kipriklər

2 həftəyə kirpikləri uzadan MASKA

Baxış sayı: 2. 225

Kirpiklərinizin uzanması üçün faydalı və effektli üsulları təqdim edirik.
Lazım olanlar:

2 xörək qaşığı gənəgərçək yağı

2 xörək qaşığı Aloe Vera Gel ( Əgər bu gel evinizdə yoxdursa, aloe vera bitkisindən də bu geli əldə edə bilərsiniz)
Qarışdırmaq üçün vasitə

Bitmiş maskara qabı və ya başqa bir kiçik qab
Pambıqlı çubuq

Gənəgərçək yağı tərkibindəki yağ turşuları və E vitamin ilə kirpiklərinizin sürətlə böyüməsinə yol açar. Aloe vera isə onların tökülməsinin qarşısını alar və gücləndirər. Bu qarışığı hər gün tətbiq etsəniz, 2-4 həftə içərisində nəticənin göz qabağında olduğunu görəcəksiniz.

Hazırlanması:

Aloe vera gel və gənəgərçək yağını qarışdırın. İstifadə etmədiyiniz boş maskara şüşəsinə və yaxud da kiçik bir qaba qoyun. Hər gecə yatmazdan öncə kirpik diblərinə pambıqlı çubuğun köməyi ilə tətbiq edin. /axşam.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir