linza

Göz linzaları kor edə bilər

Baxış sayı: 1. 889

“Gencaile.az” Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün gözdə zəiflik, göz rənginin dəyişdirilməsi və digər səbəbdən dünyada milyonlarla insan linzadan istifadə edir. Bu vasitələr bizim eynək problemindən yaxa qurtarmağımıza kömək etsə də, yay aylarında onun istifadəsi sağlamlığımız üçün təhlükəlidir. Həkimlər isə lazımi qaydalara diqqət yetirildiyi təqdirdə, heç bir problemin yaranmayacağını deyirlər.

Qafar Tağıyev
, həkim: “Linzalara xüsusi diqqət yetirmək lazımdır, yəni onların qayğısına qalmaq, xüsusi məhlullarda saxlamaq və vaxtlı-vaxtında təmizləmək kimi. Əlbəttə ki, onlara toxunmazdan əvvəl əllər təmiz yuyulmalıdır, gözə su düşəndə, dənizdən çıxanda linzalar dərhal çıxarılmalı, bundan sonra təmizlənməli və yenidən istifadə edilməlidir”.

Hazırda istifadə olunan linzaların böyük əksəriyyəti silikon hidrogel linzalarıdır ki, bunlar oksigenin göz qişasına keçməsini təmin edir. Həkim Qafar Tağıyev isə bildirir ki, linza istifadəçilərində gec-tez göz xəstəlikləri əmələ gəlir. Çünki kontakt linzaların keyfiyyəti artsa da, gözdə konyunktivit qorxusu azalmır.

Qafar Tağıyev: “Linza yad cisim olduğundan ona düzgün qulluq olunmadıqda, hətta bəzən lazımi qulluq göstərildikdə belə, az da olsa, kontakt linzalar gözü zədələyir və gec-tez konyuktivitə – gözün ön qişasının iltihabına gətirib çıxara bilir”.

Bütün bunlara baxmayaraq, insanlar asanlıqla linzadan qurtula bilmir. Odur ki, linza istifadəçilərinə gözlərində quruluq, allergiya və qızarma hiss etdikdə, mütləq həkimə müraciət etmələri məsləhət görülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir