ciyer

Sağlam qara ciyər üçün bunları için

Baxış sayı: 1. 815

Alimlər apardıqları bir sıra klinik tədqiqatlardan sonra belə bir qənaətə gəliblər ki, qara ciyərin normal fəaliyyət göstərməsi üçün gündəlik optimal həcmdə maye qəbul etmək yetərlidir.

Belə ki, bu orqanın işinin normallaşması üçün günə 1.5 l-dən az olamayaraq təmiz su içilməlidir. O ki qaldı mineral sulara, bununla bağlı həkimlə məsləhətləşmək lazımdır, çünki onlar tərkibinə görə fərqlənirlər və qara ciyərin bu və ya digər pozuntuları zamanı eyni dərəcədə təsir göstərmir.

Klinisistlər, həmçinin, çay içməyi də tövsiyə edirlər. Belə olan təqdirdə, yaşıl çaya üstünlük vermək lazımdır – onun tərkibində antioksidant daha çoxdur. Şəkər əvəzinə isə baldan yararlanmaq məqsədəuyğundur.

Şirin qazlı su həvəskarları üçün də faydalı və dad baxımından geri qalmayan alternativ var – kompot və morslar.

Bundan başqa, qara ciyər üçün təbii şirələr də çox faydalıdır –  həm tərəvəz, həm də meyvədən hazırlanan.

Alimlər qey edirlər ki, qara ciyərin funksional pozuntusu zamanı itburnu dəmləməsi içmək xeyirlidir – günə yarım stəkan olmaqla.

Müxtəlif ot dəmləmələrinə gəlincə isə, burada həkim tövsiyəsi mütləqdir, çünki ayrı-ayrı komponentlərə allergiya ola bilər.

Onu da qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan vasitələr qara ciyər xəstəliklərinin profilaktikası kimi də istifadə oluna bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir