qidalar

İmtahanqabağı yaddaşı gücləndirən qidalar

Baxış sayı: 2. 422

Beyin hüceyrələrinin fəaliyyətini ən adi qida məhsullarının köməyi ilə gücləndirmək olar. Əsas məsələ hansı məhsulun tərkibində hansı maddənin nə qədər olduğunu bilməkdir. İnsan beyni mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün sinir hüceyrələri  çoxlu miqdarda enerji almalıdır. Normalda beyin qəbul edilən qidadan alınan enerjinin 20%-ni mənimsəyir. Ona görə də elə qidalar seçib yemək lazımdır ki, onlardan alınan enerji orqanizm üçün kifayət etsin. Xüsusən də imtahana hazırlaşan uşaqlar yaddaş zəifliyindən xilas olmaq üçün bu qidalara üstünlük verməlidir. Bəs yaddaşı möhkəmləndirən və zehni inkişafı gücləndirən qidalar hansılardır? “Gencaile.az” “Lady.mail.ru”saytına istinadən, imtahanöncəsi yaddaşı möhkəmləndirən qidaların siyahısını təqdim edir:

Şokolad – Beyinə oksigen daşıyır və daha aktiv işləməyinə yardım edir.

Çiyələk – Tərkibindəki maddələr yaddaş pozğunluğunu bərpa edir. Çiyələk stresin təsirlərini azaldır.

Banan – Banan da beyinə xoşbəxtlik hissi verən seratonin maddəsinə malikdir. Belə ki, imtahanqabağı stressi azaltmağa kömək edir.

Limon – Limon informasiyaların qəbulunu asanlaşdırır və qavrama qabiliyyətini artırır. Tərkibindəki C vitamininin yüksək dozası iş qabiliyyətini çoxaldır. Yeni əldə ediləcək biliklərin qavranması üçün bilavasitə faydalıdır.

Xoşbəxtlik üçün qırmızı bibər  – Xoşbəxt olanda insan daha yaxşı öyrənə bilir. Enerjisi bol və pozitiv olur. Qırmızı bibər acı olsa da, bədənin öz hormonu olan endorfinin ifraz olunmasını təmin edir.  İstiotun tərkibində C vitamini və kalium var. Onların çatışmazlığı zamanı yaddaş pozğunluğu, yorğunluq, əllərin və ayaqların soyuması, axşamlar isə qıcolmalar baş verir. Yuxu səthi olur, soyuqdəymə hallarına tez-tez rast gəlinir. Bağırsaq fəaliyyəti pisləşir, dəri qaşınır, yaralar gec sağalır, döyənəklər əmələ gəlir. Bütün bunların qarşısını almaq üçün  gündə 2-3 dəfə qırmızı istiot yemək məsləhətdir.

Kök – Yaddaşı möhkəmləndirir, öyrənilmiş materialların mənimsənilməsinə və yadda saxlanmasına kömək edir. Tələbə və məktəblilərin imtahandan əvvəl sürtgəcdən keçirilmiş kökə bitki yağı qatıb yeməsi məsləhətdir.

Ananas – Ananas əzbərləmək üçün çox yararlıdır. Digər meyvələrdə olmayan manqan elementinə malikdir. Yaradıcı peşə ilə məşğul olan insanlar üçün vacibdir. İrihəcmli mətnlər və notların yadda qalmasına yardım edir. Onun tərkibində olan C vitamini tez bir zamanda fikirləri səfərbər etməyə kömək edir. Eyni zamanda onun kalorisi azdır və arıqlamağa kömk edir.

Baş soğan – Soğan zehni və fiziki yorğunluğu,  psixi əzginliyi aradan qaldırır. Həmçinin qanı durulaşdırır, beyinin oksigenlə təminatını asanlaşdırır. Beyin oksigeni daha asan qəbul edir.

Qoz – sinir sistemini möhkəmləndirir, baş beynin fəaliyyətini stimulə edir. Məsuliyyətli məruzələr, çıxışlar, konsertlərə hazırlaşanlar qoz yeməyi unutmasınlar.

Əncir – tərkibindəki maddələrə görə aspirinə yaxındır, yəni beyini təmizləyir, beyinin yeni ideyalara olan həssaslığını artırır. Əncirin tərkibində olan efir yağları qanı durulaşdırır, beyini oksigenlə yaxşı təchiz edir. Ona görə də yaradıcı işlə məşğul olanlara əncir yemək məsləhət görülür.

Cirə –Tərkibində olan efir yağları sinir sistemini stimulə edir. Cirə çayı içmək məsləhətdir: 1 stəkan suya 2 çay qaşıq quru kütlə əlavə edilərək dəmlənilir.

Kələm – Kələm qalxanvari vəzinin aktivliyini azaldır, sinir sistemini sakitləşdirir. Bu isə əsəbiliyə qarşı xeyirli qidadır. İmtahan öncəsi stressdən xilas olmaq üçün tövsiyə olunur.

Qaragilə – Beyinin qan dövranını yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir.

Dəniz məhsulları və balıq – Balığın tərkibi fosfor, yod, kalium ilə zəngindir ki, bunlar da sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir