hicran huseynova

Komitə sədri: “Karyera qurmaq istəyən qadınlar dünyaya daha az uşaq gətirməyə başlayıblar

Baxış sayı: 1. 524

Obyektiv demək lazımdır ki, bu gün, xüsusən özləri üçün karyera qurmaq istəyən qadınlar az doğmağa başlayıblar. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, əgər müəyyən hallarda ailədə bir uşaq olması məsələsi qarşıda durursa, onda kimlərsə oğlan istəyir: “Mən deməzdim ki, bu hal kütləvi xarakter daşıyır. Azərbaycanda belə deyil. Biz azərbaycanlıların mentalitetində qadına böyük hörmət var. Mən dil ilə bağlı sadə bir təhlil aparmışam. Başqa dillərin heç birində “ağsaqqal”, yəni “nəslin başçısı” anlayışı yoxdur, amma bizdə “ağbirçək”, yəni “nəslin başçısı olan qadın” anlayışı var. Yəqin siz də bilirsiniz, bizdə tarixən belə qadınlar çox olub”

H.Hüseynova onu da əlavə edib ki, Azərbaycanda nikah bağlanan qızın 18 yaşı tamam olmalıdır. İkincisi, rəsmi qeydiyyat sənədi olmasa, heç kəsin dini nikah bağlamağa hüququ yoxdur: “Əlbəttə, bəzi yerlərdə belə hallar olur. Bunun qarşısını almaq üçün biz Azərbaycanın bütün rayonlarının rəhbərliyinə rəsmi müraciət etmişik, monitorinq qrupları yaratmışıq. Bu nə deməkdir? Monitorinq qrupu, bir tərəfdən bütün belə halların və zorakılığın profilaktikasını aparır, digər tərəfdən belə hallara operativ müdaxilə edir. Toy olacağı barədə xəbəri rayonda təbii ki, hamı eşidir. Rayonda artıq bilirlər ki, gəlib o adamı həbs edəcəklər, çünki həmin şəxs qanunu pozur və buna imkan verilməyəcək. Artıq rəsmi müraciət etməyə başlayıblar, çünki cəzalandırıla biləcəklərindən qorxurlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir