aile

Yetkinlik dövründə oğlanların cinsi inkişafında nələrə diqqət etməli?

Baxış sayı: 1. 419

Hər bir valideyn öğlan övladının cinsi yetişkənliyi barədə məlumatlı olmalı, gələcyin kişisinin necə inkişaf etməsinin normaları və normadan kənarlaşmaları bilməlidir. Bu məqalədə qeyd olunan mövzuda sizə geniş məlumat veriləcək.

 

Cinsiyyət orqanlarının doğuşa qədər formalaşması

Cinsiyyət orqanlarının formalaşması embrional periodda başlanır. Onların sağlamlığına bir sıra faktorlar təsir edir. Məsələn, yeniyetməlik dövründə cinsi inkişaf problemləri anadangəlmə gen anomaliyaları, həmçinin gələcək ananın keçirdiyi infeksion xəstəliklərin nəticəsində yarana bilər.

 

Oğlanların cinsiyyət orqanlarının normaları 

Oğlan uşaqlarının valideynləri ilk növbədə uşağın cinsiyyət orqanlarının düzgün inkişafına diqqət yetirməlidirlər. Belə ki, bu orqanlarda baş verən anomaliyalar daha nəzərəçarpandır. Əgər valideynlər mövcud anomaliyanı diqqətdən qaçırsalar, onları müalicə etmək daha çətin olacaq.

 

Əvvəlcə əmin olmaq lazımdır ki, uşağın cinsiyyət orqanı düzgün formalaşıb:
– Sidik kanalı cinsiyyət orqanı boyunca uzanıb baş hissədə açılır;
– Xayalar xayalıqda yerləşir;
– Sünnət dərisi hərəkətlidir və cinsiyyət orqanının başını sıxmır;
– Aralıq nahiyəsində əlavə dəlik və yarıqlar yoxdur.

Nəzərdə saxlayın ki, cinsiyyət orqanlarının bütün anomaliyaları erkən uşaqlıq dövründə daha asan korreksiya olunur. Ona görə də istənilən şübhələr zamanı mütəxəssisə müraciət etmək lazımdır.

 

Oğlanlarda cinsi yetişkənliyin mərhələləri

Keçid dövrünə qədər oğlanların inkişafı hormonal ifrazat olmadan, yəni sakit keçir. Onların aktiv cinsi inkişafı qız uşaqlarından təxminən 2 il sonra başlayır. Androloqlar hesab edirlər ki, oğlanlarda cinsi yetişkənlik nə qədər tez başlayarsa, onlarn cinsi konstitusiyası bir o qədər güclü olar. Bir şərtlə ki, endokrin sistemdə problemlər olmasın. Hər bir yetkinlik əlaməti öz vaxtında inkişaf etməlidir. Onlara ardıcıl şəkildə nəzər salaq:
11 yaşdan etibarən oğlanlarda cinsiyyət orqanı böyüməyə başlayır. Əgər bu yaşda orqanın sakit vəziyyətdə uzunluğu 4sm-dirsə, 14 yaşında 7sm-dək, 18 yaşında isə 10 sm-dək olur. Lakin bu rəqəmlər qətiyyən heç bir normadan xəbər vermir. Yəni ölçülər haqqında hər hansı standart mövcud deyil.

11-12 yaşlarında oğlan uşağını növbəti ciddi cinsi dəyişkənlik gözləyir – xayaların böyüməsi.
12-13 yaşlarında qasıq nahiyəsinin tüklənməsi başlayır. Bu, kifayət qədər uzun prosesdir. 15-16 yaşadək tüklənmə romb formasını alır, 17-18 yaşlarında isə tədricən yanların iç hissəsinə keçir.
13-14 yaşlarında səs temberi dəyişir və “adam alması” (qırtlaq) formalaşır. Səsin tam “kişiləşməsi” 17 yaşa təsadüf edir.
14 yaşdan etibarən oğlanların qoltuq nahiyəsində tüklənmə başlayır.15 yaşında tüklər çoxalır, 17 yaşında isə tam tüklənmə baş verir. 13-14 yaşlı oğlanlarda isə hələlik, bığ nahiyəsində xırda tüklər əmələ gəlir. Bu tüklər 15-16 yaşlarında bığa çevriləcək.
Oğlanların cinsi yetişkənliyinə dəlalət edən vacib məqamlardan biri də döş uclarının fizioloji bərkiməsidir. Əgər bu zaman döş ucu nahiyəsində ağrılar yaranarsa, bu, cinsi yetişkənliyin normal göstəricisidir.

14-15 yaşlarında kişi cinsiyyət hüceyrələri –  spermatozoidlər əmələ gəlməyə başlayır. Oğlan uşaqlarında pollyusiyalaların (ilk sperma atışı) baş verməsi məhz bu dövrə təsadüf edir. Bu, normal fizioloji prosesdir.

Cinsi yetişkənlik tam olaraq 16-20 yaşlarında başa çatır. Bu, o deməkdir ki, “uşaqlar” artıq ata ola bilərlər. Lakin bu fizioloji göstəricidir, psixoloji yetkinlik daha sonrakı illərdə baş verir.

 

Seksual həvəs və pollusiyanın yaranması

Böyüməkdə olan oğlan uşaqlarında cinsi həvəs təxminən 12 yaşından başlayır və bu mərhələli şəkildə baş verir.

Əvvəlcə platonik məhəbbət dövrü başlayır. Bu zaman oğlan öz hisslərinin yönəldiyi obyektə qayğı göstərməyə çalışır və heç bir seksual həvəsi olmur.

İkinci fazada yuxarıda qeyd olunan hisslər seksual fantaziya və erotik yuxularla müşayiət edilir. Burada ayıb olan heç nə yoxdur, uşaq sadəcə böyüyür.

Növbəti mərhələ 15-16 yaşlarına təsadüf edir. Bu, masturbasiya dövrüdür. Məhz bu dövrdə valideynlər narahatlıq keçirirlər, mütəxəssislər isə bunu “məşq dövrü” kimi dəyərləndirirlər. Valideynlər başa düşməlidirlər ki, burada normadan kənar heç nə yoxdur.  Əgər ata-bala arasında yaxın münasibətlər varsa, onlar “kişiyana” söhbət etməli və uşaq anlamalıdır ki, onun hərəkətləri normaldır. Lakin gələcəkdə bu “məşqlər” mütəmadi hala keçərsə, bu zaman uşağın psixikasına travma yetirmədən onu androloq və ya psixoloqa göstərmək lazımdır.

 

Mütəxəssis müdaxiləsinə nə zaman ehtiyac var?

Əgər cinsi yetişkənlik vaxtından əvvəl və ya gec baş verərsə, androloqla məsləhətləşmək lazımdır. Çünki bunlar hormonal pozuntulardan xəbər verə bilər. Endokrin problemlər isə ciddi yanaşma tələb edir. Normadan kənaraçıxmaların başqa səbəbləri də ola bilər. İstənilən halda, mütəxəssisə müraciət etməyiniz tələb olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir