duz

Həddən artıq duz qəbul etdiyinizi göstərən 4 əlamət

Baxış sayı: 1. 586

Hazırda insanlar hazır və sənaye cəhətdən işlənmiş qidalar çox qəbul etdiyindən onlar gündəlik duz dozasını aşırlar. Duz yeməkləri dada gətirdiyindən insan ondan vaz keçə bilmir.

Orqanizmdə duz çoxluğu təzyiqi və oynaqlarda ağrını artırır. Amma bu hallara gəlib çatana kimi duz artıqlığını göstərən 4 əlamət daha vardır ki, bunlara diqqət yetirsəz, vaxtında duzun qarşısını ala bilərsiz.

“Gencaile.az”  bu əlamətləri təqdim edir:

 

Yemək sizə həmişə duzsuz gəlir

Mütəxəssislərin fikrincə duza meyillik anadangəlmə yox, sonradan qazanılma vərdişdir. Duzun bir xüsusiyyəti var: yeməyə dad verib, ağızdakı dad reseptorlarını ona alışdırır. Daha sonra ağız turşusunu neytrallaşdırır. Ona görə getdikcə duz qatılan yeməyin belə şit olduğunu hiss edib, əlavə duz səpmədən yeyə bilmirsiz. Sonradan normal duzu olan qidalar sizə dadsız gələcək və siz daha çox duz tələb edəcəksiz. Bununla da ağız boşluğundakı dad reseptorları tamamən təbii acılığını itirəcək. Bunu bərpa etmək isə uzun müddət vaxt tələb edir.

 

Sizə elə gəlir ki, şişmisiz, kökəlirsiz

Orqanizmdə toxumalar arasında mayenin çox qalması, toplanması insana sanki şar kimi üflənib şişmək hissini verir. Az yeməyinizə baxmayaraq sanki çəkinizin qəfildən artdığını görürsüz.  Bu o deməkdir ki, bədənə normadan artıq natriy toplanır. Duz sanki maqnit kimidir, suyu özünə çəkib saxlayır. Mayenin toxumalardan qovulmaması qarında köp, əl, ayaq, göz, barmaqlarda şişkinlik yaradır. Axşama barmaqdan üzüyü çıxara bilmirsizsə, deməli, duz çoxdur.

İzah olunmaz, səbəbsiz baş ağrıları

Əgər səbəbsiz, müntəzəm baş ağrılarından əziyyət çəkirsizsə, qidanıza fikir verin, duzdan istifadənizi azaldın. Həddən artıq natyiq damarları genişləndirir, bu da baş ağrısı verir.

 

Tez-tez sidiyə gedirsiz

Xüsusən  gecələr yuxudan oyanıb 2-3 dəfə sidiyə getmək, az miqdarda sidik gəlməsi həddən artıq çox duz qəbulundan ola bilər. Bunu yapon həkimi təsdiq edib. O, tez-tez sidiyə gedən xəstələrinin qidasından 50% duzu azaldıb, onlarda gecə sidiyiə çıxma halları azalıb. Həmçinin çox duz qəbul edənlər yuxudan tez-tez oyanır, səksənir, yata bilmir, dərin yuxuya getmir, yuxudan yorğun və əsəbi oyanır.

 

Bu hallar varsa, sadəcə qidanızı dəyişib, duzu azaldın, hətta duzdan bir müddət imtina edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir