Qayınanası ilə bir evdə yaşayan qadınlarda stress əlamətlərinin daha tez əmələ gəldiyi sübut edilib. Elmi araşdırmalar qayınanaların ürək xəstəliklərinə səbəb ola biləcəyini üzə çıxarıb. Alimlərin sözlərinə görə, böyük ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara nisbətən 3 dəfə çoxdur.
Evdə həm bir qız övladı, həm də ana rollarının stressi ilə yaşamaq, qan təzyiqinin yüksəlməsinə və hətta şəkər xəstəliyinə səbəb ola bilərmiş. Ailə həyatının sağlamlığa təsirini ölçmək üçün aparılan araşdırmada təxminən 91 min sağlam, orta yaşlı qadın və kişi iştirak edib.
Aparılan bu araşdırmalar ərzində 671-də nəfərdə ürək-damar xəstəlikləri qeydə alınıb. Onlardan 339-u məhz ürək xəstəliklərindən, 6255-i isə digər səbəbdən dünyasını dəyişiblər. Eyni zamanda, yalnız öz həyat yoldaşları ilə yaşayan qadınların ürək-damar xəstəliklərinə tutulma riskinin, daha geniş ailədə yaşayan qadınlara nisbətən daha az olduğu üzə çıxıb.
Alimlər bunun səbəbini geniş ailələrdə yaşayan qadınların stress ucbatından siqaret, içki kimi alışqanlığa meylliyi həmçinin qadının ailədə qaynana, qayınata, baldız, həyat yoldaşı kimi özündən nüfuzlu ailə üzvlərinə qarşı davranışlarda tez-tez rollara girmək məcburiyyətində qalması ucbatından daha çox stressə düşdükləri üzündən ürək xəstəliklərinə tutulmaları ilə izah edib.