brend

Şəxsi brendinizi yaratmaq üçün 10 sadə addım

Baxış sayı: 1. 885

İnsan özü öz şirkəti ola bilər. Jurgen Salenbacher “Şəxsi brendinizi yaradın” kitabında qeyd edir ki, insanın özünün idarə etdiyi şəxsi brendi bütün bazarlarda faydalı olacaq. Bunun üçün lazımi bilik və bacarıqlara, düzgün yanaşmaya malik olmalısınız. Əgər bu xüsusiyyətlər hələ sizdə yoxdursa, narahat olmayın, bunları öyrənmək olar. Aşağıda şəxsi brend yaratmaq üçün təlimat verilmişdir.

 

Öz sahənizdə üç əhəmiyyətli tələbatı müəyyən edin

Şəxsi brendinizi yaratmağa imkanların axtarışı ilə başlayın. Sizi əhatə edən reallıq, keçmiş və gələcəkdən uzaqlaşın. Bazarın tələbatlarını müəyyən etmək üçün son vaxtlar sizin sahənizdə baş verən dəyişikliklər haqqında düşünün. Bu virtual reallığa keçid, sadələşdirmə (və ya əksinə, mürəkkəbləşdirmə), müəyyən üsluba meyillilik və s. ola bilər.

 

Yaxşı biznes ideyası tapın

Şəxsi təcrübə çox önəmlidir. Artıq mövcud olan tələbatı əhatə etməyə çalışın. Bu daha asandır. Çoxlu ideya tapın, sonra fikrinizi biri üzərində cəmləşdirin və ya uzun zamandı düşündüyünüz, lakin heç vaxt zaman ayıra bilmədiyiniz bir ideyanın üzərində işləməyə çalışın. Vəssalam!

Növbəti suallara cavab verin. Başqa insanlarla hansı ümumi maraqlarınız var? Hansı sahədə təcrübəyə maliksiniz? Hansı sahədə hər hansı problemi ortaya çıxarıb yeni biznes-ideya, xidmət və ya məhsul təklif edə bilərsiniz? Mövcud olan hər hansı xidmət və ya məhsulu təkmilləşdirə bilərsiniz? İndi daim düşündüyünüz, lakin heç vaxt zaman ayıra bilmədiyiniz ideyalardan ən yaxşısını səsləndirin

 

Motivasiyanızı dərk edin

Həyatda ən vacib şey drive-dır. Sizi stimullaşdıran və maraqlarınıza cavab verən şeyləri tapmaq lazımdır. Siz bu dünyaya nə verə bilərsiz, sizi motivasiya edən nədir, deyə düşünün. Məsələn, maraqlardan biri insanların inkişaf etdiyini görməkdir. Əyləncəli olan, eyni zamanda motivasiya edən və digərlərinə kömək edən bacarıqlarınızı kəşf edin.

 

İndi isə maraqlarınızı işlədiyiniz şirkətin maraqları ilə müqayisə edin. Onlar üst-üstə düşürsə, bu əladır. Əgər elə deyilsə, düşünməyə dəyər.

 

Gələcəyinizi təsvir edin

Bu tapşırığı mümkün qədər tez yerinə yetirməyə çalışın. Həyatınızın ən vacib sahələrində nəyə nail olmaq istədiyinizin siyahısını tərtib edin. Siyahı yalnız peşənizi əhatə etməməlidir. Peşənizlə bağlı arzular siyahısı çox vacibdir, lakin o həyatınızın daha vacib digər sahələri: şəxsi həyat, sağlamlıq, karyera, dostlar, ailə, maddi vəziyyət, istirahət və mənəvi həyat ilə də uyğunlaşmalıdır. Sevdiklərinizin ehtiyaclarını, maddi vəziyyətinizi, gəlirinizi, səyahətlə bağlı istəklərinizi, ağıl və ya emosiyalarınızın diktə etdiyi arzuları da nəzərə alın.

 

Əks əlaqə qurun

İndi həyatdan nə istədiyiniz qismən aydındır, lakin bu istək reallığa uyğundurmu? Siz əhatənizə nə cür təsir bağışlayırsız? Necə təəssürat bağışladığınızı aydınlaşdırmaq üçün əks əlaqə qurmaq lazımdır.

Hörmət etdiyiniz, sizi müşahidə etmək imkanı olan, fikrinizcə, inkişafınızla həqiqətən maraqlanan insanlardan güclü və zəif tərəflərinizi, ayrı-ayrı vəziyyətlər zamanı davranışınızı təsvir etməyi xahiş edin.

 

Şəxsi nizamnamə/şüarınızı yazın

Ən əsası dəyərlərinizi və gələcək görüntünüzü bir ifadə ilə əks etdirməkdir. Onun təsviri üç əsas suala cavab verir: sizə nə edirsiz? kimin üçün edirsiz? faydası nədir? Bu yalnız sizin nizamnaməniz deyil, həm də şüarınız olacaq.

 

Məqsədlərinizi müəyyən edin

Bir məqsəd müəyyən etdikdə və fikrinizi ona cəmlədikdə, sanki hər yerdə onunla bağlı anlar canlanır. Qırmızı Ducati almaq istədiyinizi başa düşdükdə, həmin andan etibarən küçədə əvvəllər heç vaxt görmədiyiniz qədər qırmızı Ducati görməyə başlayırsız. İmkanlar da eynən bu cürdür: onları axtarırsınızsa, mütləq görəcəksiniz.

 

Məqsəd məntiqli, reallaşa bilən və ruhlandırıcı olmalıdır. Üç əsas məqsəddə dayanaq. Hər birinə birinci, ikinci və üçüncü il üçün (bu ildən başlayaraq) ən vacib beş tapşırıq yazın.

 

Vizual identikliyinizi hazırlayın

İndi isə tələb olunan əsas vizual identiklik elementlərini müəyyən etmək lazımdır. Loqotip və ya şriftdən başlayın. Sizi və biznesinizi başa düşən, fərdi, sizi təcəssüm etdirəcək üslub hazırlaya bilən dizayner seçin.

Vizual identikliyə rəng qamması da daxildir. Sizi əks etdirən, ən əsası isə özünüzü rahat hiss etdiyiniz iki və ya üç rəng seçin. Mahiyyətinizi əks etdirən şəkillər haqqında düşünün. Ehtiyac olarsa, peşəkar fotosessiya təşkil edin.

 

E-mail imzası və sayt

Marketinq və kommunikasiya haqqında danışaq. Mütləq alətlər: vizit kartı, e-mail imza, sayt, bloq, mətkub üçün başlıq, faktura, zərf, etiket, təşəkkür açıqçaları və əlbəttə prezentasiyalar üçün şablon.

Vizit kartından daha çox insana çatacaq e-mail imzası xüsusilə vacibdir. İdeal e-mail imza şablonuna adətən: şirkətin loqotipi, göndərənin imzası, əlavə olaraq qeydiyyat nömrəsi, qeydiyyat ünvanı, ofisin rəsmi ünvanı, həmçinin məsuliyyət xəbərdarlığı əks olunan şirkətin saytının və şirkət haqqında rəsmi məlumatın linki daxil olur.

 

Tövsiyələri toplayın və irəli!

Sizin tövsiyələriniz mahiyyətiniz, keyfiyyətiniz, bacarıqlarınız, nailiyyətləriniz, ən yaxşı işlərinizin portfeli, baxış və fəlsəfəniz (gələcək görüntünüz, hədəf və dəyərlər), müştəri rəyləri, məqalə və fəaliyyətiniz zamanı əldə etdiyiniz mükafatlarınızın təsdiqi və ya nümayişidir. Onlar potensial müştəriləri sizə iş təklif etməyə inandıracaq ən aktual məzmunu əks etdirməlidir. Portfolio kitab, broşüra, təqdimat, video, sayt və ya bu bəndlərdən bir neçəsi və ya hamısının effektli birləşməsi ola bilər. Hər kəsin girə biləcəyi və kim olduğunuzu, nə təklif etdiyinizi görə biləcəyi şəxsi sayt və/və ya bloq da tövsiyəniz ola bilər.

Hər altı aydan bir olduğunuz yeri qiymətləndirin: yaratmağa, inkişaf etməyə davam edirsinizmi? Şəxsi yaradıcı brendinq sizə kreativ liderlik bəxş edəcək. Kreativ təfəkkürü bilik və təcrübənizlə birləşdirsəniz, onu strukturlaşdırsanız, nəticələr heyrətamiz olacaq. İdeyanız artıq varsa, irəli. Vaxtınızı itirməyin. “Uyğun vaxt” heç vaxt gəlmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir