uz derisi

Gözəl dəri üçün maska reseptləri

Baxış sayı: 1. 571

Dəriyə qulluq üçün məhsulları kosmetik məhsullar satan mağazalardan ala bilərsiniz. Dəri tipinizə uyğun dəriyə qulluq maskaları ilə daha sağlam, daha parlaq, daha canlı bir dəriyə qovuşa bilərsiniz. Lakin kosmetik sənayenin çıxardığı dəri baxım məhsulları qiymətləri sizə çox yüksək gəlirsə və ya tapa bilmək imkanınız yoxdursa, evdə özünüz də çox faydalı dəri baxım maskaları hazırlaya bilərsiniz.

 

Xiyar maskası:

Xiyar maskası ilə dərinizin daha canlı və daha sağlam görünməsini təmin edə bilərsiniz. Xiyar maskası hazırlamaq üçün qabıqlarını soyduğunuz yarım xiyarı pürə halına gələcək şəkildə mətbəx robotundan çəkib kasanın içinəqoyun. Üzərinə bir yemək qaşığı düyü unu, bir çay qaşığı alma sirkəsi əlavə edin və qarışdırın. Bu dəri maskasını üzünüzə və boyunuza çəkib, yarım saat gözləyin və ilıq su ilə yuyun. Həftədə bir dəfə etməklə bu maskanın qısa müddətdə faydasını görəcəksiniz.

 

Bal maskası:

Bal maskası ilə üzünüzdəki qırışları yox edə bilərsiniz. Bir kasanın içinə bir yemək qaşığı yulaf unu, bir qaşıq bal, bir qaşıq limon suyu töküb qarışdırın. Əldə etdiyiniz ballı qarışığı üzünüzə və boyunuza çəkib 20 dəqiqə gözləyin və ilıq su ilə yuyun. Bu qarışığın içinə istəsəniz bir çay qaşığı zeytun yağı əaləvə edərək dərinizin nəmlənməsi üçün zənginləşdirə bilərsiniz. Maska sonrası yağ nisbəti aşağı bir nəmləndirici krem çəkə bilərsiniz bilərsiniz.

 

Yumurta maskası:

Yumurta maskası ilə dəri ləkələrinin, günəşin zərərli şüalarına məruz qalmaqdan yaranan günəş ləkələrinin, sızanaqların yox olmasını təmin edə bilərsiniz. Bir kasanın içinə 2 ədəd yumurtanın yalnız ağını qırın. Üzərinə düyü unu tökün və qarışdırın. Sonra bu yumurtalı maskanı üzünüzə və əllərinizin üzərinə çəkərək, quruyana qədər saxlayın. Quruyan yumurtalı maskanı ilıq su ilə yuyub, üzünüzə və əllərinizə gül suyu çəkin.

 

Qatıq maskası

Qatıq maskası xüsusilə qarışıq dəri tipinə sahib insanlarda çox yaxşı nəticələr verməkdədir. Bir kasanın içinə bir yemək qaşığı yulaf unu, 1 yemək qaşığı qatıq, bir çay qaşığı zeytun yağı tökün və qarışdırıb bu yoqurtlu maskanı, üzünüzə, boynunuza, dekoltənizə çəkib quruyana qədər gözləyin. Maska quruduqdan sonra ilıq su ilə yuyun. Yoqurtlu maska xüsusilə günəş ləkələrini yox etməkdə çox təsirlidir.

 

Kök maskası

Kökün suyundan hazırlayacağınız maska, gün ərzində yorulmuş olan dərinizi yenidən canlandırmaq və daha sağlam görünməsini təmin etmək üçün çox təsirlidir. Bir kasanın içinə mətbəx robotundan keçirərək suyunu çıxardığınız bir kökün suyunu, bir yemək qaşığı limon suyunu və bir çay qaşığı susam yağını, bir yemək qaşığı yulaf ununu töküb qarışdırın. Bu maskanı üzünüzə sürtün və yarım saat gözləyib yuyun. Dərinizdəki bütün yorğunluq izlərinin yox olduğunu görəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir