qadinlar

Xalları ilə hamını ovsunlayan, kişilərin ağlını başdan alan MƏŞHUR XANIMLAR

Baxış sayı: 2. 165

15-ci əsrdə xal şeytani əlaməti sayılırdı. Və ola bilsin ki, hətta onların sahibləri tonqallarda yandırılırdı. 18-ci əsrdə isə konsepsiya dəyişdi və dodağın üzərindəki xallar ehtiraslı təbiət əlaməti adlandırıldı. Onda qadınlar kişilərin xoşuna gəlmək və ya ərə getməkdən ötrü yanaqlarına və ya dodaqlarının ətrafına karandaşla ehtiras nişanı sayılan süni xallar çəkməyə başladı.

Bu yaxşıdır, yoxsa pis? Qüsur və ya məziyyətdir? Rəylər müxtəlifdir. Bəzi ulduzlar xallarından amansızcasına (estetik üsulla) qurtulur, bəziləri isə xalları öz vizit kartı hesab edir.

Bu yazıda oxucuları xalları ilə şöhrət qazanan məşhur qadınlarla tanış edirik.

 

Yeva Mendes

Amerikalı aktrisa və model Yeva Mendes ekzotik gözəlliyi ilə yüzlərlə, bəlkə də minlərlə kişini yoldan çıxarıb. Yeva yanağındakı xalından məmnundur. Yeri gəlmişkən, sol yanaqda xal daim çətinliklərlə qarşılaşan və onlarla mübarizə aparan qadını ifadə edir.

 

Ancelina Coli

Ancelina Coli dünyanın ən gözəl xanımlarından biridir və bununla mübahisə etmək olmaz. Onun alnındakı xalı harmonik görünür və ulduzun gözəl obrazını heç də pozmur. Alında olan bu xal insanın yaxşı karyera quracağına işarə edir.

 

Dita fon Tiz

Dünya şöhrətli kino ulduzunu sol gözünün altında xalı olmadan təsəvvür etmək çətindir. O, çox gözəl bilir ki, xalı onu başqalarından fərqləndirən və əlavə bal qazandıran ən qiymətli üstünlüyüdür. Bu xal sahibinin güclü, hissiyyatlı insan olduğunu bildirir.

 

Nataliya Oreyro

Dodağın üstündəki xal hələ də sesksuallıq və həssaslıq əlaməti sayılır. Kim bilir, bəlkə də bu xalı olmasaydı, “Vəhşi mələk” bu qədər sevilməzdi.

 

Merilin Monro

Kişilər hələ də bu seks simvolunun gözəlliyi önündə səcdə edir… Sağ yanağındakı xalı məşhur sarışına daha çox seksuallıq və çəkicilik verirdi.

 

Sindi Krouford

Sindi model karyerasına yeni başlayanda prodüserlər onu təkidlə əmin etməyə çalışırdılar ki, dodağın üzərindəki xalı əməliyyatla kəsdirsin. Hətta ilk fotosessiyalarında redaktorlar modelin xalını amansızcasına silirdi. Amma Krouford seksuallığına işarə edən xalından imtina etmir və onu öz vizit kartına çevirir.

 

Sara Cessika Parker

“Böyük şəhərdə seks” serialından Kerri Bredşou rolu ilə tanıdığımız məşhurun xalını hamı xatırlayır. Başıbəlalı xal dəfələrlə tənqidə məruz qalıb və nəticədə ulduz dözməyərək onu əməliyyatla yox etdirir. Bu xal isə sahibinin qısqanc və təksevər insan olduğunu bildirir.

 

Şerilin Fenn

“Tvin Piks” serialının ən seksual əsməri bir çox pərəstişkarının yaddaşında sol gözünün ətrafındakı xalı ilə qalıb. Gözün kənarındakı bu xal qadının sevgidə əsassız ittihamlara və dalaşmağa meylli olduğunu göstərir.

 

Vera Brejneva

Müğənni özünü təbii gözəllik üzrə ustad hesab edir. O, dodağının altındakı xalı ilə vidalaşmağı düşünmür. Həqiqətən də təbiətlə mübahisə etmək nəyə lazımdır? Veranın çənəsindəki xalı onun ağıllı və güclü qadın olduğunu bildirir.

 

Viktoriya Bonya

Viktoriya Bonyanın da dodağının üstündə xal var. Həcmli dodaqları xırda xalın aydın görünməsinə imkan verməsə də, o ulduza şarm verir. Dodağın sağ tərəfindəki bu xal isə kosmopolit və qeyri-adi taleli insanlardan xəbər verir.

 

Nyuşa

Nyuşa həmişə sağlam və gözəl görünür, o, makiyajsız şəkillərini sosial şəbəkədə paylaşmaqdan çəkinmir. Dodağının üstündə ehtiras nişanəsi olan Nyuşa da Viktoriya ilə eyni taleyi bölüşür.

 

Ani Lorak

Ani Lorak öz xalını nəvazişlə sevir. Jurnal redaktorlarının şəkillərdən fotoşopla xalını silməsi müğənnini inanılmaz dərəcədə hiddətlənir. Ulduz ağılda həmkarı Veradan geri qalmır, qısa desək, onların xalları eyni mənanı ifadə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir