usaq

Dünyanın 10 məşhur VUNDERKİNDİ: Onların axırı necə oldu? – FOTOLAR

Baxış sayı: 1. 380

Bütün dünyada müəllimlər birağızdan erkən inkişafın faydalarından danışır. Hər kəs övladını beşikdən tərbiyə etməyə başlayır və tez, eyni zamanda istedadlı böyüməsini arzulayır. Ancaq vunderkind olmaq o qədər də asan məsələ deyil.

Bu yazıda yaxın keçmişdə vunderkind kimi tanınan 10 məşhur insanın sonrakı aqibətindən bəhs edəcəyik.

 

Paşa Konoplev

8 yaşında fizikanı su kimi bilən, royalda ifa edən və riyazi bacarıqları ilə hər kəsi mat qoyan Paşa çox yaşaya bilmədi. 30 yaşa çatmamış psixiatriya xəstəxanasında dünyasını dəyişdi.

 

Nika Turbina

Onun 9 yaşı olanda şeirlər külliyatı bir neçə dildə nəşr olunmuşdu. Venesiya poeziya festivalının ən böyük mükafatını alanda Nikanın 12 yaşı var idi. Alkoqolizmdən əziyyət çəkən qız 27 yaşında özünə qəsd etdi.

 

Nadya Ruşeva

Dahi rəssam 5 yaşı olanda klassiklərin əsərləri üçün illüstrasiyalar çəkirdi. 12 yaşında isə şəxsi sərgisini təqdim etmişdi. 17 yaşında Nadyanın beyninə qan sızdı…

 

Polina Osetinskaya

Qızını dünya şöhrətli musiqiçi kimi görmək arzusuyla alışıb yanan atası Polinanı bəzən sutkayla pianino qarşısında oturmağa məcbur edirdi. Bu, öz bəhrəsini verdi: 14 yaşı olanda Polina artıq məşhur pianoçu idi. Ancaq atasının lovğalığından təngə gələn qızcığaz dünya turnelərini ləğv edərək evdən qaçdı.

 

Andrey Xlopin

10 yaşı olanda onun adı astronom kimi Ginnesin Rekordlar Kitabına düşüb. Ancaq böyüyəndən sonra Andrey hüquq ixtisasını seçdi. Hərçənd dünyada şöhrət qazanması həyatda ona az kömək etmədi.

 

Jenya Kisin

10 yaşında Motsartı elə ifa edirdi ki, onun konsertində bütün zal dolurdu. Yevgeni hazırda dünyaşöhrətli musiqiçidir.

 

Akrit Yasval

7 yaşında sərbəst şəkildə bir əli ilə o biri əlini əməliyyat edib. 9 yaşında tibb universitetinə qəbul olan hindistanlı oğlan hazırda böyük perspektiv vəd edən gənc həkimdir.

 

Kim Unq Yonq

Koreyalı vunderkind planetdə ən yüksək IQ-yə malik insandır. 3 yaşında universitetə qəbul olan Kim 15 yaşında doktorluq dissertasiyasını məharətlə müdafiə edib. O, müəllimlik peşəsini seçib.

 

Qreqori Smit

10 yaşında özünün yaratdığı Beynəlxalq Uşaq Hərəkatı təşkilatının lideri olan Smit dünya dövlətlərinin rəhbərləri ilə ünsiyyət qurub, hətta BMT-də də çıxış edib. Hazırda Qreqori siyasi karyerasını davam etdirir.

 

“SSRİ doğumlu” Katya

Telelayihədə kəşf olunan qız 14 yaşında bir neçə xarici dili mükəmməl bilirdi. Məktəbi vaxtından əvvəl müvəffəqiyyətlə başa vuran Katya 21 yaşında təhsili yarımçıq atdı və telefon operatoru kimi çalışmağa başladı. Hazırda anasıyla yaşayan gənc qadın fantastik kitablar yazır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir