VALIDEYN

“Ana, mən dünyaya necə gəldim?” – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 1. 541

Bəzən valideynlər uşaqları tərəfindən verilən belə bir sualla üzləşir: “Ana, mən dünyaya necə gəldim?”. Bu sualı necə cavablandırmaq lazım olduğunu bilirsinizmi?

Uşaqların bu tipli suallarını necə cavablandırmaqda aciz qalan bəzi valideynlər “Səni xəstəxanadan almışıq”, “Hədiyyə veriblər”, “Meşədən tapmışıq” və ya bir az yumor hissi ilə olanlar “Zibilxanadan tapmışıq” və s. kimi cavablar verirlər. Belə cavablar özlərini tanımağa başlayan uşaqlar üçün çox ciddi əhəmiyyət daşıyır.

Hər bir insanın cinsi tərbiyəsi ailədə başlanmalıdır. Uşaq ana-atasına soruşduğu suallara cavab ala bilməyincə şübhələr, qorxular və cinsi biliksizlik içərisində qalır.

Cinsi tərbiyə bəzilərinin zənn etdiyi kimi cinsi pozaların və ya cinsi əlaqə növlərinin öyrədilməsi deyildir. Klinik psixoloq Şenez Pamuk 6 yaşlı uşağın verə biləcəyi cinsi suallara necə cavab verilə biləcəyini açıqlayıb:

Image result for UŞAQLARIN CİNSİ TƏRBİYƏSİ

Mən dünyaya necə gəldim?

Əksər uşaqlar ən gec 8 yaşına qədər necə doğulduğunu öyrənmək istəyir. Cavab isə bu cür olmalıdır: “Ananın bir parçası ilə atanın bir parçası birləşdi. Bunun nəticəsində ananın qarnında sən yarandın və 9 ay boyunca böyüdün. Sonra dünyaya gəldin.

 

Bu cavab heç qane etmədi?

Uşaqlar üçün bu cavab qaneedicidir. Bundan çox nüanslara toxunmaq isə uşaqların sualları ilə bağlı olmalıdır. Uşaqlar cinsi suallar vermədən onlara bu haqda danışmaq düzgün deyil. Daha düzgünü uşaqların sualları yarandığı anda məlumat verməkdir.

 

Bəs bu parçalar necə birləşdi?

Atanın cinsiyyət orqanından çıxan bir parça ona sperma deyilir anada birləşir. Və bu ikisi birləşdikdə sən dünyaya gəlirsən.

 

Uşaqlara cinsiyyət üzvilərini tam olaraq adını demək doğrudur, yoxsa uşaq dili ilə hər hansı taxma adlar?

Bu mübahisəli bir mövzudur. Bəzi həkimlər uşaqlara hər şeyin aydın izah edilməli olduğunu deyirlər. Ancaq uşaqlar hər şeyi açıq şəkildə qavramaq bacarığında deyil. Həddindən çox məlumat və açıqlıq onlara yük ola bilər. Bu da istənməyən nəticələr və travmalara səbəb olur.

 

Açıq şəkildə işlədilən cinsi kəlmələr onların dünyasını zədələyə bilər?

8 yaşa qədər xalq arasında istifadə edilən xüsusi taxma kəlmələri işlətmək daha düzgündür. Daha sonra isə standart sözləri işlətmək olar.

Image result for UŞAQLARIN CİNSİ TƏRBİYƏSİ

Seks nədir?

Övladınızdan və ya uşaqdan belə bir sual eşitdiyiniz təqdirdə ilk olaraq bu məlumatın mənbəyini öyrənməyə çalışın. “Sən birinci mənə bu sözü haradan eşitdiyini de, mən də sənə düzgün məlumat verim” tipli cavablarla uşaqla ünsiyyətə başlamaq olar. Sonra isə “seks bir-birini sevən iki yetişmiş insanın sevgilərini bədənləri ilə göstərməyidir. Əslində buna sevişmək demək daha düzgün olar” cavabını verə bilərsiniz.

 

Mən də Əhmədi sevirəm, niyə etmirəm bəs?

Gərək sənin bədənin də böyüyə.

Image result for UŞAQLARIN CİNSİ TƏRBİYƏSİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir