qaynana

Qaynananızla yola getmirsinizsə… – PSİXOLOQ MƏSLƏHƏTİ

Baxış sayı: 1. 711

İstər dünyada, istərsə də, ölkəmizdə qaynana-gəlin problemləri hər zaman ən çox müzakirə olunan ailədaxili problemlərdəndir. Bu məsələnin həlli yolları da mütamadi olaraq araşdırılır, ancaq çıxış yolunu tapmaq mümkün olmayıb. Amma yenə də ən doğrusu bu mövzuda mütəxəssis rəyinə müraciət etməkdir. Beləliklə, psixoloq Arzu Cavadovanın tövsiyələrini təqdim edirik. Bu məsləhətlər daha rahat və daha sakit bir həyatın təminatıdır.

Psixoloq deyir ki, əgər qayınananızla aranızda həll edə bilmədiyiniz problemləriniz varsa və həyat yoldaşınız sizin nələr hiss etdiyinizi anlamırsa, problemlər üçün sizi günahlandırırsa, anasını sevmədiyinizi, onu evinizdə istəmədiyinizi və səbəbsiz problem yaratdığınızı düşünürsə onunla ünsiyyət qurmağa çalışın.

• Həyat yoldaşınızla düşüncələrinizi və yaşadıqlarınızı paylaşın, amma unutmayın ki, haqqında danışdığınız qadın həyat yoldaşınızın anasıdır. Hər nə qədər problem yaşamış olsanız da, o sizin həyat yoldaşnızı dünyaya gətirən, böyüdən qadındır. Yoldaşınıza duyğularınızı izah edərkən anasını alçaltmaq, suçlamaq yerinə hadisələri daha sakit və açıqlayıcı şəkildə izah edin.

• Məsələn, tutaq ki, həyat yoldaşınızın anası sizi qəsdlə qonaqlarınızın qarşısında hörmətdən saldı və çətin anlar yaşamanıza səbəb oldu. Bunu yoldaşınıza izah edərkən: “Anan çox pis adamdır, ona nifrət edirəm, üzünü görmək istəmirəm, bizdən uzaq olsun, o bizim bədbəxt olmağımızı istəyir” deməkdənsə, kobudluğa yol vermədən və onu incitmədən: “Anan mənə qonaqların yanında belə dedi, çox utandım, özümü təhqir olunmuş hiss etdim. Amma onun bunu bilərəkdən etdiyini düşünmürəm” demək daha məqsədəuyğundur.

• Həyat yoldaşınıza ananız haqqında nələr düşündüyünü soruşun. Sonra siz də onun anası haqında düşüncələriniz söyləyin. Əgər hər ikinizdə duyğu və düşüncələrinizi paylaşsanız bir-birinizə qarşı daha dürüst bir şəkildə fikirlərinizi söyləyərsiniz.

Onun da sizin ananızın bəzi hərəkətlərindən xoşlanmadığını bu zaman öyrənəcəksiniz. Onda yoldaşınızın nə qədər səbrli olduğunu hiss edəcəksiniz. Sizin ananızın da səhvi ola bilər və siz də bəzi şeyləri onun kimi görməməzliyə vurun.

• Qayınananıza bir az vaxt verin, onun da normal bir insan kimi problemlərinin ola biləcəyini, yaşadığı hadisələrin nəticəsi olaraq bu şəkildə davrana biləcəyini düşünün.

Əmin olun, siz nə qədər nəzakətli və anlayışlı olsanız vəziyyət daha yaxşı olacaq. İnsan yaşlandıqca uşaqlaşdığını da ağılınızın bir küncündə saxlayın. Görəcəksiniz, bu bilgi onunla daha az münaqişə yaşamanızı təmin edəcək.

• Onu daha yaxından tanımağa çalışın. Sizinlə rəftarlarında əsəbiləşməyin. Onunla bağlı probleminizi həyat yoldaşınıza çatdırmayın, əksinə özü ilə dil tapmağa çalışın. Onun sözlərindən incidiyinizi söyləyin və niyə belə davrandğını soruşun.

• Bütün qadınlar hədiyyə almağı sevir. Ad günlərində, yeni ildə, qadınlar günündə ona kiçik də olsa hədiyyələr edin. Bəlkə də qayınananızla yaşadığınız problemlər bir hədiyyə ilə həllini tapdı.

Məsələn, ad günündə həyat yoldaşınızla ikinizin adından etdiyiniz hədiyyədən əlavə onun ehtiyacı olan xırda bir şey də öz adınızdan alın.

• Əsla süni davranmayın. Qayınananız uşaq deyil, hər şeyin fərqindədir. Əgər onu sevmirsinizsə, o bunu bilir. Sizin süni davranışlarınızı da hiss edəcək. Bundansa onu niyə sevmədiyinizin səbəblərini aydınlaşdırın, problemi bu cür çözün.

• Günahı həmişə qayınanada axtarmayın, bəlkə sizin özünüzdə də problem var. Öncə özünüzə nəzər salın, özünüzdə sevmədiyiniz xarakterinizi axtarın, qarşıdakını qıcıqlandıran hərəkətinizin olub-olmamasını araşdırın. Bəlkə qayınananızın heç vaxt bəyənmədiyi bir davranış sizin tez-tez etdiyiniz bir hərəkətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir