besik

Uşaq beşiyini necə seçməli?

Baxış sayı: 1. 197

Körpənin möhkəm yuxusu bir çox amildən asılıdır. Buna uşaq beşiyinin xüsusiyyətləri də daxildir. Elə beşik seçmək lazımdır ki, uşaq rahat hərəkət edə bilsin, sıxılmasın və yuxusunu ala bilsin. Bundan əlavə, təbii ki beşiyin təhlükəsiz olması çox önəmlidir. Beləlikləoxucularımıza beşik seçiminin incəliklərini təqdim edirik.

 

Təhlükəsizlik – Ilk öncə təbii materialdan olan beşiklərə üstünlük verilir. Minalanmış səthli, boya və ya lak vurulmamış taxta beşik seçimlər arasında ən çox tövsiyə olunandır. Plastik materialdan hazırlanmış beşik isə tövsiyə olunmur. Buna baxmayaraq yenədə plastik beşik almağa qərar verimisiznizsə, sertifikatı olan plastik beşik əldə edin.

Image result for Uşaq beşiyi seçərkən nələrə diqqət edilməlidir?

Rahatlıq – Uşaq beşiyinin standart ölçüsü 110\50 sayılır. Xüsusiyyətləri arasında isə, nə çox bərk, nə çox yumşaq olması tövsiyə olunur. Başqa bir vacib amil beşik döşəyinin yumşaq və təbii materialdan olmasıdır. Beşiyi seçdikdən sonra, körpəni orada yatmağa öyrəşdirmək lazımdır. Bunu üçün bir neçə üsul var. Körpəni birinci əldə yatızıdırıb, yuxulu vəziyyətdə beşiyə keçirin. Daha bir misal, körpəni ayıq vəziyyətdə beşiyə uzadın və ona yuxlaya bilməsi üçün 2-3 qısa nağıl danışın. Bir neçə dəfədən sonra, körpə artıq onu beşiyə uzadıb nağıl danışmağınızı gözləyəcək. Körpənin anası ilə yatmasının müsbət və mənfi cəhətləri var. Müsbət cəhətlər arasında, körpənin anasının yanında özünü təhlükəsiz və rahat hiss etməsi, ananın körpəni əmzirməsi üçün körpənin yanına getməsinə vaxt xərcləməməsi, körpəni qucaqlayaraq ona sevgi və nəvaziş oyrədilməsi var. Mənfi cəhətlər arasında isə, körpədə asılılıq yaranması, atada ana instinkti olmadığı üçün  yatan zaman bilmədən körpəyə zərər vermə ehtimalı var. Körpənin ana ilə yatmasının nə qədər çox müsbət cəhəti olsa da, çalışın vaxtında onu beşiyə öyrəşdirin. Bunu üçün, 2 yaş ən uyğun yaş sayılır. Çalışın gündüz yuxusu zamanı ona artıq böyüdüyünü və tək yatmaq vaxtının gəldiyini başa salın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir