Aile

Kişilər niyə susur? – 10 SİRR

Baxış sayı: 1. 532

Kişilər bəzən “Susmaq-qızıldır’ xalq deyiminin dəyərini anlayırlar. Psixoloqların fikrincə, kişilər qadınlarla aranı pozmamaq üçün susduqları zamanlar olur. Qadınlar hardan bilsin ki, bu susqunluq onun qəlbinin sakitliyi üçündür. Kişilər isə öz sirlərini gizlətməyə çalışırlar.

 

SİRR 1

Qonşu mənzildəki xanım həqiqətən çox gözəldir.

Bu о demək deyil ki, kişi onun yanına getmək istəyir. Siz soruşsanız ki, “Qonşu mənzildəki xanım gözəldir?”, cavab isə “Kim? Qonşu mənzildəki xanım? Men heç fikir verməmişəm” olacaq. Kişilər bu cürdür – onlar ətrafda cazibədar qadın görən kimi avtomatik baxırlar.

 

SİRR 2

Bəzən “Mən futbola gedirəm” ifadəsi “Sənin əlindən bir az dincəlmək istəyirəm” deməkdir.

Çox zaman futbola (digər idman oyunlarına) getmək kişilərin öz yarının əlindən dincəlmək bəhanəsidir. Əlbəttə heç bir ağıllı kişi deməz ki, “Əzizim, səndən yo­ruldum, istəyirəm dostlarım ilə vaxt keçirim”. Odur ki, özlərini idman həvəskarı ki­mi göstərirlər.

 

SİRR 3

Bütün öhdəliklər onları cəsarətli olmaqdan məhrum edir.

Nadir kişi tapılar ki, öz arzu­sunun qadını ilə tanış olan ilk gündəncə toy və evin planı haqda fikirləşməyə başlasın. Əksəriyyətinə ay­larla, hətta illərlə vaxt lazım olur ki, sevdiyi xanım ona evlənmə təklifini gözlədiyi haqda fikirləşsin.

 

SİRR 4

Bərabər hüquqluluq – bu yaxşıdır, lakin kişi daha çox qazanmalıdır.

“Qazanc gətirən” fikri illərlə kişilər üzərində qalmış bir fikirdir. Onlar daşıyıb gətirir, qadın isə yemək hazırlayır. Qadın da kişi kimi çox qazanc gətirmək istəyəndə ai­lədə münasibət dəyişir, la­kin heç bir kişi “mətbəxdə olmaq” istəməz.

 

SİRR 5

Əslində ev işləri onların xoşuna gəlir.

Kişilər çox zaman qadınların evdə “kişi işi” saydıqları işləri (divara mismar vurmaq, mətbəxdə su kranını düzəltmək) əslində isə görməkdən imtina edirlər. On­ların ev işlərindən xoşları gəlir. Onlar üstünlüklərinin daxili təəssüratı baxımından “mənsiz burda heç nə işləmir, heç nə düzəlmir” fikirləşirlər. Bəs niyə bunu qadından gizlədirlər? Bəlkə ona görə ki, bütün bu işlər onlar üçün əlverişsiz vaxtda deyilir

 

SİRR 6

Ilbəil onlar öz yarılarını çox sevirlər.

Kişilərin emosional yüksəlişi mərhələli baş verir və 40-50 yaşda pik vəziyyətinə çatır. Əksər kişilər də psixoloqların bu fikrilə razılaşırlar. İlbəil kişilər öz yarılarının təbiətində əvvəllər məlum olmayan yeniliklərini aşkar edirlər. Yaşlaşdıqca daxili qiymətqoyma baş verir və kişilər yarılarında əvvəllər diqqət yetirmədikləri keyfiyyətləri qiymətləndirməyə başlayırlar. Lakin onların heç biri öz qadınlarına de­məz ki, “Əzizim, mən səni günbəgün çox sevirəm”. Çünki qadın elə başa düşər ki, “əvvəllər o, məni bəyəm az sevirdi?”. Onun hissiyat gücünün yox, təbiətinin dəyişdiyini izah etməkdənsə, ən yaxşısı susmaqdır.

 

SİRR 7

Bəzən onlar qadınların nə barədə danışdığını başa düşmürlər.

Bu kişi sirlərinin ən qorxulusundan biridir. O gecəyarısı mətbəxdə həyat yolda­şının təntənəli nitqindən nə-isə bir şey başa düşdüyünü boynuna almaq iqtidarındadır. Ən yaxşı halda “Bəli, bəli, hər şeyi başa düşdüm”, “Əlbəttə, əzizim, sən düz dəyirsən” demək yaxşı olardı. Nəinki təkrar nəisə soruşub, onun da cavabını 15 dəqiqə dinləmək.

 

SİRR 8

Onlar sükan arxasında qadınlardan qorxurlar.

Qadın sükan arxasında, ki­şilər isə arxada oturanda, onlar daxildə qorxaq oğla­na dönürlər. Lakin onlar bu haqda heç vaxt boynuna almırlar, onların dodaqlarından heç bir kəlmə də çıxmayacaq. Suret 30 km/saatı ötərsə, kişi deyəcək ki, “Əzizim, mənə elə gəlir ki, biz çox sürətli gedirik”, şübhə etməyin – o, qorxub.

 

SİRR 9

Kişilər gizlin arzu edirlər ki, onların 25 yaşı olsun.

Bunu isə heç vaxt boyunla­rına almırlar. İstəyirlər ki, onların 25, ən uzağı 30 yaşı olsun.

 

SİRR 10

Ona asudəlik verin – o, sizə əbədilik bəxş edəcək.

Pis fikirlərsiz və ürəkdən kişi asudəliyinə hörmət edən qadın onun ürəyinə olan və əbədi yanında olması üçün açarı əldə etməyə böyük şansdır. Kişinin hər addımını izləyən qısqanc qadın ro­lunu oynamaqdan vaz ke­çin. Qoyun özü özlüyündə olsun, dostları ilə yeyib-içməyə getsin, tək dincəlsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir