yumurta qabigi

Əvvəllər nənələr öz nəvələrinə niyə yumurta qabığı yedirirlərmiş?

Baxış sayı: 1. 852

Dünyanın bir çox ölkələrində yumurtadan istifadə olunduqdan sonra onun qabığını atmırlar. İllərin təcrübəsi göstərir ki, yumurta qabığının faydaları ilə bağlı proqnozlar özünü doğruldur. Avropa ölkələrində isə yumurta qabığı toz halında 70-ci illərdən apteklərdə satılır.
İllər öncə Azərbaycanda da nənələr öz nəvələrinə yumurta qabıqlarını verməklə onları raxitdən qoruyurmuşlar.
“Gencaile.az” saytı “Yeniavaz.com”-a istinadən yumurta qabığının insan orqanizminə faydalarını təqdim edir.

 

Hazırlanma qaydası
Kənd yumurtası sabunla suyun altında yuyulmalı və 5 dəqiqə ərzində qaynadılmalıdır. Yumurta soyulur, qabığın içindəki nazik pərdə çıxarılır. Daha sonra həmin qabıq toz halında üyüdülür. Üzərinə meyvə suyu, süd, limon, mürəbbə əlavə edilib gündə 1 çay qaşığı qəbul edilə bilər.
1. Kalsiumla zəngindir.
2. Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.
3. Tərkibinə dəmir var.
4. Dişləri möhkəmləndirir.
5. Dırnaqların sağlam qalmasına kömək edir.
6. Raxitin müalicəsində effektlidir.
7. Tərkibinə dəmir var.
8. Anemiya zamanı müsbət təsir edir.
9. Sümükləri gücləndirir.
10. Sink, ftor, fosfor, mislə zəngindir.
11. Böyüklərdə qəbizliyi aradan qaldırır.
12. Kariesin qarşısını alır.
13. Ürək əzələsini möhkəmlədir.
14. Gözə xeyirlidir.
15. Yumurtanın qabığında ümumilikdə 27 faydalı element var.
16. Yuxusuzluğu aradan qaldırır.
17. Astmaya xeyirlidir.
18. Asanlıqla həzm edilir.
19. Orqanizmin müqavimətini gücləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir