinizsə sakit bir şəkildə vəziyyətlə üzləşin. Sakitliyinizi qoruyun və vəziyyəti bütün açıqlığı ilə öyrənin.

 

Heç vaxt geriyə dönməyin

Aldatılma qarşısında vəziyyəti qəbul etmisiniz və əlaqənizi xilas etmək istıyirsinizsə, heç vaxt geriyə dönməyi düşünməyin. Davamlı olaraq bu məsələni danışmağınız, davamlı olaraq bu hadisəni ağlınıza gətirməyiniz əlaqənizin pisə getməsinə səbəb ola bilər. Bu səbəblə heç vaxt vəziyyəti özünüzə xatırlatmayın. Razılaşın, amma heç vaxt eyni nöqtəyə geri dönməyin.

 

Qarşılıqlı ittiham etməyin

Ümumiyyətlə aldatma sonrasında aldadan şəxs “sənin üzündən etdim, sən belə etməsəydin məndə səndən uzaqlaşmazdım kimi sözlər sərf edir. Bu sözləri işlətmək və əvəzində sizin də müxtəlif üsullarla ittiham etməyiniz münasibətinizi xilas etməkdən çox çıxılmaz vəziyyətə sürükləyir. Adətən bu məsələlərin qayıtdığı münasibətlərdə ayrılma vəziyyəti qaçılmaz olur.

 

Psixoloji dəstək vacibdir

Son dərəcə kədərli bir hadisə yaşadınız və bu üzüntüdən qazanclı bir şəkildə ayrılmaq istəyirsiniz. Bu qərarınız həqiqətən çox doğru. Aldatma kimi vəziyyətlərdə qarşı tərəflə tez-tez davalar etmək əlaqənizin bitməsinə səbəb olur.

Uzaqdan bir mütəxəssisdən kömək almanız, sizin bu məsələdə yetkinliyinizi ortaya qoyacaqdır. Ekspert köməyi ilə qarşı tərəfə necə davranmalı olduğunu və əlaqənizi necə xilas etməyiniz lazım olduğunu daha yaxşı bir şəkildə öyrənəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir