XESTELIK

Hansı adi xəstəlikləriniz sonradan xərçəngə çevrilə bilər?

Baxış sayı: 1. 632

Orqanizmin sağlam vəziyyəti ilə hüceyrə fazasına kimi pozulması və xəstə vəziyyətinə düşməsi prosesi uzun müddət davam edən xroniki xəstəliklər fonunda davam edir. Bu bəzən bir neçə il, bəzən onillər boyu vaxt tələb edir.

Amma istənilən halda orqanizmin humoral fazadan matriks və hüceyrə fazasına kimi dəyişməsi baş verir. Əgər insan vaxtında adi xəstəlik, iltihabi prosesi aşkarlayıb müalicə etməsə, proses matriks və hüceyrə səviyyəsinə çataraq asanlıqla xərçəngə keçir.

“Gencaile.az”  Bioloji Təbabət klinikasının tərtib etdiyi Xəstəliklərin inkişaf cədvəlinə əsasən hansı xəstəliklərin sonda xərçəngə çevrilməsini təqdim edir. Diqqətlə baxın, əgər sizdə bu xəstəliklər varsa, onları müalicə etməyə, xüsusən Bioloji təbabət metodları ilə tam aradan qaldırmağa çalışın ki, 10-12 il sonra xərçənglə üz-üzə qalmayasız.

Cədvələ əsasən xəstəlik hər hansı sistemdə adi patologiyalarla başlayır, müalicə olunmadıqda Matriks – yəni hüceyrələr arası sahəyə keçir, xronikləşir, daha ağır xəstəliyə çevrilir, o da müalicə olunmadıqda, artıq hüceyrə səviyyəsinə keçərək xərçəngə doğru yol alır.

 

Tənəffüs sistemində – əvvəl bəlğəm, öskürək, bronxit, traxeit başlayır

Matriks fazasında astma, astma bronxit, xroniki bronxit, virus mənşəli traxeit, fibroz-kistoz degenerasiya gedir

Hüceyrə fazasında: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxların atrofiyası başlayır

SONDA ağciyər, traxeya və bronxların xərçəngi yaranır.

 

Həzm sistemi – əvvəl mədə şirəsi ifrazı pozulur, ezofagit, qastrit, kolitlər

Matriks fazada poliplər, qəbizlik, yoğun bağırsağın melanozu, xora, qlüten enteropasiyası olur

Hüceyrə fazasında: Kron xəstəliyi, kolit, nazik bağırsağın atrofiyası

SONDA barret ezofagit, qida borusu, mədə – bağırsaq xərçəngi yarana bilir.

 

Ekzokrin cinsiyyət sistemi – Süd vəzilərində laktoreyası, Mastit, kistalar

Matriks fazasında fibroz-kistoz mastopatiya, fibroadenoma

Hüceyrə fazasında: süd vəzilərinin atrofiyası, ginekomastita-

SONDA: Süd vəzilərin xərçəngi, karsinoma

 

Ekzokrin həzm sistemi: Mədə şirəsi, öd turşularının sekresiyasının artması, pankreatit, sialit

Matriks fazasında: öz daşı, qaraciyər steatozu, mədəaltı vəz, qaraciyər kistası, ağız suyu vəzilərinin kalsifikasiyası-

Hüceyrə fazasında: hepatitlər, pankreatit, fibroz-kistoz degerenerasiya – qaraciyər sirrozu

SONDA : Mədəaltı vəz və qaraciyər xərçəngi

 

Epiderma, dəri- tər və qulaq vəziləri smqmanın, saç follikulu piy vəzilərinin hipersekresiyası, dermatit, absses, furunkullar-

Matriks fazası: hiperkeratoz, seboreya, ləkələr, ziyillər, ekzema, övrə, anal çatlar, sızanaqlar, hirsutizm

Hüceyrə fazasında: prosiaz, yaralar, xoralar, şüa zədələnmələri

 SONDA: karsinoma, melanoma – dəri xərçəngi

 

LOR orqanlar – otit, faringit, stomatit, gingivit, kəskin rinit, sinusit, laringit, dental absses

Matriks fazasında: burun polipləri, dental qranuloma

Hüceyrə fazasında: atopik rinit, xroniki sinusit, anosmiya, Menyer sindromu, otoskleroz, kariyes, parodontoz

SONDA: dil, qırtlaq, burun-udlaq bə traxeyanın xərçəngi

 

Herminoderma – qadın, kişi cinsiyyət orqanları – toxum mayesi hasilatının artması, qadınlarda menorragiya, kişilərdə prostatit, orxit, qadınlarda ovarit, adneksit

Matriks fazasında: prostatın xoşxassəli hiperplaziyası, qadınlarda yumurtalıqların kistası, polip, fbroz

Hüceyrə fazasında: prostatın hiperplaziyası, sonsuzluq, qadınlarda xroniki adneksit, amenoreya, sonsuzluq, yumurtalıqların atrofiyası

SONDA: prostat, xayaların xərçəngi, teratoma, qadınlarda yumurtalıqların xərçəngi

 

Bu cədvəl əslində uzun, genişdir və bütün orqanlarl əhatə edir. Sadəcə diqqətli olub, xəstəliyi ən geci MATRİKS fazasında olan mərhələdə yaxalayıb,  müalicə etdirməkdir ki, hüceyrə fazasına keçməsin. Çünki hüceyrə fazasına keçidlə xərçəng arasında məsafə və vaxt çox qısadır.

Matriks fazasında olan depolaşma və impreqnasiya mərhələsini Bioloji Təbabət metodikası və biotənzimləyici preparatlarla 1-2 kurs müalicələrlə dayandırmaq, iltihabi prosesləri saxlamaq, hüceyrələri yeniləmək və ümumilikdə immunitetin mübarizə gücünü artırmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir