kisi qadin

Kişilər təhsilli qadınları az boşayırlar

Baxış sayı: 1. 919

Bunu amerikalı sosioloqlar müəyyənləşdiriblər. ABŞ-da nikah və boşanma ilə bağlı 1950-2009-cu illəri əhatə edən statistika ailə dəyərinin radikal transformasiyasını göstərib.

Araşdırma zamanı məlum olub ki, 1950-ci illərdə ABŞ-da ənənəvi nikah modeli üstünlük təşkil edib: ər qazanır, arvad isə ev işləri və uşaqlarla məşğul olub. 1960-1970-ci illərdə isə feministlərin və qadınların hüquqları uğrunda mübarizlərin hay-küylü kampaniyasına baxmayaraq, kişilər həyat yoldaşı seçimində daha az təhsilli xanımlara üstünlük veriblər.

Daha təhsilli qadınlarla bağlanan nikahların 34 faizi boşanma ilə nəticələnib. 1980-ci illərin ortalarında amerikalı xanımlar universitet diplomunu dahıa çox almağa başlayıblar və proses indi də davam edir.

Nəticədə 2005-2009-cu illərdə artıq təhsili olan qadınla bağlanan nikahlar 60 faizdən çox olub. /xezerxeber.com/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir