sevgi

Qadınların ürəyini necə fəth etməli? – 6 TÖVSİYƏ

Baxış sayı: 1. 512

Xəyallarınızdakı qadını ən nəhayət tapdığınızı düşünürsünüz?! Ancaq onun sizi bəyənib-bəyənmədiyinə əmin deyilsiniz. İndi ən çətin olan, həyatınızın qadınının ürəyini qazanmaqdır!

Budur sizə bir neçə romantik tövsiyyə …

 

Nağıllar

Qadınların bir çoxu uşaqlıqlarında nağıl oxumaqdan böyük zövq almışdırlar. Xüsusilə qadınların romantik filmlərə qarşı “zəiflikləri” də bir gerçəkdir. Etməniz lazım olan tək şey, sevdiyiniz qadına bir nağıl yazın. Necə təsirləndiyini görəcəksiniz! 🙂

 

Sevgi mahnısı

Əmin olun, heç bir qadın özü üçün yazılmış bir sevgi mahnısına “xeyr” deyə bilməz. Diqqət yetirməniz lazım olan tək şey, dogru mühiti gözləmənizdir!

 

CD-lər…

Səsinə güvənməyən kişilər, narahat olmayın. Bəlkə mahnı oxuya bilmirsiniz, amma sevdiyiniz qadına eşq mahnılarından ibarət olan bir albom hədiyyə edə bilərsiniz. Hətta fərqli parçalardan bir albom daha da yaxşı olar. Beləcə əmək verdiyiniz və romantik olduğunuz anlaşılar.

 

Şarlar

Sevdiyiniz qadının isə gedərkən hansı yollardan keçdiyini bilirsinizmi?! Əgər bilirsinizsə, işinin çox sadədir. Yol boyunca bütün ağaclara, küçə lampalarına ürəkli şarlar asin. Xüsusilə, şarların üstünə yalnız ikiniz üçün anlami olan sözlər yazin. Təsiri mükəmməl olacaqdır.

 

Səs

Bir az cəsarətli olun! Sevdiyiniz qadının hansı musiqini sevdigini bilirsinizsə, telesekretarına həmin parçanı yazın. Təbii bir neçə şirin söz söyləməyi də unutmayın.

 

Həftə sonu gəzintiləri

Maddi baxımdan vəziyyətinizdə bir problem yoxdursa, sevdiyiniz insanla birlikdə həftə sonu gəzintilərinə qatılın. Dəyişik məkanlar sizin yaxınlasmanızı təmin edəcək. Xüsusilə beləcə bir-birinizə nə qədər uyğun olduğunuzu da anlaya bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir