klon

Dünyada insanı dəhşətə gətirən adət və inanclar

Baxış sayı: 1. 618

Bu günlərdə cəmiyyət olaraq, cinçıxarma mövzusu və onun yaratdığı fəsadlarla bağlı müzakirə aparırıq. Xüsusən də bu kimi halların cahilliyin kök saldığı ölkələrdə geniş yayılması fikrini müdafiə edirik. Bunun sübutu olaraq, bəzi ölkələrdə geniş yayılan və bizim cahillik kimi qəbul etdiyimiz bəzi ənənələr barədə məlumatları təqdim edirik.

 

Tanzaniya və Keniyada yerli Vesai qəbiləsi üzvləri salamlaşmaq üçün qəribə bir üsuldan istifadə edir. Qəbilə üzvləri tüpürərək salamlaşırlar. “Bir dirhəm ət min ayıb örtər” deyiblər. Tanzaniyada kök qadınlar gözəlmiş kimi qəbul edilir. Bu ölkədə gözəllik anlayışı bir az fərqlidir. Evlənmə yaşına gələn qızlar ən azı 60 kilo olmaq məcburiyyətindədilər.

Laoslu qadınlar isə boyunlarını və biləklərini gizlətmək üçün xüsusi diqqət göstərirlər. Bundan başqa, boyunlarındakı halqa kiçik yaşda taxılır və yaşları irəlilədikcə yenisi daha da uzadılır.

Şotlandiyada gəlinlər toydan əvvəl üzərləri palçıq, yumurta və digər şeylərlə kirlədilir və beləcə şəhərdə gəzdirilir. Gəlinlər isə intiqam olaraq gecə gec saatda böyüklərinə ayaqlarını yuduzdururlar.

Hindistanda qonaqlığa gələn insan yeməyi yedikdən sonra gəyirməsə, yeməyi bəyənməmiş sayılır. Bu, çox böyük bir hörmətsizlik olaraq görülür.

Bədəvilər isə ilk olaraq dəvəni kəsir, dərisini üzür, içini hazırlayırlar. Ardınca qoyunu dəvənin içinə qoyurlar. Sonra toyuğu kəsirlər, toyuğu da qoyunun içinə qoyurlar. Ən son balığı toyuğun içinə qoyurlar. Əgər balıq tapmazlarsa, toyuğun da içinə bir neçə yumurta qoyurlar.

Peruda uşaqlarının sağlam olmalarını istəyən ailələr onlar üçün qoyun və ev heyvanlarını öldürürlər. Və öldürülən heyvanların qanları ilə uşaqlarını çimizdirirlər.

İndoneziyanın Cənubi Sulavesi bölgəsində yaşayan yerli xalq “Ma’nene” olaraq adlandırılan rituallarla tükləri biz-biz edir. Bölgədə yaşayan ailə üzvləri hər 3 ildə bir ölülərinə olan sayğılarını göstərmək və onları qürurlandırmaq üçün məzarlarını açırlar. Açılan məzarlardan çıxarılan ölülərin üzərlərindəki geyimlər təmizlənir, lazım gəlsə, yeniləri geyindirilir. Yerli xalq üstündən yüz illər keçsə də, ölən ailə üzvlərinin hələ də onlarla birlikdə olduğuna inanır.

.Ä°lgili resim

Bir əcaib ölkə – Hindistan…

Hindistanın anlamaqda çətinlik çəkilən bir çox adəti var. Onlardan biri də 7 yaşına gələn qız uşaqlarının mərasim müşayiəti ilə itlə evləndirilməsidir. Bu nikahın səbəbi isə qız uşağının gələcəkdə həqiqi əri ilə evlənənə qədər itin onu qoruyacağına inanılmasıdır.

Yenə Hindistan ənənəsinə görə, əri ölüb, dul qalan hindli qadınlar üstlərinə benzin töküb yandırırlar, ya da başqaları tərəfindən yandırılırlar. Beləliklə, bütün günahlarından təmizlənib, digər dünyada da ərlərinin yanında olacaqlarına inanırlar.

Şotlandiyada viskilər şüşələrə qoyulmadan öncə ən azı 3 il şüşə bidonlarında saxlanır. Amma bu gözləmə sırasında viskinin bir qismi buxarlanaraq itir. Şotlandalr buxara çevrilən və hara getdiyini bilmədikləri bu itkin viskini mələklərin içdiyini düşünərək, ona “Mələklərin payı” deyirlər.

ölüler günü meksika ile ilgili görsel sonucu

Ölülər günü (Meksika)

Meksikalılara görə, həyat bir təkrardır və ölülər də bu təkrarın bir parçasıdır. Dolayısı ilə ölümün bir son olmadığını düşünən meksikalılar ölən yaxınları üçün hər il üzlərini skelet baş şəklində boyayaraq, onların ən sevdiyi yeməkləri hazırlayıb, bu günü qəbiristanlıqda bir karnaval havasında qeyd edirlər. Piknik havasında keçən bir ayin eyni zamanda onlar üçün həyatın da qeyd edilməsi mənasına gəlir.

Bu qutlamaların ilk günü 1 noyabra təsadüf edir və bu gün ölən uşaqlara həsr olunub. Adı ‘’Kiçik Mələklər Günü” olaraq qeyd edilib.

Uşağın üstündən hoppanma (İspaniya)

İspaniyanın Castrillo de Murcia qəsəbəsində hər il uşaqların üstündən hoppanılır. Təxminən 400 ildir təşkil edilən və festival tədbiri səviyyəsində davam edən bu ənənənin məqsədi isə uşaqları şeytanın təsirlərindən və günahlarından təmizləməkdir.

Evlənmək üçün yaş həddi  – 25-27 (Cənubi Koreya)

Qulağa ən uyğun gələn adət isə Cənubi Koreyadandır. Burada qadınların 25, kişilərin 27 yaşına gələnə qədər evlənməsi qanunən yasaqdır.

Hinduizmin Aqori ile ilgili görsel sonucu

Hinduizmin Aqori məzhəbinə inananlar Şivanı ən böyük tanrı olaraq qəbul edirlər. Şivanın hər şeyi yaratdığına inandıqları üçün nə cinsəllik, nə spirt, nə də narkotik onlar üçün tabu deyil. Onlar adam əti yeyirlər və məbədləri ölüləri yandırmaq üçün istifadə edirlər…

Bir Aqori nümayəndəsi ölü yandırılan yerdə yaşayıb həyatını orada davam etdirə, dünyadan köçmüş insanın geyimlərini geyinə, onun cəsədinin külünü şəfa əldə etmək ümidilə bədəninə sürtə bilər. Lakin Aqori həyatının ən şok edici tərəfi burada adam ətinin yeyilməyidir. Ərazidə yaşayan insan heç bir narahatlıq keçirmədən çayda ölü tapdığı bədənləri toplayır, cəsədləri ayrı-ayrı hissələrə bölərək çiy şəkildə yeyir.

Körpələri 15 metrdən aşağı atırlar və…

Hindistanın Maharacta bölgəsindəki Solapurda valideynlər hər il toplanaraq körpələrini 15 metrlik mənzilin damından aşağı atır. Körpələr digər kəndlilərin əllərində tutduğu yerə dəyməyən şalın üzərinə düşür. Valideynlər bunu övladlarının sağlam, uzun ömür keçirəcəklərinə inandıqlarını göstərmək üçün edirlər. Maraqlıdır ki, ayin müsəlmanlar tərəfindən icra edilir, lakin bəzi hindli ailələr də mərasimə qatılırlar.

Braziliyanın Amazon bölgəsində yaşayan Satere-Mave sakinləri oğlan uşaqları üçün ağrı verən ənənəyə malikdirlər. Oğlan uşağı, “kişi” olmaq üçün əlini içində qara qarışqaların olduğu əlcəyə salıb on dəqiqə boyunca əlini orada tutmaq məcburiyyətindədir. Qarışqanın sancma anında verdiyi ağrı təbiətdəki ən acı verici hisslərdəndir. Kişiliyə keçmə yaşına gələn şəxs bunu iyirmi dəfə, özü də müəyyən bir müddət boyunca təkrarlamalıdır.

Filippinin Saqada nahiyəsində əhəng daşlarından ibarət olan mağaralar bölgədəki ölülərin evləri olaraq qəbul edilir. Bir çox insan mağaralara basdırılarkən uzun zamandır icra olunan adətə görə tabutlar ölünün basdırıldığı mağaranın xaricinə asılır.

Onlar salamlaşmaq üçün tüpürürlər

Yanamamö – Venesuella və Braziliyada yaşayan böyük bir qəbilədir. Müasir həyat onlara heç bir şəkildə sirayət etməyib və hələ də qədim ənənələrini qoruyub saxlayırlar. Yanamamö dini ənənələrinə görə, ölülərin külləri və sümükləri də məhv edilməlidir. Bu səbəbdən qəbilənin nümayəndəsi dünyasını dərk etdikdə cansız bədəni yandırılaraq sümükləri qırılır. Artıqlar ailə arasında paylaşdırılır. Bədənin heç bir parçasının qalmaması şərtilə cəsədin külləri olan küp yox edilir.

Keniya və Tanzaniyada yaşayan etnik afrikalı qrupa aid olan qəribə ənənəyə görə isə salamlaşma zamanı tüpürcəkdən istifadə olunur. Burada həmçinin körpə doğulduğu zaman Masai qəbiləsinin kişiləri körpənin üzərinə tüpürərək pis ruhların ona yaxınlaşmasının qarşısını alırlar. Qəbilə döyüşçüsü yaşlı üzvləri salamlayarkən yaşlı adamın əlini sıxmazdan öncə onun ovucuna tüpürməlidir. Bu, hörmət əlaməti kimi qəbul edilir.

Yaxın dövrdə Vatikan və antik Roma qəbiristanlıqlarında edilən qazıntılarda uzun zamandan bəri unudulan ənənə ortaya çıxıb. Romanlar ölülərlə birlikdə yemək yeyir və hətta onları bəsləyirlər. Məzarların bir çoxunda xaricdən ölünün bədəninə uzanan boru var. Bu boru ilə ölüyə şərab, bal və digər yeməklər verilirmiş.

Antik romalılar tez-tez ölülərinin məzarının yanında gəzinti edərlərmiş. Bunun səbəbi isə ölən adamın da onlarla birlikdə qidalandığını ifadə etmək imiş. Deyilənlərə görə, Roma qəbirlərində olan borulara bənzər cisimlər İngiltərədə də mövcud olub.

Yaponiya və Rusiyanın müxtəlif ərazilərində mövcud olan yerli qəbilələr- ainular (bir zamanlar etnik azlığı animist – canlıçılıq) dini inancları ilə diqqət cəlb edirlər. Onlar dini ayinlərinin icrasını ayıları öldürərək həyata keçirirlər. Ayin üçün mağarasında qış yuxusuna gedən bir ana ayı seçilir. Balalar iki il boyunca qəfəsdə tutulur və 2 il tamam olanda ainular tərəfindən dindarlıqlarını göstərmək məqsədilə “dini ənənələrə uyğun bir şəkildə” vəhşicəsinə öldürülürlər. Kəndlilər ayını kəsdikdən sonra qanını içib ətini yeyirlər. Maraqlıdır ki, ainular ayıların tanrı olduğuna və bu ayini onları müqəddəsləşdirmək üçün etdiklərinə inanırlar. Yaponiyada bu ayin qadağan olsa belə, bəzi yerlərdə hələ də icra olunur.

Gördüyünüz kimi, bu yazdıqlarımızın arasında cin çıxarmadan daha dəhşətli adətlər də var. Amma dediyimiz kimi, üçüncü dünya ölkələrində, inkişaf etməmiş toplumlarda daha çox özünü göstərən hadisələrdən söhbət gedir. Bunların heç biri sivilizasiyanın məskəni sayılan ölkələrdə yaşanmır . Bu da ciddi dərs çıxarılası məqamdır.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir