GEYIM

Qadınları məsum göstərən 10 geyim stili – FOTOLAR

Baxış sayı: 1. 880

Qadınlar hər zaman fərqli xüsusiyyətlərə bürünə bilən özəlliyə sahibdir. Məsələn, hərdən uşaq kimi məsum olur, hərdən pişik kimi mehriban, hərdən vampir kimi qəzəbli, hərdən çox emosional, hərdən də əsl şeytan olur. Əlbəttə ki, varlığına belə dözmək mümkün olmayan qadın tipləri də var. Lakin bu qadınların hamısının tək bir dərdi var. Sevilmək! Onlar sevilmək üçün daxilində gizlənən xüsusiyyətləri üzə çıxarırlar. Çiçəklər kimi hər zaman sevgi və qayğı gözləyən xanımlar bu məqsəd uğrunda müxtəlif üsullardan istifadə edirlər.

İddialı görünmək istəyən qadınlar seksual geyimlərə yönəlirlər, məsum görünmək istəyən xanımlar isə daha sadə və romantik modellərə müraciət edirlər. Beləliklə, sadə və gözəl, ağıllı və xanım-xatın görünmək istəyən xanımlar üçün stil təkliflərini təqdim edirik:

 

Qat-qatlı, lələkli, yaxud balerina ətəkləri: Məsumluq axtarırsınızısa, qadınlara xas olan uşaq geyimlərini xatırladan paltarlara üstünlük verməlisiniz. Qadınlar şalvarı uzun illərdir ki, mənimsəyib və özünküləşdiriblər. Lakin şalvarlar qadın məsumluğunu vurğulamaq üçün gücsüzdür. İstədiyinizə lələkli, qat-qatlı və ya balerina ətəkləri sayəsində nail ola bilərsiniz.

günlük-kısa-elbise-modelleri-2

 

Çox qısa olmayan qırçınlı ətəklər: Qısa ətəklər iddialı göründüyü üçün sizin istəyinizə uyğun gəlmir. Çox qısa olmayan qırçınlı ətəklər sizi məsum və romantik göstərmək üçün əla seçimdir. Lakin bu tərz köynəkləri tünd rəngli bluz və maykalarla birləşdirməyin. Çünki bu tərz köynəklər məsumluğu zədələyir.

zxc

 

Açıq rəngli dekoltesiz köynəklər: Açıq rəngli, sadə köynəklə də məsumluğu yaxalaya bilərsiniz. Bu tərz köynəklərin altına açıq rəngli, ya da qış mövsümü üçünpaestel tonlarında şalvar geyinərək stili tamamlaya bilərsiniz.

2013-sifon-gomlek-modelleri-8

 

Geyimə uyğun saç bandanası: Bandana və çalmalar qadınları uşaqlaşdıran əsas detaldır. Geyimlərin üzərində bantlar və ya saç bandası məsum görünməyə kömək edir.

saça-eşarp1-540x432

 

Uşaq yaxalıqlı bluzka: Uşaq və ya dəyirmi yaxalıqlar qadınları uşaqlaşdıran və məsumlaşdıran ən asan üsuldur. Onu istər ətək, istərsə də, şalvarla kombinə edə bilərsiniz. Bir sözlə, sizə ehtiyacınız olan məsumluğu bəxş edir.

Kolsuz-Bebe-Yaka-Bluz-Modelleri

 

Krujevalı geyim: Krujeva detallar seksuallığı vurğulamaq üçün istifadə edilsə də, düzgün uyğunlaşdırıldığı zaman məsumluğun baş tacı ola bilər. Üzərinizdə ən az bir detalın krujeva olmasına diqqət edin.

dantel-bluz

 

Uzunboğaz çəkmələr yerinə, qısa və şirin botlar: Qadını dikdabanlı ayaqqabısız təsəvvür etmək imkansızdır. Onlar xanımları seksual göstərən ən əhəmiyyətli detaldır. Məsum görünmək istədikdə isə onlardan bir müddətlik imtina etmək olar. Məsum geyim tərzini hədəf seçmisinizsə, şirin və qısa çəkmələr geyinin.

topuksuz-bayan-bot-modelleri-ile-yururken-zorlanmayin-002

 

Sallanan kiçik sırğalar: Sallanan kiçik sırğa ilə geyimin stilini dəyişdirə və obrazınıza uşaq məsumluğu əlavə edə bilərsiniz.

??????????

 

Muncuqlu kolye: Muncuqlu kolyelər sizə həm orta əsrlər əsilzadəliyini bəxş edəcək, həm də məsumluğun dadını yaşadacaq. Kiçik detal olmasına baxmayın, əslində iddiasız, amma şirinliyi ilə diqqət çəkən məsum obrazınızın tacı ola biləcək gücə malikdir.

neoturk_1350071672146

 

Çox dar olmayan şalvarlar: Məsum görünmək istəyirsinizsə, bu kombinə də nəzər salın. Çünki bir çox detal sayəsində məsumluğu üzə çıxarıb sərgiləyən xüsusiyyətlərə sahibdir. İddiasız, sadə şalvar, göstərişsiz ayaqqabılara fetr şlapaya əlavə edərək məsum görünən qızcığaz obrazı yarada bilərsiniz.

http-maddinka.commaddy




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir