pul

Evdən çıxmadan pul qazanmağın 12 üsulu

Baxış sayı: 1. 921

Müasir dünya insanı artıq “səhər saat 9, axşam 6″ iş rejimində çalışmaqdan imtina edir. Çox adam  evində, kompüter arxasında, stressiz, rahat şəkildə pul qazanmağa çalışır.

Bu günlərdə “BBC Azərbaycan”da maraqlı bir xəbər yayılıb. YouTube-da qablaşdırılmış oyuncaqlarını qutulardan necə çıxardığını və onlarla oyununu nümayiş etdirən səkkiz yaşlı oğlan YouTube-un ən çox qazanan ulduzudur. Onun illik gəliri 37 milyon manat (22 milyon dollar) təşkil edib. “Forbes” jurnalı tərəfindən təqdim olunan bu rəqəm göstərir ki, Ryan ToysReview adlı kanalı vasitəsilə Ryan, Jake Paul-dan 848 min manat (500 min dollar) daha çox pul qazanıb.

Demək olar ki, hər gün yeni video təqdim olunur və ötən bazar günü kanala yerləşdirilən sirli böyük mavi yumurta videosu artıq bir milyondan çox izlənilib. Dude Perfect kanalı isə 35 milyon manatla (20 milyon dollar) üçüncü yerdə qərarlaşıb. Ryanın vergi və ya agent, yaxud hüquqşünas xərcləri olmadığına görə qazancı ötən illə müqayisədə ikiqat artıb. Ryan NBC kanalının niyə uşaqların onun videolarını bəyəndiyi sualına belə cavab verib: “Çünki mən onları əyləndirirəm və güldürürəm”.

Ryanın 2015-ci ilin mart ayında valideynləri tərəfindən yaradılan kanalının 17.3 milyon izləyicisi var və videolarına 26 milyard dəfə baxılıb. “Forbes”ə görə, 37 milyon manatın yalnız 1.6 milyonu videolardan əvvəl göstərilən reklamlardan qazanılıb. Yerdə qalan hissə sponsorlu videolardan gəlib. Sponsorlu videolardan gələn qazanc başqa ən yaxşı YouTube-çular ilə müqayisədə daha azdır.

Buna səbəb təkcə Ryanın (daha doğrusu, valideynlərinin) hər təklifi qəbul etməməsi deyil, həm də onun bu kiçik ölçülü demoqrafiyasının ciddi istifadəçilərdən ibarət olmasıdır. Kanaldakı videolardan göstərilən oyuncaqlar sürətlə satılır.

Avqust ayında ABŞ-ın “Walmart” supermarketlər şəbəkəsi eksklüziv olaraq Ryan’s World adlı oyuncaq və geyim seriyası təqdim edib. Walmartda valideynləri ilə birgə öz oyuncaqlarını axtaran Ryanın videosuna üç ayda 14 milyon dəfə baxılıb.

Walmart ilə anlaşmasından əldə edəcəyi gəlir Ryanın gələn ilki ümumi gəlirini daha da artıracaq. Uşaq olduğu üçün Ryanın qazancının 15 faizi bank hesabına yatırılır və yetkinlik yaşına çatdıqdan sonra istifadə edə biləcək. Ryanın əkiz bacılarına da bu şöhrətdən pay düşür. Onlar, Ryan’s Family Review adlı ailəvi YouTube kanalına qoyulan videolarda yer alırlar.

Hər üç uşağın iştirakı ilə lentə alınan “Top 10 Science Experiments you can do at home for kids” (Evdə uşaqlarla icra edə biləcəyiniz 10 elmi eksperiment) adlı videoya 26 milyondan çox baxılıb. 2017-ci ildə 28 milyon manat (16.5 milyon dollar) gəlir ilə siyahının birincisi olan Minecraft oyunçusu Daniel Middleton, bu il dördüncü yerdə qərarlaşıb.

Jake Paul altı pillə irəliləyərək ikinci yerə yüksəlsə də, qardaşı Logan Paul bu il “Forbes” siyahısında onuncu yerə enib – 24.6 milyon manat (14.5 milyon dollar). Bununla belə, o, 2017-ci ildəkindən 5 milyon manat (3 milyon dollar) daha çox qazanıb.

Yanvar ayında Logan Paul Yaponiyadakı videolarının birində intihar qurbanının cəsədini göstərdiyinə görə üzr istəyib. YouTube-un sahibi Google Paul-un kanalını Google Preferred (Google Üstünlüyü) proqramından çıxarıb.

 

12 ilginc pul qazanmaq yolu

Amma bu, internet vasitəsilə pul qazanmanın yeganə vasitəsi deyil. “Yeni Müsavat” banco.az-ın bu istiqamətdə ortaya qoyduğu yeni üsulları təqdim edir.

Son günlərdə məşhurlaşmış bu üsul vasitəsilə rahatlıqla pul qazanmaq olur. Məsələn, memirse, coursera, edx, duolingo, kimi saytlar bu fəaliyyətdən gəlir əldə edir.

 

2) İnstagramda influencer olmaq

Əgər instagram profilinizdə 3k-dan çox izləyiciniz varsa, yəqin ki, bu xususiyyət sizin üçündür. Bəlkə də çox vaxt öz storylərində reklamlar paylaşan 25k-lı profillər görürsünüz. Belə profillərə mikro-influencerlər deyilir. Məsələn, türk şirkəti olan inftuanza kimi platformalarda influencer kimi pul qazana bilərsiniz.

 

3) Virtual köməkçilik

Daha çox sosial media meneceri kimi fəaliyyət göstərsə də, ondan bir az fərqlənir. Belə ki, virtual köməkçilər sosial medialardan əlavə hər hansı bir biznesmenin telefon mesajlarına, zənglərinə, e-poçtlarına cavab verir, onun gündəlik cədvəlini və vəzifələrini asana kimi proqramlarda qeyd edir.

 

4) Podcastlar

Əgər nitqiniz yaxşıdırsa, hər hansı bir kitabı, əcnəbi dildəki danışığınızı audio fayl formatında saytlara təklif edərək sponsorlar cəlb edə və ya satış saytlarına yerləşdirib, ondan pul qazana bilərsiniz. Məsələn, məşhur BBC saytının bir gəlir mənbəyi də budur.

 

5) Airbnb

Evinizi, heç istifadə etmədiyiniz otağınızı, bağ evinizi airbnb-da kirayə verərək, bundan pul qazana bilərsiniz.

 

6) Fikirlərinizlə pul qazanın

Hər hansı bir markanın reklam strategiyasına, imicinə yeni fikirlər irəli sürərək pul qazana bilərsiniz. Məsələn, türk saytı adgager bu strategiyadan istifadə edir.

 

7) Affiliate Marketing

Satış ortaqlığı adlanan bu marketinq növü ilə hər hansı bir şirkətin satışında vasitəçilik edərək komissiya şəklində gəlir əldə edə bilərsiniz. Amma bunun üçün bəzi satış treyninqlərində iştirak etməli,  marketinq barədə özünüzə investisiya etməlisiniz.

 

8) Twitch

Bir çox insan oyun oynayaraq pul qazanır, sadəcə, burada əsas məsələ davamlı olmaq və saytdan qeydiyyatdan keçməkdir.

 

9) Steam

CS:GO, Dota, PUBG kimi oyunlarda qazandığınız mükafatları steam üzvlərinə pul qarşılığında sata bilərsiniz.

 

10) Mobil tətbiqlər və aplikasiyalar.

Əgər kodlaşdırmadan başı çıxan dostunuz varsa, hər hansı bir tətbiq proqramı hazırlayaraq playstore və ya appstore kimi mağazalarda istifadəyə buraxa bilərsiniz. Pul qazanmaq üçün biraz həmin aplikasiyanı reklam edib içərisinə yerləşdirilmiş reklamlardan pul qazana  bilərsiniz.

 

11) Elektron kitab yazmaq

Telefonların geniş yayılması ilə kitabsevərlər kitabları elektron olaraq oxumağa başlayıblar. Yaxşı kitab yaza bilirsinizsə, öz elektron kitablarınızı 5-10 AZN-ə sataraq əlavə gəlir əldə edə bilərsiniz.

 

12) E-poçt mesajları

Hər hansı yaxşı olduğunuz bir sahədə, məqalələr hazırlayıb onu e-poçt vasitəsi ilə insanlara ödənişli şəkildə yollaya bilərsiniz, düzdü bu sistem ölkəmizdə hələ də işləməsə də, bunun üçün xaricdə uyğun saytlar tapıb, onlar vasitəsi ilə bunu edə bilərsiniz.

 

Yemək bişirin, paltar tikin, şəkil çəkin – YouTube kanalında yayın

Amma bunlar yeganə üsullar deyil. Son illər daha çox pul qazanmaq üçün gənclər YouTube kanalı açmağı da seçirlər. Bu, son illərin ən çox dəbdə olan online pul qazanma yollarından biridir. Amma bu sahədən pul qazananlar deyirlər ki, bu, uzun müddət tələb edir. Youtibe-də pul qazanmaq üçün bu məkanda müəyyən bir konsepsiya tapmaq və bu konsepsiyaya riayət edərək məzmun yaratmaq lazımdır. Bu seçimlər arasında oyun videosu, riyaziyyat suallarını həll etmə videoları ola bilər. Bəzən resept paylama, dərzi işləri də yetərincə populyarlıq qazanır. Ən önəmlisi videoların keyfiyyətli və faydalı məzmuna malik olmasıdır. Keyfiyyətli məzmun sayəsində, böyümə sürətiniz müəyyən bir müddətdən sonra artacaqdır.

 

Məhsul al, bir müddət sonra ödədiyin pulu geri al – yeni pul qazanma üsulu

Cashback pulların qaytarılması mənasını ifadə edir. Onlayn alış-verişlərdə isə bu termin alıcının aldığı məhsula xərclədiyi pulun bir hissəsinin geri qaytarılması deməkdir. Belə ki, alıcı alış-veriş etdikdən bir müddət, məsələn, 1 ay sonra məhsul üçün ödədiyi məbləğin bir hissəsini geri alır. Daha sadə dillə desək, bəzi online mağazalar hər hansı məhsulu məhz onlardan almağınız qarşılığında sizə cashback təklif edirlər. Məsələn, 200 AZN-lik bir telefonu onlardan əldə etdiyinizdə sizə 40 AZN cashback vəd edir. Bunu bir növ endirim kimi də qəbul edə bilərsiniz. Lakin burada geri qaytarılma alış-veriş anında deyil, 1 ay kimi müddət ərzində qaytarılır.

 

Sizə pul qazandıracaq saytlar bunlardır

NLP mütəxəssisi Babək Bayramov da mediada zaman-zaman internetdən pul qazanmağın yollarını təqdim edir. Onlardan bir neçəsinə nəzər yetirək:

 

“Affiliate” proqramlarına giriş.

Mən əminəm, bəziləri “affiliate” proqramlarından istifadə edərək möcüzəvi gəlirlər əldə edir. Lakin tezliklə hamını eyni səviyyəyə gətirmək üçün affiliate proqramlarının nə olduğunu, nə kimi xüsusiyyətləri özündə birləşdirdiyini acıqlamağa ehtiyac duyuram. Əgər bu internet proqramları hələ kəşf etməmisinizsə, məlumunuz olsun ki, çox mühüm pul mənbəyini itirmisiniz. “Affiliate” proqramı nədir və necə işləyir, – əvvəlcə bu suala cavab verək. Bu proqramlar internet saytlarında müxtəlif formalarda tətbiq edilir, fəqət “affiliate” proqramlarının təməlindəki düşüncə, müxtəlif firmaların məhsullarını satın alacaq müştəriləri onların saytlarına göndərib, bu satiışın nəticəsində əldə edilən qazancın firmalarla sizin bölüşdürmənizdir. Insanları bir sayta göndərsəniz və əgər onlar bu saytdan bir şey alarlarsa, siz bu satışdan qazanc əldə edərsiniz. Sizə bu satışdan ya faiz, ya da sabit bir haqq ödənilir. Aşağıda bu proqramlara sahib olan bəzi saytları açıqlayıram. Dollar olaraq ödənilən məbləğlər, ay ərzində bir nəfərin bu proqramlar vasitəsilə nə qədər qazandığını göstərir. İnsanlar internet uzərindən böyük qazanclar əldə edirlər.

Posters.com—————— $5,000/ay

Sitesell.com—————— $10,000/ay

1HideOut.com————-— $3,000/həftə

Marketingtips.com——— $8,000/ay

Gen-fit.com—————— $18,000/ay

Pillstore.com—————- $50,000/ay

Keycode.com————— $5,000/ay

Əgər affiliate proqramlardan birində uğur qazansanız, sizin həyatınız tamamilə dəyişəcək. Mən, ən az 40 fərqli Affiliate proqramında qeydiyyatdan keçmişəm. Heç də bütün proqramlara baş vurmağa ehtiyac da yoxdur. Bir neçə proqrama daxil olsanız belə, çoxlu gəlir əldə edə bilərsiniz. Xəyalınıza, satışları 5-20 dollar arasında dəyişən 10 müxtəlif afiliate proqramında işləməyi gətirə bilərsinizmi? Hər bir satış üçün sizə 15 dollar ödənərsə, ayda 22500 ilə 90000 dollar arasında qazanarsınız. Hər gün yalnız 1 satiş reallaşsa belə, hər bir affiliate üçün, ayda 450 dollardan çox pul qazanacaqsınız. Bütün bunları uydurma sana bilərsiniz, lakin mənə etibar edin, bu həqiqətdir. Mənim kimi internet uzərindən afifliate proqramlarını istifadə edən və bu proqramlardan yüksək qazanclar əldə edən minlərlə insan var. Yaxşı, bəs bunlar necə mumkun ola bilər?

Təbii ki, internetlə! Dunya miqyasında milyonlarla insana reklam etmək, “siçana” bircə toxunuşla mümkündür. İnternet, dunya tarixindəki ən güclü marketinq vasitəsidir. Məsələnin ən gözəl tərəfi isə hamının effektiv marketinq vasitəsini istifadə etmək imkanının olmasıdır. Hər kəs kompüterlə və internetlə dunya miqyasında milyonlarla müştəri və böyük satışlar əldə etmək şansına sahibdir. Bu affiliate proqramlarının internetin gələcəyi üzərində böyük rolu var. Hər il online ticarətdə trilyonlarla dollar dövr etməkdədir və bu rəqəm getdikcə böyüyən bir nisbətdə artmağa davam edir. Təxminən yaxın 2-3 il içinde online satışların yarısı bu affiliate proqramlarının, yəni bizlərin yardımıyla ediləcək. Hesablamalar üçün riyaziyyatı yaxşı bilməyə məcbur deyilsiniz, ticarət dövriyyəsindən pul qazanmaq üçün çox böyük fürsətiniz var.

Sizə çox gözləməməyi məsləhət görürük. İndi hərəkətə keçin! İndi, bu sistemdə rol almaq üçün ən yaxşı zamandır. Online olaraq bu affiliate proqramlarına nə qədər tez qatılsanız, çox yaxşı mövqeyə sahib olacaqsınız, internetdəki bazarın böyüməsi davam edəcək və siz, yalnız oturub qazancınızın artışını izləyəcəksiniz.

Bir dəfə sistemi yaradıb qursanız, kompüter və internet geri qalan hər şeyi sənin əvəzindən edəcəkdir. Həftədə 3 saatdan da az zaman sərf etməklə, ayda 5000 dollardan da çox gəliriniz olar. Fəqət unutmayın ki, işləməyə nə qədər çox zaman xərcləsəniz, o qədər çox gəlir əldə edərsiniz. Bu proqramlar möcüzədir…

 

Hazırladı: Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir