mezuniyyet

Məzuniyyəti nə vaxt götürmək sərfəlidir?

Baxış sayı: 1. 753

Adətən çoxlarımız düşünürük ki, məzuniyyət üçün bizə hesablanan məzuniyyət haqqı aldığımız əmək haqqına bərabər olacaqdır. Lakin, bu tam düşündüyümüz kimi deyil. Bəzən məzuniyyət götürdüyümüz ayda aldığımız əmək haqqı az, bəzən isə çox ola bilər. Ona görə “Məzuniyyəti nə vaxt götürək ki, bizə sərfəli olsun?” sualı hamımıza maraqlı olacaqdır. Gəlin bu sualın cavabını misallar ilə araşdıraq.

 

Məzuniyyət bir neçə hallarda bizim üçün sərfəli ola bilər:

Məzuniyyət günlərinin sayı: məzuniyyət günləri az götürülür, lakin istirahət daha uzunmüddətli olur

 

Məzuniyyət haqqının məbləğinə görə

 

İstirahətinizin uzun olmasını istəyirsinizsə:

 

İstirahət günlərinizi uzadmaq istəyirsinizsə, yanvar və ya mart bayramlarından istifadə edə bilərsiniz. Çünki, məzuniyyətin müddəti bayram günlərinə təsadüf edən məzuniyyət günləri miqdarında uzanacaq. Bundan başqa, məzuniyyəti bazar ertəsindən cümə gününə kimi, 5 təqvim günü müddətinə götürə bilərsiniz. Belə olduqda, 9 gün istirahət edə biləcəksiniz (dörd istirahət gününü nəzərə alaraq).

Related image

Məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə:

Alacağınız məzuniyyət haqqı məbləğinin yüksək olmasını istəyirsinizsə, məzuniyyətinizi istirahət günlərinə salın. Çünki məzuniyyət haqqı hesablanarkən istirahət günləri də məzuniyyətin təqvim günlərinə daxil edilir və ödənilirlər. Qalan bəzi hallarda da məzuniyyət haqqında əlavə qazanc əldə etmək olar, bu da asılıdır ondan ki, məzuniyyət dövrünə qeyri iş günü olan bayram günləri daxildir və ya yox, və məzuniyyətə çıxdığı ayda işçi neçə gün işləmişdir.

 

Qeyd edək ki, qeyri-iş günləri 2 cür olur: istirahət günləri (şənbə və bazar) və bayram günləri.

 

İşçinin məzuniyyətə çıxdığı ayda işçiyə ödənilən haqq iki hissədən ibarət olur:

 

İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı;

Məzuniyyət haqqı;

İşlənmiş günlərin sayına görə hesablanan əmək haqqı

İşlənmiş günlərin sayına görə əmək haqqı aylıq əmək haqqı məbləğinin müvafiq aydakı iş günlərinin sayına bölməklə və alınan gündəlik əmək haqqının işlənmiş günlərin sayına vurmaq ilə müəyyən edilir.

 

İş günlərinin ən az olduğu aylarda iş gününə düşən əmək haqqı başqa aylarda olan iş günlərinə nisbətən daha “bahalıdır”.

Ən “ucuz” iş günü bayramları olmayan və eyni zamanda 31 təqvim günü olan aylardadır.

 

Misal üçün, işçinin aylıq əmək haqqısı 800 manatdır. Əgər hər hansı bir ayında 23 iş günü vardırsa, o zaman, avqust ayında hər iş gününün “qiyməti” 34.78 manat (800/23) olacaq. Və ya tutaq ki, hansısa ayında 17 iş günü varsa, o zaman, hər iş gününün “qiyməti” 47.06 manat (800/17) olacaq.

Related image

Məzuniyyət haqqı

Məzuniyyət haqqı isə iş günləri əsasında deyil, təqvim günləri əsasında hesablanır. Məzuniyyət haqqı hesablanarkən bir günlük əmək haqqı ayın təqvim günlərinin orta illik miqdarına – 30.4 günə (365/12) bölməklə hesablanır. Bu 30.4 gün isə hər hansı bir ayda olan iş günlərinin sayından daha çoxdur (iş günlərinin sayı maksimum 23 gün ola bilər).

Bu o deməkdir ki əmək haqqı dəyişməz qalarsa, məzuniyyət haqqı bütün aylarda eyni olacaqdır. İşlənmiş günlərin sayına görə əmək haqqı isə iş günlərinin sayı çox olan aylarda daha çox olacaqdır.

Məzuniyyət haqqının yüksək olması üçün məzuniyyəti bayram və istirahət günləri az olan, və iş günləri çox olan ayda götürmək sərfəlidir.

Gəlin misallar ilə baxaq niyə məzuniyyəti bayram və istirahət günləri çox olan ayda götürmək sərfəli deyil?

Qeyd edək ki, bayram və istirahət günlərinin sayı hər il müxtəlif aylarda eyni olmur və hər il dəyişir. Misal üçün, Qurban və Ramzan bayramlarının günləri təqvimdə “hərəkət edir” və hər il müxtəlif aylara düşə bilər.

Tutaq ki, hər hansı bir ayda 12 bayram və istirahət günü və 18 iş günü var. Qeyri-iş günü olan bayram günləri məzuniyyət haqqının hesablanması zamanı nəzərə alınmır, lakin məzuniyyətin müddəti bayram günlərinə təsadüf edən məzuniyyət günləri miqdarında uzanacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir