BEL

Osteoxondrozun yaranmasının əsas səbəbləri

Baxış sayı: 1. 497

Tibb elmində osteoxondroz anlayışı ilk dəfə XVIII əsrdə yaranıb. Hələ ta qədim zamanlardan insanlarda qozbelləşmə problemləri olub. Ancaq o dövrdə bunun sümüklərdə yığılan duzlar nəticəsində əmələ gəldiyini bilmirdilər. Ancaq xəstəliyin səbəbləri və müalicəsi XX əsrin əvvəllərində tapılıb.

El arasında duzlaşma adlanan osteoxondroz beldə, boyunda, sinədə, dabanda olur. Ümumiyyətlə, duzlaşmaya bütün oynaqlarda rast gəlmək mümkündür. Osteoxondroz onurğanın, xüsusilə fəqərəarası disklərin prosesə cəlb olunması ilə başlayan distrofik-degenerativ xəstəlikdir. Yəni bu zaman fəqərəarası disklərin qidalanması və strukturu pozulur. Bu, həm də orqanizmdə maddələr mübadiləsinin pozğunluğu deməkdir.

Orqanizmə xörək duzunun çox daxil olması, oturaq həyat tərzi osteoxondrozun yaranmasının əsas səbəbləridir. Osteoxondroz zamanı hərəkət etdikdə oynaqlarda xırtıltı səsləri olur. Osteoxondroz əsasən, insanın hərəkətini çətinləşdirir.

 

Bel osteoxondrozu

Osteoxondroza ən çox bel nahiyəsində rast gəlinir. Bel osteoxondrozu əsasən, ayaqlara təsir edir. Osteoxondroza insanların 50 faizində, bel nahiyəsində rast gəlinir. Müasir dövrdə ən çox yayılan xəstəliklərdəndir. 30-60 yaş arası olanlarda rast gəlinir. Bəzən isə 18-25 yaşlı gənclərdə də bel osteoxondrozu olur. Buna səbəb – yaş artdıqca sümüklərin böyüməsi zamanı  fəqərə disklərinə gələn damar bağlanır və qidalanma çətinləşir.

 

Beldə duzlaşma bir çox səbəblərdən meydana gəlir:

  • Onurğanın anadangəlmə qüsurları
  • İrsi meyillik
  • Zədə, tez-tez soyuqlamalar
  • Revmatizma, bruselyoz kimi xəstəliklər
  • Piylənmə, bəzi endokrin xəstəliklər
  • Hipokineziya (az hərəkətlilik)
  • Yanlış hərəkətlərlə onurğanı gücə salmaq
  • Hamiləlik
  • Stress

 

Bu səbəblərin bir və ya bir neçəsinin təsirindən disk fəqərələri öz elastikliyini itirir, sərtləşir və nəticədə beldə ağrılar başlayır. Bel osteoxondrozu olan xəstələrə sərt və düz yataqda yatmaları məsləhət görülür. Belə xəstələrin əksəriyyəti el arasında bellərini çəkdirir və ya həkim məsləhəti olmadan ağrıkəsici qəbul edirlər. Bu hal dəfələrlə təkrarlandıqda fibroz həlqə yırtılır və nəticədə, beldə disk yırtığı əmələ gəlir. Bu yırtıq zaman keçdikcə onurğa beynini və ya onu qidalandıran damarı sıxarsa, ayaqlarda ağır iflic və çanağın funksiya pozğunluğu meydana gəlir. Hamiləlik dövründə bel ağrıları zamanı diqqətli olmaq lazımdır. Qəfil hərəkətlər etmək olmaz.

 

Boyun osteoxondrozu:

Bu, birbaşa sinir sistemi ilə əlaqədar olduğunu deyir. Boyun osteoxondrozu zamanı tez-tez başağrıları, başgicəllənməsi, halsızlıq olur. Xəstə təzyiqdən əziyyət çəkir. Xəstəlik irəlilədikdə yaddaş zəifliyi, gözün korlaşması baş verir. Sinə osteoxondrozu da tez-tez təsadüf edilən hallardandır. Sinə osteoxondrozu əsasən piylənmə zamanı əmələ gəlir. Osteoxondrozun bu növü ürəyə mənfi təsir edir. Ürək damarlarının inkişafı zəifləyir. Belə halda ürək revmatizması, ürək-damar çatışmazlığı yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir