YEMEK

“Harda nə yeyək?” – BRAZİLİYA MƏTBƏXİ

Baxış sayı: 2. 107

“Gencaile.az” saytının hər həftə oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə Braziliya mətbəxi haqqında danışacağıq.

Braziliya mətbəxi özündə Portuqaliya, Afrika və qismən Fransa ənənələrinin məcmusunu birləşdirir. Ümumiyyətlə, Braziliya mətbəxində Avropa ənənələri üstünlük təşkil edir. Bu isə o deməkdir ki, Braziliya mətbəxi sizin damaq zövqünüzü korlamayacaq, ən əsası ac qalmayacağına əmin ola bilərsiniz. Onu da qeyd etmək lazımdır ki, burada dəniz məhsulları kifayət qədərədir.

Фруктовые коктейли из Lanchonete.jpg

Braziliya öz mətbəxi ilə turistləri təəccübləndirməsə də, kokteylləri istənilən adamın ağlını başından almağa qadirdir. Braziliyada küçə barları və dükanları müştərilərə ananas, banan, quava portağalı, manqo, papaya, kokos südü və digər meyvə şirələrinin kokteyllərini təklif edir. Küçələrdə spirtli içkilər əlavə edilmiş kokteyllərin də dadını yoxlamaq mümkündür. Kaypirinya isə braziliyalıların ən məşhur içki növüdür. İçkinin tərkibində spirt olduğunu nəzərə alsaq, bu içkini axşam içmək məsləhətdir. Şəkər qamışından hazırlanan kaşasa isə braziliyaların milli içki növü sayılır.

Braziliyalılar dünyanın ən əhəmiyyətli qəhvə istehlakçılarıdır. Braziliya qəhvə istehsalında və ixracatında dünyada birincidir. Braziliyalılar qəhvəni südsüz, sadə və ya çox sərt içirlər. Hər braziliyalı gündə ən az 10-12 fincan qəhvə içir.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir